Cənab nazirin BUNLARDAN XƏBƏRİ VARMI? - ARAŞDIRMA
Tarix: 8-09-2023, 08:50 | Çap et
 Azərbaycanın müstəqilliyindən 32 ilə qədər vaxt keçsə də, Bakının mərkəzindən Qusarın, Astaranın ucqar dağ kəndlərinə qədər məktəbsiz qalan uşaqlar var.
Məktəbsiz qalan şagirdlərin böyük əksəriyyəti digər kəndlərdəki məktəblərə gedirlər və bu da onlara əlavə əziyyət olmaqla yanaşı, əlavə xərc də deməkdir. Məsələ ilə bağlı kiçik araşdırma aparanda məlum olur ki, ölkə təhsilində nə mobil məktəb, nə də ehtiyacı olan şagirdlərin günlük nəqliyyatla təmin olunma təcrübəsi yoxdur.
Qaradağın Qızıldaş qəsəbəsinin Şonqar yaşayış massivi də məktəbsizdir. Qəsəbənin icra nümayəndəsi Hüseyn Axundov deyir ki, məktəb tikintisilə bağlı istək olsa da, hələlik konkret addımlar atılmayıb:
“20 il əvvələ qədər ibtidai siniflər üçün məktəb olub, ancaq sonradan standartlara uyğun olmadığı üçün o da ləğv edilib. Buradan 260 uşaq məktəbli Qızıldaş qəsəbəsindəki məktəbə gedir. Şonqarda məktəb tikintisilə bağlı icra hakimiyyəti bir neçə dəfə aidiyyatı qurumlara müraciət edib, gəlib baxış keçirib gediblər. Elm və Təhsil Nazirliyinin tikinti şöbəsi var idi, ordan gəlib dedilər ki, bununla bağlı vəsait ayrılmalıdır. Valideynlər də dəfələrlə bizə məktəblə bağlı müraciət edirlər, biz də istəyərik olsun, ancaq müəyyən meyarlar var və nazirlik özü araşdırıb, qərar verməlidir”.
Ağsunun Zərqəva kəndində də məktəb yoxdur. Kəndin icra nümayəndəsi İlham İsmayılovun sözlərindən aydın olur ki, bu kənddən digər kəndlərə məktəbə gedən uşaqlar üçün günlük avtomobil təşkil olunmur:
“Məktəb ümumiyyətlə olmayıb. Oradakı məktəbli uşaqlar qonşu kəndlərə gedirlər. Məktəbin tikilməsilə bağlı da heç nə demirlər. Kəndin əhalisi də azalıb. Artıq camaatın böyük hissəsi qonşu kəndlərdə və ya Bakıda yaşayır”, - deyə o, əlavə edib.
Məktəbi olmayan bir kənd də Astaranın Unuz kəndidir. Bu kəndə də orta məktəbin tikintisi və ya məktəb olmadığına görə qonşu kəndlərə gedən uşaqların avtobusla daşınması üçün heç bir iş görülməyib:
“Kənddə əvvəlcədən məktəb olmayıb. Burada azsaylı ailələr qalırdı, onlardan da məktəbli uşağı olanlar qonşu kəndə köçüb, orada yaşayırlar”, – deyə kəndin icra nümayəndəsi Ağamalı Əliyev deyir.
Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yerği Kekdə də məktəb yoxdur. Sudur kəndinin icra nümayəndəsi İkram Əsədov deyir ki, burada məktəbin tikilməsi də gözlənilmir:
“Əvvəllər Quturğan və Əlix kəndində məktəb var idi, Yerği Kekdə yaşayan məktəbli uşaqlar da ora gedirdi. Sonra bu iki kənddəki məktəblər də bağlandı və indi uşaqlar qonşu kəndlərdəki məktəblərə gedirlər. Bəziləri Qusarın mərkəzindəki məktəblərə gedir. Bu kəndlərdə yeni məktəblərin tikilməsilə bağlı da heç nə demirlər. Yerği Kekdə əhali də çox deyil”, – deyə o, bildirib.
Astaranın Pəlikəş inzibati ərazi vahidində olan Diqo kəndində də məktəb yoxdur. Ancaq kəndin icra nümayəndəsi Xaqani Xalıqov deyir ki, yeni məktəb tikintisi planda var:
“Diqo kəndində 50 nəfərə qədər məktəbli uşaq var. Bu vaxta qədər onlar Sım və Pəlikəş kənd orta məktəblərinə gediblər. Kənddə məktəbin tikilib başa çatdırılması nəzərdə tutulsa da, həmin məktəb hələlik ancaq ibtidai sinifləri əhatə edəcək”, – deyə o, əlavə edib.
Ancaq bu 32 illik müddətdə sırf təhsil infrastrukturunun təkmilləşdirilməsi, yeni məktəblərin tikilməsi üçün milyonlarla vəsait ayrılıb. Ölkə başçısı İlham Əliyevin 2013-cü il prezident seçkilərindən cəmi 15 gün sonra imzaladığı sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da, ondan 2 il əvvəl imzaladığı “Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da təhsillə bağlı “Məktəblərin tikintisi və əsaslı təmiri sahəsində həyata keçirilən işlər davam etdiriləcək” deyilirdi.
Abzas Media məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ilə müraciət etsə də, suallarımız cavablandırılmayıb. //Abzas Media//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23 |
|
|
|
| • Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08 |
|
|
|
|