Rövnəq Abdullayevin rəhbərliyi altında nələr baş verir? - Bir idarənin çilingəri öz rəisini niyə məhkəməyə verir?
Tarix: 19-12-2014, 09:37 | Çap et
“Təzadlar”ın ötən saylarında dərc olunmuş və “28 may” Neft və Qazçıxarma İdarəsinin bir qrup işçilərinin adaya gəmi verilməməsi səbəbindən on günə yaxın müddətdə sahilə çıxa bilməmələrini əks etdirən yazılardan məlumatlısınız. Hansı ki, qəzet yazandan dərhal sonra dənizə 2 gəmi göndərildi və fəhlələr-neftçilər ailələrinə qovuşdular... Məlum qalmaqallı şikayətin müəlliflərindən biri, “28 may” Neft və Qazçıxarma İdarəsinin çilingəri Həsən Əmişov dünən redaksiyamıza gəldi. “Gəlişimin əsas səbəbi “Təzadlar”ın rəhbərliyinə, axır ki, sahilə çıxa bilən işçilər adından təşəkkürlər etməkdir. Həmçinin “28 may” Neft və Qazçıxarma İdarəsində baş verən görünməmiş qanunsuzluqlar barədə “Təzadlar”a və yuxarı instansiyalara, ARDNŞ prezidenti Rövnəq Abdullayevə tədbir görülməsi üçün etdiyim əsaslı şikayətlərin əvəzində, idarənin rəisi Rövşən Qarayev və kadrlar şöbəsinin, Mənzil-Kommunal Təsərrüfatı şöbəsinin, Həmkarlar Komitəsinin rəhbərliyi tərəfindən başıma açılan müsibətlər barədə ölkə Prezidenti cənab İlham Əliyevə ətraflı məlumat verməkdir”, -deyən şikayətçi bir qovluq sənədləri də bizə təqdim etdi. Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun qanunsuz və əsassız qərarı və qərardadından tutmuş, “28 may” Neft və Qazçıxarma İdarəsinin rəisi Röşən Qarayevin müxtəlif əmrlərinə kimi, çoxsaylı sənədlər ciddi hüquqi araşdırma tələb edir. Bundan əlavə, Həsən Əməşov əməkdaşımıza geniş müsahibə verib...
İdarənin çilingərindən rəisə “Açıq məktub”!
Qeyd edək ki, şikayətçi Həsən Əmişov “28 may” NQÇİ-nin rəisi Rövşən Qarayevə “Açıq məktub”unu da bizə təqdim etdi. Və bildirdi ki, həmin məktub idarənin rəisinə dəftərxana vasitəsilə göndərilib, hətta qeydə də alınıb, lakin ötən müddətdə heç bir cavab verilmədiyindən bu dəfə KİV vasitəsilə müraciət etməyə məcbur olub. Məktubda deyilir: “28 may” NQÇİ-nin rəisi Rövşən Qarayevə “Açıq məktub”! İdarənin MKT-nin çilingər-santexniki Əmişov Həsən Hüseyn oğlu tərəfindən Hörmətli rəis! Yazıb sizi məlum edirəm ki, MKT-nin rəisi Nazim Həsənli vəzifəsindən sui-istifadə edərək, mənə xəbərdarlıq etmədən, heç bir səbəb olmadan, ərizəmi almadan 02.03.2013-cü il tarixində qrafikimi dəyişmiş, bunun əsasında 4-cü dərəcəm 3-ə endirilmişdir. O, söz vermişdi ki, kəsilmiş dərəcəmi tezliklə bərpa edəcək. Əfsuslar olsun ki, onun fikri başqa imış. Buna baxmayaraq, öz qrafikində yüksək dərəcəli çilingər bir neçə nəfər olduğu halda, mən 7 nəfər ailə üzvü olan üçüncü dərəcəli çilingər işləyirəm... Yenidən heç bir nöqsanım olmadığı halda o, məqsədinə çata bilmirdi. Sonuncu dəfə mənə bildirdi ki, guya onun üç diplomum var, 3 Univeristet bitirmişəm. Bəlkə o, Elşad Abdullayevin tələbəsi olubdur, bunu araşdırmağınız vacibdir. Mən başa düşə bilmirəm o, uzun müddət yataqxana komendantı işləyib. Hal-hazırda MKT-nin rəisi işləyir. İndi isə məndən akt ya/zmışdır və siz bunu araşdırmadan tərəfinizdən mənə şiddətli töhmət verilmişdir. Mənə qarşı istifadə etmək üçün Bağırov Ruslan İlyas oğlunu öyrətmişdilər. Elə bir adamı öyrədəydilər ki, heç olmasa, o adamın işində nöqsanı olmayaydı... “28 may” NQÇİ-də 9 saylı yataqxana niyə və kim tərəfindən yandırılmışdır? Bildirirəm ki, 25 noyabr 2011-ci il tarixində 9 saylı yataqxananı yandıran bu adamın nə tez şikayətinə baxıldı? Mən bir ildir yazıram, əsassız olaraq kəsilmiş dərəcəm barpa olunmur, heç kim buna məhəl qoymur. Cənab rəis! Məlumunuz, olsun ki, 9 saylı yataqxana istismara verildiyi tarix 1965-ci ilin avqustunda inşa olunmuş taxta bina idi. Onun yaşayış sahəsi 100 kv-m, otaqlarının sayı 10, çarpayı sayı 40 ədəd, televizor, soyuducu, yataq dəstləri və sair inventarlar yanıb sıradan çıxdı. Bütün sahələrin əşyaları yandı və bir çox fəhlələr çöldə qaldı. Bəs necə oldu ki, bu yataqxananı yandıran, dövlətə və idarəyə külli miqdarda ziyan vuranın barəsində heç bir tədbir görülmədi? Amma ən azı sizə məlum oldu ki, kim tərəfindən həmin yataqxananın aktı bağlandı. Bu barədə lazım olan təşkilatlara məlumat verməyi gec də olsa özümə borc bilirəm. Bir də məlumunuz olsun ki, 24.06.2014-cü il tarixində qasırğa olduğu, gəmi olmadığı halda, biz bir çox işçilərlə qrafik üzrə Çilov adasına gəlmək istəyirdik. Lakin həmin gün bir çox işçilərlə telefon əlaqəsi saxlanıldı və sizin adınızdan deyildi ki, helikopterlə gəlmək mümkün deyil, gedin evinizə, nə vaxt gəmi olarsa gələrsiniz. Səhər saat 10-radələrində hamı getdi evlərinə. Bəs rayondan gələnlər nə etməli idi? İdarənin baş mühəndisi Qabil müəllim bütün işçilərin siyahısını istəmişdir. 24.06.2014-cü ildə günün ikinci yarısında isə üç “korotki” olmuş, helikopter boş dayanmışdır və yalnız 25.06.2014-cü ildə, saat 18:00-da dispeçer Ağayevə zəng vurularaq, göstəriş verilmişdir ki, 4 nəfəri buraxın gəlsin. Məgər biz fəhlələr, ancaq sifarişlə gəlməliyik. Baş mühəndis isə sonradan kimə istəyir gün yazır ki, saatları itməsin, kimə istəyir qasırğa yazır. Bunların hamısı faktdır. Məlum deyil ki, nə vaxta qədər bunlar davam edəcək. Mən başa düşə bilmirəm, qanun yalnız biz yiyəsiz və əliqabarlı fəhlələrə aiddir? Belələri yazılmadan qanundan istifadə edirlər. Rövşən müəllim, Sizdən xahiş edirəm, bu cürə haqsızlığın qarşısını alasınız və mənim öz iş qrafikimə qayıtmağım üçün MKT-nın rəisi Nazir Həsənliyə göstəriş verəsiniz. (Tarix: 30.07.2014-cü il)
Rəis cavab yazdı, amma...
Qeyd edək ki, bu müraciət-şikayətinə cavab verilmədiyini görən çilingər H.Əmişov Dövlət Neft Şirkətinə eyni məzmunlu şikayət yazır. Bundan sonra həmin şikayət “Azneft” İB-yə tədbir görülməsi üçün göndərilir. İB-dən isə həmin məktubu barəsində şikayət edilən Rövşən Qarayevə göndərirlər. Nəhayət, R.Qarayev “Azneft” İstehsalat Birliyinin Baş direktoru D.Ə.İskəndərova cavab məktubu göndərir. Təbii ki, bir surəti də şikayətçiyə olmaqla... Məktub belə sonluqla bitir : « ...Onu da qeyd edirik ki, MKT-da baş vermiş əmək intizamının pozulması haqqında idarə üzrə müvafiq əmr verilmiş, aidiyyatı işçilər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. R.Q.Qarayev, “28 may” NQÇİ-nin rəisi”
Çilingər təqiblərlə üz-üzə...
Beləliklə, H.Əmişovun məlum şikayəti əsasında rəis R.Qarayev tədbir görmək məcburiyyətində qalır və bəzi məsul şəxslər cəzalandırılır... Lakin rəis acığını cəzalandırılmış işçiləri H.Əmişovun üzərinə qaldırmaqla soyutmaq istəyir. Nəticədə həmin işçilər Həsən Əmişovu yeri gəldikcə təhqir edir, dava-dalaş, süni mübahisə salmaq istəyirlər. Amma ikinci buna imkan vermir, səbrlə davranır. Amma sonradan idarənin Mənzil-kommunal Təsərrüfatının mexaniki R.Əkbərov rəis R.Qarayevə ərizə yazır ki, guya Həsən Əmişov işçilərdən birini döyüb və s. (Adətən bir adam döyüləndə və xəsarət alanda hüquq mühafizə orqanlarına şikayət edir, hansısa rəisə yox). Nəticədə rəis R.Qarayev (245 saylı, 6 iyul 2014-cü il tarixli) belə bir əmr verir: “Mənzil-Kommunal Təsərrüfatının mexaniki R.Əkbərovun məlumatına əsasən, təsərrüfatın rəisi N.Həsənlinin idarə rəhbərliyinə ünvanladığı 04.07.2014-cü ıl tarixli 1928 saylı təqdimatında 01.07.2014-cü il tarixındə saat 19:45 radələrində Təmir xidmət sahəsinin çilingər-santexniki Əmişov Həsən Hüseyn oğlu ış yerində təsərrüfatın abadlaşdırma üzrə fəhləsi Bağırov Ruslan İlyas oğlunu təhqir edərək, ona qarşı fiziki güc tətbiq etdiyini, işçilərinin müdaxiləsindən sonra R.Bağırovun H.Əmişovun əlind ən alındığı və bu hadisə barədə işçilər tərəfındən akt tərtib edildiyi bildirilmişdir. Təqdimatda qeyd olunanlarla bağlı araşdırma aparılmış və aidiyyatı işçilərdən izahatlar alınmışdır. Araşdırmalardan məlum olmuşdur ki, həqiqətən də H.Əmişov R.Bağırova qarşı təhqiramiz ifadələr işlətmiş və ona bir şillə vurmuş, döyməyə çalışmışdır. Bununla da H.Əmişov əmək vəzifələrinin, daxili intizam və davranış qaydalarının, eləcə də etik normaların tələblərıni kobud şəkıldə pozmıışdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mənzil-kommunal təsərrüfatında bir daha belə halların təkrarlanmaması, işçilərin əmək qanunvericiliyinin tələblərinə, davranış və intizam qaydalarına və bir -biri ilə münasibətdə etik normalara ciddi əməl etmələri məqsədilə Əmr edirəm...”. Əmrin 2-ci bəndində yazılır: “Mənzil-kommunal təsərrüfatının Təmır xıdmət sahəsinin 3-cü dərəcəli çilingər-santexniki Həsən Hüseyn oğlu Əmişova əmək qanunvericiliyınin tələblərini, daxili intizam və davranış qaydalarını pozaraq münaqişə yaratdığına və iş yoldaşına qarşı fiziki güc tətbiq etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəliəsınin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin və nəzərinə çatdırılsın ki, oxşar hal təkrar olunarsa onunla bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdır”.
Rəisin qəzəbinə tuş gələn neftçi 30 sutkalıq həbs aldı, rəis Rövşən Qaryevi məhkəməyə verdi...
Bir neçə gün əvvəl başı qalmaqallardan səngiməyən Həsən Əmişov redaksiyamıza gəldi və çalışdığı “28 may” NQÇİ-də baş verənlər barədə dəhşətli faktlar açıqladı. Əməkdaşımıza geniş video və audio müsahibə verən H.Əmişovun gəlişinin məqsədini soruşduq: -Həsən, səni redaksiyamıza gətirən səbəb nədir? -Əvvəla, gəldim ki, idarəmizin çoxsaylı neftçiləri adından sizə və qəzetin rəhbərliyinə minnətdarlığımızı bildirəm. Çox sağ olun, sonuncu dəfə yazandan sonra 10 günlük “mühasirəmizə” son qoyuldu və arxamızca 2 gəmi göndərildi... Çox yerlərə müraciət etmişik, heç bir tədbir görülməyib. Düzdür, ARDNŞ rəhbərliyi komissiya göndərib, lakin hər dəfə rəis Rövşən Qarayev onları “hörmətlə” yola saldığından qayıdıb “Heç bir problem yoxdur”, deyiblər. Amma həmin komissiyada sizin kimi obyektiv bir jurnalist olarsa, belə olmaz, Rövnəq müəllimə də doğru məlumat çatdırılar. Problem bundadır... Mənə gəldikdə, problemlərim odur ki, pozulmuş hüquqlarım idarədə həll edilmir, məcbur olub yuxarılara yazıram, sonra isə rəis Rövşən Qarayev mənimlə düşmənçilik edir. Mən Çilov adasında 20 ildən çoxdur yaşayıb işləyirəm. 17 il özümün sənədli evimdə ailəmlə qalmışam, bu gün də istəyəndə orada yaşayırıq... Açıq deyim ki, biz neftçilərin çoxlarının problemləri var, lakin bəziləri çəkinir, gəlmir. Mən isə yuxarıda Prezidentimiz İlham Əliyevə, sonra şirkətin Prezidenti Rövnəq Abdullayevə inanaraq və arxalanaraq şikayət edirəm. Hansı ki, mənim hesab edilən problemlər minlərlə neftçinin problemidir. Ərzaq, yemək, istirahət, əmək haqqı və s. problemlərdən tutmuş, növbədən çıxarkən gecikmələrə yol verilərək sahilə çıxmağımızın operativ təşkil olunmamasına kimi. Rövnəq Abdullayev dənizdə işləyib, vitse-prezident Süleyman Qasımov da, Xoşbəxt Yusifzadə də... Dənizdə ölən, itkin düşən, yaralanan, bəzən təsadüfdən xilas olunan bizlərik, ona görə də isti kabinetlərdə əyləşən katibəli müdirlər bunu bilməlidir. Axı bunlar nə vaxta kimi davam etməlidir? Rövşən Qarayevə kim dur deyəcək? Biz bunu istəyirik. -Sənin ixtisas dərəcəni niyə kəsmişdilər? -İdarədə həll olunmayan problemlər barədə şirkətə şikayət etdiymə görə... Bir çox yerlərə müraciət etmişəm, ixtisas dərəcəmə görə ki, haqsızlıq edilib. Xı mənim himayəmdə 7 nəfər ailə üzvüm var... O müraciətə nəsə göz yumdular, baxılmadı. Sonra dənizdə qalmışıq, sizə müraciət etmişəm, zəng eləmişəm, sizin köməyliyinizlə dənizdən çıxdıq. Hansını deyim? Gərək qəzet yazsın ki, əncam çəkilsin? İxtisas dərəcəm 2010-cu ilin 7-ci ayından həkimn aryışı ola-ola görə kəsilib. Hələ bu günə kimi bərpa olunmayıb. Haralara da yazmışam, haralardan cavab gəlib... Onnları yığdım Xəzər rayon Məhkəməsində iddia qaldırdım. -Nə vaxt olub? -Olub təxminən 6-7 ay bundan qabaq, 26 fevral 2014-cü ildə. Anar müəllimə təqdim elədim... -Anar müəllim kimdir? -Xəzər rayon Məhkəməsində hakimdir. Dedi ki, araşdıraraq tədbir görəcəyik, ədalətli qərar verəcəyik, sənə qarşı həkim arayışı ola-ola niyə belə qərəzli mövqe tutublar? Hətta dedi ki, “Dəymiş ziyan da ödəniləcək. Həkimn arayışına görə bunların ixtiyarı yoxdur”. Sonra əmrin çıxarışı ilə də tanış oldu, haralardan cavab gəlmişdi hamısın təqdim etdim. Belə oldu ki, 15-20 gündən sonra həmin verdiyim məktublar mənim ünvanıma gəldi. Masallı rayon Təklə kəndinə. Sən demə iş verilib hakim Əkrəm Qəhrəmanova, o isə iddianı qəbul etməyib, yazır ki, “”28 may” NQÇİ hüquqi şəxs deyil, yuxarı orqana müraciət edin”. Halbuki idarəmizin ayrıca bank hesabı, möhürü, ştampı, hüquqi ünvanı və s. var. Belə çıxır ki, heç kim hansısa İcra Hakimiyyətini məhkəməyə verə bilməz, çünki RİH Prezident Administrasiyasına tabedir, sonuncunu məhkəməyə vermək lazımdır! Elə oldu ki, gözlədim. Hakimin həmin ədalətsiz qərarını Xəzər rayonundan millət vəkili Mehriban xanım Əliyevaya göndərdim. Bilirsiniz, biz neftçilərin hüquqları tapdalananda yerlərdə həll edilmir, məcburən müraciət edirik yuxarılara, sonra isə baxılmayan halda üz tuturuq məhkəməyə. Məhkəmə də belə cavab verəndən sonra biz kimə müraciət edək? Mən 7 baş ailə saxlayıram, yeganə qazanc gətirən mənəm, heç cür alınmır. Hakim Əkrəm Qəhrəmanovla idarə əlbir oldu, neylədisə Bağırov Ruslan İlyas oğlunu- işçi yoldaşımı mənim üstümə qaldırdılar. Hansı ki, mənimlə bir qrafikdə bir yerdə işləyir. Guya mən ona xəsarət yetirmişəm, onu təhqir etmişəm, döymüşəm... O, məndən şikayət elədi. “28 may” NQÇİ-nin rəisi Qarayev Rövşən Qara oğluna ərizə yazdırdılar... İdarənin Mənzil Kommunal Təsərrüfatının rəisi Nazim Həsənli əlbir oldular ki, məni bunun əli ilə vursunlar. Zəng edib Pirallahı rayonundan müstəntiq gətirtdilər ki, məni həbs etdirsinlər. Müstəntiq gəldi, həmin gün işdə idim, yaşıllaşmada işləyirdim. Su xətti partlamışdı, onu bərpa etmək üçün göndərmişdilər. İş üstündən məni çağırdılar ki, gəl, müstəntiq gəlib, dedim nə işdi, dedilər belə-belə, guya sən Ruslanın köynəyini cırmısan, təhqir etmisən... -Guya deyəndə, onların əlində ekspert rəyi var idimi? -Müstəntiqə dedim ki, nə yaxşı bunun şikayətinə siz Pirallahı rayonundan gəlmisiz? Mən il yarımdı haqqımı tələb etməkdən ötrü bir çox yerlərə müraciət etmişəm, heç mənim müraciətimə baxılmır. Dedi, məhkəmədə deyərsən... Dedim ekspertizanın rəyi var ki, məni məhkəməyə verirsən? Dedi ki, həkimin arayışı var. Dedim, yox, mən vəkil tutaram, sonra... -O adamın özü bəs, sən görüb soruşa bilmədin ki, mən sənə harda və harana xəsarət yetirmişəm? -Öyrətmişdilər ki, ərizə yaz, arxası bizlikdir... Təsəvvür edirsinizmi, o boyda strateji bir sahənin rəisi Rövşən Qarayev görün nefti, neftçilərin güzəranını unudub nə işlə məşğuldur??? Ona demişdilər ki, sən şikayət yaz, sənə belə hörmət edəcəyik, həftələrlə işə gəlmərsən, sənə gün yazarıq, sənə ağır iş verməyəcəyik... Üstündən bir müddət keçdi, oturmuşdum evdə, bir ərizə yazdım Rövşən müəllimə. Yazdım ki, xahiş edirəm araşdırıb, ciddi tədbir görəsiniz. Yazdım ki, o ki belədir, 1965-ci ildə istismara verilmiş 9 №-li yataqxananın taxta binası, yaşayış sahəsi 100 kv metr, 25 noyabr 2011-ci ildə gecə saat 12 radələrində həmin Bağırov Ruslan İlyas oğlu tərəfindən yandırmışdır. Orada televizor, soyuducu da və digər nə var idisə, hamısı yandı... FHN-nin yanğın barədə arayışı var. 60 nəfər biz fəhlələr gecə bayırda qalmışdıq. Bu invertalları kimin ayağına vurdunuz, kim tərəifindən bu akt bağlandı? Ruslana nə cəza verildi? Ruslanın üstündə nəhayət, mənə şiddətli töhmət verdilər, həmin işə görə. İstehsalatda mübahisə olursa, hər iki fəhlə cəzalanmalıdır, həmkarların iclası keçirilməlidir. Bunların heç biri olmadı... Axırıncı xəbərarlıqla töhmət verdilər, amma əmrin çıxarışını mənə vermirdilər. Güclə aldım... “Ağır xəstəliyinə görə hərbi xidmətdə olmayan Bağırov Ruslan İlyas oğluna necə olur ki, Mərkəzi Neftçilər Xəstəxanası sağlamlıq kağızı verir, Rövşən Qarayev də onu işə qəbul edir, bəsləyir?” -Bəs baş verənlərə Rövşən müəllim nə dedi? -Həmin məlumatı da gətirmişəm. Rövşən müəllim yazdı verdi bütün məsələlər üzrə müavini Ələddin Mürsəlova. Ələddin müəllim də çağırdı məni, getdim. Dedim, mən faktı yazmışam, tarixi ilə, hansı yataqxana neçənci ildə yandırılıb. Hansı tədbiri gördünüz? O yataqxananı mən yandırmış olsaydım indi bəlkə 10 il “srok”da idim. Amma həmin fəhlə işlədi, heç bir tədbir görülmədi onun barəsində. Yəni hal-hazırda işləyir, abadlaşdırma üzrə 4-cü dərəcəli fəhlədi. Nə onun dərəcəsi kəsildi, nə töhmət verildi, nə də əmək haqqı kəsildi. Onu mən araşdırdım, ağır xəstəliyinə görə hərbi xidmətdə olmayan Bağırov Ruslan İlyas oğluna necə olur ki, Mərkəzi Neftçilər Xəstəxanası sağlamlıq kağızı verir, Rövşən Qarayev də onu işə qəbul edir, bəsləyir? 1756 nəfər sakini- işçisi olan idarədə heç kimi hərbi xidmət keçməyibsə, işə qəbul eləmirlər. Bu xəstə adamı hansı qanunla işə götürüblər? Mən başa düşə bilmirəm. (Davamı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|