Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                 

Şəkidə icra başçısından narazılıqlar ərşə dirənib - Şikayətlər qulaqardına vurulur...
Tarix: 19-11-2014, 11:42 | Çap et
Şəkidə icra başçısından narazılıqlar ərşə dirənib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun fəaliyyəti son zamanlar rayon sakinlərinin ciddi narazılığına səbəb olur. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, icra başçısı əhalini narahat edən problemləri həll etməkdə maraqlı görünmür. Belə ki, Elxan Usubovun əsas diqqətini məhz şəxsi maraqlarının təmin olunmasına yönəltdiyini qeyd edən mənbə iddia edir ki, icra başçısı elə bu səbəbdən də şəkililərə, daha doğrusu, onların problemlərinin həllinə lazımınca vaxt ayıra bilmir.

Elxan Usubovun 2007-ci ildən 2011-ci ilin may ayınadək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığını xatırladan məlumatlı şəxsin sözlərinə görə, ağstafalılar da onun əməllərinindən hər zaman şikayətçi olublar: "Elxan Usubov Ağstafanın icra başçısı olanda rayon sakinlərinin və ümumiyyətlə, rayonun başına hansı oyunlar açdığı artıq çoxlarına bəllidir. Onun Ağstafada törətdiyi əməllər və onlardan yaranan ciddi fəsadlar hələ də yerli sakinlərin yaddaşından silinməyib". Elxan Usubov Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra bütün önəmli strukturlara özünə yaxın olan adamları təyin etdiyini deyən məlumatlı şəxs qeyd edir ki, icra başçısı vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemlərilə maraqlanmaq əvəzinə Şəki camaatına qarşı böyük haqsızlıqlar edir: "Şəki sakinləri də təsdiqləyə bilərlər ki, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərinin bir çoxu icra başçısına məxsusdur". Bundan başqa, Elxan Usubovun Şəkidəki süd zavoduna da şərik olduğu deyən məlumatlı şəxsin sözlərinə görə, M.F.Axundov prospektində yerləşən "Şəki" oteli, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" oteli də Şəki Şəhər İcra Hakimiyyətinin başçısının nəzarətindədir: "Ümumiyyətlə, Elxan Usubovun idarəçiliyi rayon camaatını qətiyyən qane etmir. İcra hakiminin bir-birini sıralayan qanunsuzluqları artıq şəkililəri təngə gətirib. Onu da qeyd edim ki, Gürcüstanın dövlət idarələrində çalışan bəzi şəxslərlə münasibət yaradan icra başçısı orda özünə böyük fındıq zavodu tikdirib. Şəkidə yetişdirilən fındıq və qozun böyük hissəsinin məhz Gürcüstandakı zavoda daşındığı deyilir. Təxmini hesablamalara görə, zavodun illik istehsal gücü 500 min tondan çoxdur". Hazırda Şəkidəki Xan Sarayına giriş üçün həm piyadalardan, həm də sürücülərdən pul alındığını vurğulayan mənbə bildirir ki, vaxtilə adıçəkilən tarixi məkana giriş pulsuz olub: "Şəhər ərazisindəki digər mədəniyyət və turzim məkanlarına da giriş pulludur. İlin istənilən vaxtında bu yerlərə turistlərin gəldiyini nəzərə alsaq, kifayət qədər məbləğ yığılır. Bəs, bu vəsaitlər hara və necə xərclənir?.." Şəki şəhər icra başçısının yerli sahibkarlarla yola getmədiyini, daha doğrusu, onlara göz verib işıq vermədiyini deyən məlumatlı şəxsin iddiasına görə, rayondakı bir sıra təmir-bərpa işləri məhz yerli sahibkarların hesabına görülüb: "İcra başçısı Şəkinin ən məşhur istirahət zonalarından olan "Marxal" istirahət mərkəzinin sahibinə normal fəaliyyət göstərməyə imkan vermir. Görünür, burada da Elxan Usubovun hansısa məqsədi var".

Bu arada, artıq bir müddətdir ki, Şəkinin icra başçısının böyük çətinliklərlə üz-üzə qaldığını qeyd edən diaaz.space-ın yaydığı informasiyada bildirilir ki, bu ilin iyul ayında ölkə başçısı Şəki rayonuna 3,3 milyon manat vəsaitin ayrılması üçün sərəncam imzalamışdı. Sərəncama görə, Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılırdı. Qeyd olunur ki, artıq bu ilin 9 ayının hesabatının verilməsi zamanı, habelə 2014-cü ilin yekun hesabatının hazırlanması prosesində böyük çətinliklər yaranıb: "Belə ki, Şəki rayonunun yerli maliyyə işçiləri heç cür büdcə vəsaitinin xərclənməsi ilə bağlı rəqəmləri uyğunlaşdıra bilmirlər. Söhbət təxminən, yarım milyon manata yaxın vəsaitin mənimsənilməsinin ört-basdır edilməsindən gedir". Həmin informasiyada iddia olunur ki, konkret olaraq icra başçısı tərəfindən məhz yol tikintisinin inşası üçün ayrılan vəsaitdən götürülən həmin yarım milyon manatlıq payın "rəsmiləşdirilməsinə", digər dövlət qurumları da heç də maraqlı görünmədiklərindən Elxan Usubovun maliyyəçiləri əməlli-başlı çıxılmaz vəziyyətə düşüblər. Bunun isə icra başçısına baha başa oturacağı heç şübhəsizdir...

Mövzu ilə bağlı əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, son vaxtlar Şəki Şəhər İcra Hakimiyyətinin başçısının yeni-yeni qayda və istəkləri ortaya çıxmağa başlayıb. Belə ki, məlumatlı şəxsin sözlərinə görə, Elxan Usubovun ən böyük hobbilərindən biri onun qardaş Türkiyədə çəkilməkdə olan "Kurtlar Vadisi Pusu" serialının heç bir bölümünü buraxmamasıdır: "Deyilənlərə görə, icra başçısı adıçəkilən serialın böyük həvəskarıdır. Hətta rayon camaatı arasında onun Polad Ələmdarın geyindiyi kostyumların eynisini aldırdığı və personajın istifadə etdiyi geyimlərdən yararlandığı da söylənilir. Bundan başqa, onun danışıqlarında serialdan götürülmüş ibarələrdən istifadə etdiyi də deyilir. Elxan Usubovun Polad Ələmdar vurğunluğu o qədər çoxdur ki, eyni adlı şirkət belə yaratdırıb. "Ələmdar P" MMC adlı həmin şirkət Şəkinin abadlaşmasından tutmuş, dəftərxana ləvazimatlarının alınmasına qədər əksər işlərdə iştirak edib. Şəki Şəhər İcra Hakimiyyətinin sifarişilə "Ələmdar P" MMC-nin hesabına dəftərxana ləvazimatlarının alınması üçün xeyli vəsait köçürülüb. Yəqin ki, müvafiq qurumlar bu məsələni ciddi və obyektiv şəkildə araşdırsalar, hələ bir çox mətləblərə aydınlıq gətirilə bilər". \\ gundelik-baku.com \\

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru