Etibar Pirverdiyev həbs oluna bilər - Dövlət Bayraq Meydanına görə
Tarix: 19-08-2021, 08:42 |
Çap et
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həbsi gündəmə gəlib.
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.
E.Pirverdiyevin həbsinə səbəb Dövlət Bayrağı Meydanında vaxtilə aparılan keyfiyyətsiz tikinti işləridir.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanının inşasına 2007-ci ilin dekabrında başlanılıb.
Ümumi ərazisi 60 hektar olan Bayraq Meydanının layihəsini Amerika Birləşmiş Ştatlarının "Trident Support” şirkəti, tikinti işlərini isə "Azenco" şirkəti aparıb.
Dövlət Bayraq Meydanı 2017-ci ildə fəaliyyətini dayandırıb, 2018-ci ildə isə sökülməyə başlayıb.
"Azenco" ASC Azərbaycanda dəyəri on milyonlarla ölçülən böyük layihələrdə iştirak etmiş şirkətlərdəndir.
Şirkətin Etibar Pirverdiyevə məxsus olduğu bildirilir.