ŞOK: Abşeronun icra başçısına cinayət işinin açıldığı deyilir - Rayondakı böyük yeyintinin hesabı sorulur
Tarix: 3-03-2015, 09:16 |
Çap et
DİA.AZ: - «Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcova qarşı cinayət işi açılıb». Bu məlumat DİA.AZ-ın elektron poçtuna göndərilib.
Xəbərdə qeyd olunur ki, keçən ilin yekun hesabatında Abşeron rayonuna ayrılan dövlət vəsaitinin xərclənməsində külli miqdarda yeyintiyə yol verilməsi faktı həm Hesablama Palatasının və həm də Maliyyə Nazirliyinin ekspertləri tərəfindən təsdiqləndiyindən bu işə baxılması, araşdırılması və hüquqi qiymət verilməsi üçün müvafiq dövlət qurumuna tapşırıq verilib, materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub.
Onu da bildirək ki, dia-az.site olaraq gün ərzində bu olayla bağlı daha dolğun bilgiləri diqqətinizə təqdim etməyə çalışacağıq.
Xatırladaq ki, buna qədər də Zakir Fərəcovun rayonunda böyük yeyinti faktının olduğu barədə informasiyaları diqqətinizə çatdırmışdıq.
Bütün bu iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…