Cavanşir Feyziyev nədən ortalıqda görünmür? - Şəkililər deputatlarına görə utanırlar...
Tarix: 17-04-2020, 11:14 |
Çap et
DİA.AZ: - "Bütün ölkənin koronavirus pandemiyasına qarşı səfərbər olduğu bir ərəfədə, hətta idmançıların, müğənnilərin belə Prezidentin çağırışına qoşularaq milli birlik sərgilədiyi bir məqamda nədənsə ölkəmizin bəzi iş adamları ortalıqda görünmür. Onlardan biri də "AvroMed" şirkətinin rəhbəri Cavanşir Feyziyevdir". Bu sözlər DİA.AZ-a Şəkidən göndərilən müraciətdə yer alıb.
Çəki sakinləri adından yazılan müraciətdə qeyd olunur ki, onların adından parlamentdə oturan Cavanşir Feyziyevin hal-hazırda susması, millətə yardımda bulunmaması, bu çətin günlərdə şəkililərin yanında olmaması ürəklərini ağrıdır:
"Cavanşir Feyziyevi bu vaxta qədər səxavətli adam kimi tanıyırdıq. Hər halda, belə deyirdilər, pul verdiyi mətbuat orqanları belə tanıdırdılar. Amma indi səsi çıxmır. Səsinin çıxmaması bir yana, əlində o boyda dərman şirkəti ola-ola bircə dənə olsun tibbi maskanı belə hansısa şəkiliyə pulsuz verməyib. Onun bu davranışı təkcə özünü utandırmır. Biz ondan çox utanırıq. Nə olsa da, Şəkinin adından Milli Məclisdə oturub. Adımızı rəsmən batırır".
Müraciətlə bağlı hprmətli deputatın fikirlərini də yaymağa hazırıq...