"Qaçqınkom"da TƏFTİŞ İDDİASI... - NƏ BAŞ VERİR?
Tarix: 3-07-2021, 09:02 | Çap et
 ''Gündəlik Bakı'' olaraq ötən yazılarımızda Maliyyə Nazirliyinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ( “Qaçqınkom”da ) yoxlama aparması barədə məlumat vermişdik. Məlumat üçün bildirmişdik ki, son bir neçə ildə Maliyyə Nazirliyinin “Qaçqınkom”da ciddi yoxlama aparması heç kimin yadına gəlmir. Həqiqətən də bütün dövlət qurumlarında zaman-zaman operativ, illik yoxlamalar olduğu halda sanki “Qaçqınkom” toxunulmaz qurum kimi yoxlamalardan kənarda qalırdı. Hətta Milli Məclisin tribunasından bir çox nazirlik və komitələr ciddi tənqid olunsa da “Qaçqınkom”a gözün üstə qaşın var deyən yox idi. Hansı ki, bu qurum dəfələrlə yazdığımız kimi rüşvətin və korrupsiyanın miqyasına görə ölkədə birinci yerdədir. Belə olduğu halda “Qaçqınkom” niyə yoxlamalardan kənarda qalmalı idi. Hətta Rövşən Rzayev komitəyə sədr təyin olunandan sonra qurumda özbaşınalıq, korrupsiya halları birə beş artsa da Maliyyə Nazirliyi bu quruma sanki həmişəlik yaşıl işıq yandırmışdı. Amma bir müddət əvvəl Maliyyə Nazirliyi “Qaçqınkom”da yoxlamalarla bağlı qərar verdi. Görünür yazılan məqalələr, məcburi köçkünlərin şikayətləri nəhayət yuxarılara yetişmişdi. Və ölkə rəhbərliyi səviyyəsində məlum olmuşdur ki, başda komitə sədri Rövşən Rzayev olmaqla, müavinləri Fuad Hüseynov, Sabir Əhmədov, Aparat rəhbəri Eldar Zeynalov, Mənzil Departamentinin direktoru Səbuhi Əhmədov və ən əsası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadə qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına milyonçuya çevriliblər. Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir. Qoy Maliyyə Nazirliyi hər ay verilən 60 milyon “çörək pulu”nun içərisində “ölü canlar”ın sayını və “summa”sını müəyyən etsin. Görəsən, bu “ölü canlar”ın qazını, işığını, suyunu kim istifadə edir, yaxud bu pullar kimlərin cibinə gedir ? Təxminən son 30 ildə qaçqın və məcburi köçkünlərə, onlar üçün tikilən binalara, qəsəbələrə, şəhərciklərə ayrılan milyardlarla dövlət vəsaitini beyninizdən keçirin. Bu binalardakı mənzilləri satan, şəhərciklərin həyətini ticarət obyekti kimi hərraca çıxardan Departament direktoru Səbuhi Əhmədovu gözünüzün önünə gətirin. Adam rüşvətin çoxluğundan az qala havalanıb, eşqə düşüb, xaricdəki “söyüş müxalifəti”nə maliyyə dəstəyi verir, məcburi köçkünlərə 5000 manata “kupça” satır. Yəqin ki, Maliyyə Nazirliyinin yoxlama materiallarında bu faktlar öz əksini tapacaq. Komitənin “rüşvət və korrupsiya dənizi “ hesab olunan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, millət vəkili Mahir Abbaszadənin əməlləri də yəqin ki, yoxlama sənədlərində qırmızı xətlə keçəcək. Bu adam o dərəcədə milyonçuya çevrilib ki, iki həftə əvvəl, daha dəqiq desək, 14 iyun 2021-ci il tarixdə həyat yoldaşına keçirdiyi möhtəşəm ad günündə ( 42 yaş ) xanımına 420000 yevro dəyəri olan hədiyyə bağışlayıb. Təkcə bu fakt “Qaçqınkom”dakı rüşvətin və korrupsiyanın miqyasını göstərir. Biz kiminsə xanımına lap 1 milyonluq hədiyyə bağışlamasının əleyhinə deyilik. Amma qaçqın və məcburi köçkünlərə ayrılan dövlət vəsaiti ilə deyil. Komitə sədri Rövşən Rzayev deyir ki, maaşımla dolanıram. Bəlkə Səbuhi Əhmədov da, Mahir Abbaszadə də quru maaşla dolanır, cənab Rzayev ? Bəlkə, müavinləriniz, Fuad Hüseynov, Sabir Əhmədov, Aparat rəhbəri Eldar Zeynalov maaş cədvəlinə qol çəkir ? Bir daha təkrar edirik ki, “Qaçqınkom” böyük rüşvət, korrupsiya və cinayətlər yuvasıdır. Xarici beynəlxalq humanitar qurumlardan gələn yardımlar haradadır, cənab Rövşən Rzayev ? Bunu heç bir məcburi köçkün görməyib. Sözün qısası ümid edirik ki, Maliyyə Nazirliyinin apardığı yoxlama öz müsbət nəticəsini verəcək. Çünki redaksiyamıza daxil olan məlumata görə, yoxlamanın materialları Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə İdarəsinə göndərilib. Məlumatlı mənbənin dediyinə görə, komitə rəhbərliyinin həbsi gözlənilir. Bəlkə də qohumları Rövşən Rzayevi həbsdən xilas edə bildi, ancaq Səbuhi Əhmədov, Mahir Abbaszadə və digərlərinin həbsi qaçılmazdır. //gundelik-baku.com//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
|