İcra başçıları seçkilər səbəbindən «yuxarılardan» vaxt istəyib - İlin yekun heabatları yubanası olacaq…
Tarix: 28-11-2014, 10:49 |
Çap et
DİA.AZ: - İlin yekunları ilə əlaqədar bir sıra rayon icra hakimiyyəti başçılarının hesabatlarında yubanmalar ola bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, bələdiyyə seçkiləri səbəbindən icra hakimiyyətlərinə bu məsələdə müəyyən sərbəstlik verilib: «Yəni başçıların əksəriyyəti «yuxarılara» hesabatların hazırlanmasında yubanacaqlarını bildiriblər. Səbəb kimi seçkilərə texniki tədarükə başlarının qarışdığı göstərilib»
DİA.AZ bildirir ki, əslində bu hesabat məsələsi bir çox rayon icra başçılarının başğarısına çevrilib. Çünki artıq dövlətin müvafiq qurumları - Hesablama Palatası, Maliyyə Nazirliyi və digər müvafiq təşkilatlar məhz icra hakimiyyətlərinin verdikləri hesabatları təftiş etməklə, çox ciddi nöqsanlı mənzərəni ortaya çıxara bilirlər. Bu isə başçıları daha da ehtiyatlı və dəqiq olmağa vadar etməkdədir.