Naxçıvanda da kütləvi ixtisarlar başlayıb... - maaşlar aşağı salındı
Tarix: 5-02-2021, 09:15 |
Çap et
Naxçıvan Dövlət Filarmoniyasında çalışanların əmək haqqıları azaldılıb və ondan çox işçi işdən çıxarılıb.
AzToday.az-a daxil olan məlumatlara görə, bu barədə muxtar respublikanın Maliyyə Nazirliyi qərar verib. Eyni zamanda Naxçıvan Musiqi Kollecində də ixtisarların olduğu, yaxud müəllimlərin iş saatlarının aşağı salındığı deyilir.
İstefa verənlər arasında Naxçıvanın tanınmış musiqiçiləri, əməkdar artistləri də var.
Bu addımın hansı səbəbdən atıldığı məlum deyil. İddialara görə Ali Məclis Muxtar Respublikanın büdcəsində yaranan kəsiri bu şəkildə kompensasiya etməyə çalışır. Bu da işçilərin haqlı narazılığına səbəb olub.
Məsələ ilə əlaqədar Bakıya da çox sayda şikayətlərin edildiyi bildirilir.