Səhiyyə sistemində RƏSMİ ÖZBAŞINALIQ... - Nə vaxta qdərə ki qanun qəbul edilməyib...
Tarix: 11-09-2021, 10:17 | Çap et
 Həkim səhvi üzündən baş verən hadisələr pasiyentlərə bəzən həyatı bahasına başa gəlsə də, belə həkimlər öz fəaliyyətini davam etdirirlər. Bu günlərdə mətbuatda yayılan məlumata görə, daha bir həkim səhvi nəticəsində xəstə ölümlə üz-üzə qalıb. Belə ki, Şirvanda əməliyyat zamanı həkim tamponu xəstənin qarnında unudub. Səkkiz ay bu səbəbdən ağrı-acı çəkən şəxsə sonradan xərçəng diaqnozu da qoyulub. Ruh düşkünlüyünə uğrayan şəxs evə gələrək vəsiyyət edib. 65 yaşlı Alim Səməd oğlu Zülfüqarov səkkiz ay əvvəl əməliyyat olunub. Həkimin onun qarnında unutduğu tamponun uzunluğu isə 92 santimetrdir:
"Bir-iki ay özümü yaxşı hiss elədim. Narahatlığım vardı, dedi, olan şeylərdir. Sonradan dedilər, şiş görünür. Gələrsən, götürərik, sonra kimyaterapiya qəbul edərsən. Gəldim, uşaqlarıma vəsiyyət elədim. Amma ağrılarımın artdığını görən yaxınlarım mənə başqa xəstəxanada müayinə olunmağı məsləhət gördülər. Bundan sonra Bakıya gəldim. Burada əməliyyat olunan zaman qarnımdan səkkiz ay əvvəl unudulmuş tampon çıxdı". A.Zülfüqarov deyir ki, həkim səhlənkarlığı təkcə onun səhhətinə zərər vurmayıb. Həm də ailəyə maddi ziyan vurub. Həkim səhvinin fəsadlarının aradan qaldırılması ailəyə 10 min manata başa gəlib. Məsələ ilə bağlı rayon prokurorluğuna müraciət olunub. Faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, Alim Zülfüqarlı Vətən müharibəsində şəhid olan XTQ zabiti Zeynal Zülfüqarlının atasıdır.
Həkim məsuliyyətsizliyi səbəbindən xəstələrin başlarına gələn bu hadisələr yenidən "Pasiyent hüquqları haqqında" qanunun qəbulu məsələsini gündəmə gətirib. İllərdir bu qanunun qəbulu nəzərdə tutulsa da, hələ ki, pasiyentlərin hüququnu qoruyan ayrıca qanun qəbul edilməyib.
"Azad İstehlakçılar Birliyi"nin (AİB) sədri Eyyub Hüseynov da qanunun qəbulunu zəruri hesab edir. Birlik sədri deyir ki, pasiyent hüquqları istehlakçı hüquqlarının bir hissəsi olsa da, ayrıca qanunun qəbuluna ciddi ehtiyac var:
"Azərbaycanda dövlət məmurlarının mütləq əksəriyyəti xaricdə müalicə olunur. Baxmayaraq ki, ölkəmizdəki özəl klinikaların çoxu məmurlarındır. Bizə hər ay özəl xəstəxanalardan şikayətlər daxil olur. 10 ildən çoxdur ki, "Pasiyent hüquqları haqqında" qanunun qəbulu nəzərdə tutulsa da, bu qanunun qəbulu ləngiyir". AİB sədri deyir ki, Azərbaycanda həkimlər nə maddi, nə də həkim məsuliyyəti daşıyır. Onun sözlərinə görə, həkim peşəsi biznesə çevrilib:
"Həkimlər müvafiq müqaviləyə imza atmırlar. Nəticədə xəstənin hüququnu da qorumaq çətinləşir". Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli də pasiyent hüquqlarını qoruyan qanunun qəbulunun vacib olduğunu söyləyir:
"Pasiyent hüquqlarını qoruyan qanunun qəbuluna ehtiyac var. Amma bizdə pasiyentin hüququ “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla qorunur. Bundan əlavə tibb müəssisələrində tibbi şuralar var. Həkim səhvi müalicənin keyfiyyəti, müalicə ilə bağlı digər müraciətlər, eləcə də ölüm halları tibbi şuralarda araşdırılır. Əgər həkim səhvi varsa, inzibti tədbir görülür". Deputat deyir ki, əgər həkim səhvi üzündən xəstənin sağlamlığına zərər dəyirsə, bu zaman pasiyent hüquq mühafizə orqanlarına müraciət edə bilər:
"Bu halda ekspertiza təyin olunur, cinayət tərkibi varsa, həkim məsuliyyətə cəlb olunur. Amma bununla belə hesab edirəm ki, pasiyent hüquqlarını qoruyan ayrıca qanunun daha detallı şəkildə qəbuluna ehtiyac var". M.Məmmədli "Pasiyent hüquqları haqqında" qanunun nə vaxta qəbul olunacağının səhiyyə komitəsinin iş planının müzakirəsi zamanı müəyyən olunacağını söyləyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
|