Meşələr bəşəriyyətin nəfəsi... ETSN rəhbərliyinin isə QAZANC YERİDİR... - AXI NİYƏ?!
Tarix: 27-05-2023, 08:29 | Çap et
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhərin bir çox yerlərində, həmçinin ictimai nəqliyyatlarda bir reklam lövhəsi quraşdırıb. Həmin lövhələrin hər birinin üzərinə də "Məhv etmə, qoru" şüarları yazılıb. Lakin, ETSN-nin son illərdəki fəaliyyətinə nəzər saldığımızda ağlımıza o şüarların mənasının "Qoru ki, biz yararlanaq" olduğu gəlir.
Cəmiyyət nəinki qoruyur, üstəlik ərki çatan yerlərdə (şəxsi həyətində, yaşadığı küçədə və s) ağaclar, çiçəklər əkib becərirlər, ETSN-nin səlahiyyətli nümayəndələri də bir yanda meşə ağacları ilə özlərinə "mayasız biznes" qurublar. Belə ki, səlahiyyət sahibləri kimə ağac lazımdırsa, ondan "pulunu alır, arxasını çevirir" həmin əraziyə, kəsimin başa çatmasını gözləyir.
Yox, biz bunu özümüzdən uydurmuruq. Elə internet üzərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yaxud Muxtar Babayev yazmaq kifayətdir ki, bu barədə çox sayda məlumatlarla tanış olasınız.
Hələ üstəlik, məhvetmə işinə qondarma ekspert rəyi əsasında qanuni don da geyindirirlər ki, bu işlər də qohum-əqrəbasını, yerlilərini ETSN-nə doldurduğu deyilən ekoloji ekspert Mirsalam Qənbərovun əli ilə həyata keçirilir.
Baxın!
Bu günlərdə "DogruXeber.az" informasiya portalında yaşadığı mənzil üçün təhlükə olan qurumuş ağacı aradan qaldırsınlar deyə aidiyyatı üzrə hər yerə xəbər verən və nəticə olmadığına görə həmin ağacı özü kəsən Masallı rayon sakini 2000 (iki min) manat cərimələndiyini və hələ canını qurtara bilmədiyini deyir.
Aşağıdakı videoda isə vətəndaş 1 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Şakir Quliyevə zəng edib kəsilmiş ağaclarla dolu olan yük maşınının meşədən çıxıb, mebel sexinə tərəf yola düşdüyünü deyir, Şakir Quliyev də ona zəng edən şəxsi küçə söyüşləri ilə təhqir edir ki, "gecə vaxtı niyə mənə zəng edirsən?!".
Demək ki, bu işlərin gecə görülməsinin özü də Mirsalam Qənbərovun sevimli yerlisi (qohumu olduğu da deyilir) Şakir Quliyev kimi səlahiyyət sahiblərinin planlarının bir hissəsidir.
Şakir Quliyev demişkən, bu günlərdə "DogruXeber.az" redaksiyasına belə bir məlumat daxil oldu.
"2018 ci ilin İyul ayınadək Cəlilabad Meşə Bərpası və Mühafizəsi Mərkəzi adlı idarənin Baş Meşəbəyisi vəzifəsində işləmiş Seyfullayev Oruc Şaxavət oğlu meşələrdə yüzlırlə ha sıx meşəlik əraziləri aqrobağ əkinləri kimi göstərərək, həmin vaxtlar Rusiya Federasiyasında yaşamış öz yaxın qohumlarını həmin əkinlərə fəhlə işinə qəbul etmiş, onların adına maaş kartı açmış və bu yolla külli miqdarda dövlət vəsaitini mənimsəmişdir.
Saxta yollarla 17 nəfərin adına yazılmış əmək haqqı kartına sahib olmuş O.Seyfullayev dövlət büdcəsindən yüz minlərlə manat pul oğurlamışdır. Bir müddət keçdikdən sonra isə aqrobağ kimi qeydiyyatda olmuş həmin ərazilərin sərt quraqlıq, yaxud təbii fəlakət ucbatından sıradan çıxması barədə saxta aktlar təqdim edərək, öz yaxasını məsuliyyətdən qurtarmağa çalışmışdır. Bir neçə meşə dolayında isə həmin aqrobağların inkişaf edərək, meşə zolağına birləşdiyi haqda saxta aktlar tərtib edən Oruc Seyfullayev hal-hazırda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində Tingçilik üzrə Baş Mütəxəsis işləyir və yenə də öz saxtakarlıqlarına davam etməkdədir. Aşağıda qeyd etdiyim qanun pozuntuları Cəlilabad və Göytəpə meşəbəyliklərinin 1,2,4,5,6,9,10A,11,12,13,13A,14,15,19 saylı meşə dolaylarının ərazilərindədir."
Gördüyünüz kimi, çox ciddi iddialar irəli sürülmüş bu məlumatla bağlı aidiyyatı üzrə 1 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Şakir Quliyevə zəng edib xəbəri yoxdursa məlumat vermək, varsa münasibətini öyrənmək istədik. Şakir Quliyev isə, nazirliyə zəng etməmizi və onlardan münasibət öyrənməmizi istədi. Bu isə o deməkdir ki, harda nə olursa-olsun (qanuni, yaxud qanunsuz) nazirlik özü xəbərdardır.
1 saylı Ekologiya və Təbii Sərvətlər idarəsi barəsində məlumatlarımız burda bitmədi. Qarşıdakı günlərdə tərəfimizdən müəyyən araşdırmalar aparıb, əlimizdə olan digər ciddi məlumatları diqqətinizə çatdıracağıq.
Bizi izləyin !
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08 |
|
|
|
| • Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05 |
|
|
|
|