Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                 

"Şikayətimə məhəl qoyan yoxdur" - GİLEY
Tarix: 15-02-2020, 10:21 | Çap et
"Şikayətimə məhəl qoyan yoxdur"
Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü birinci qrup gözdən əlil Füzuli Məmmədov şikayətçidir.

Dediyinə görə, artıq bir neçə ildir, davamlı olaraq, rayon icra hakimiyyətinə, o cümlədən, Prezidentə və Birinci vitse-prezidentə məktub ünvanlayır ki, hazırda qəzalı vəziyyətdə olan evinə əncam çəkilsin. Söyləyir ki, icra hakimiyyəti nümayəndələri evinə dəfələrlə baxış keçirsələr də, mənzil problemini həll etməyiblər:

“İcra hakimiyyətində yalandan vədlər verirlər. İş o həddə çatıb ki, kredit götürüb, ev tikmək qərarına gəldik. Çünki icraya ümid yoxdur. Lakin əlil olduğum üçün pul vermədilər. Dedilər ki, sabah-birigün pulu ödəyə bilməsəniz, məhkəməyə müraciət etsək, işi sizin xeyrinizə həll edəcəklər. İki gözüm də görmür, bu vəziyyətdə niyə kredit götürməliyəm? Niyə hökumətim mənə sahib çıxmır? Dəfələrlə rayon icra hakimiyyətinə müraciət etmişəm. Amma şikayətimə məhəl qoyan yoxdur”.

DİA.AZ bildirir ki, yaşadıqları ikiotaqlı kürsülü evin aşağı hissəsi tamamilə yararsız vəziyyətdədir. Şikayətçi deyir ki, oranı artıq otaq yox, zirzəmi kimi istifadə edirlər:

“Ev atam tərəfindən, təxminən 1955-ci ildə çiy kərpicdən tikilib, artıq yaşayış üçün yararsız hala gəlib. Adamın ev deməyə dili gəlmir, tövlə buradan yaxşıdır. Hər iki otağın divarları, döşəməsi və tavanı bərbad vəziyyətdədir. Həyat yoldaşımla oğlum yağış yağanda, evin içərisində vedrə dəyişməkdən bezirlər. Yeriyəndə döşəmə yırğalanır. Divara yaxın getmirik ki, bu dəqiqə üzərimizə uçacaq.

İcrada isə deyirlər ki, prezident vətəndaşların evlərinin tikilməsinə görə pul ayırmır. Mən Prezidentə məktub yazıram, onlara yönləndirilir ki, maraqlanıb vətəndaşa kömək edin. Əgər onlar deyən kimidirsə, qoy, məktubuma rədd cavabı yuxarıdan gəlsin. Bəs yaxşı, niyə evimə baxış keçirməyə gəlirlər? Deməli, mənim problemimi yuxarıya bildirməkdən ötəri gəlirlər. Əgər elə bir məqam yoxdursa, niyə evimə baxırlar, elə birbaşa cavabı Prezidentə yazsınlar də.

Beş-altı dəfə şikayət etmişəm, amma maraqlanan yoxdur. Vətəndaşı saymırlar, problemlərini görmürlər. Həyat yoldaşım deyir ki, otaqlara girməyə qorxuram. Cavan oğlum həmin otaqda yatır. Bir gün divar uçub ödladımın üstünə düşsə, kim cavabdeh olacaq?”

Füzuli Məmmədov evinin qəzalı vəziyyətdə olması ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə ilk dəfə 2018-ci il iyulun 5-də müraciət edib. Dediyinə görə, icra nümayəndələri tərəfindən evə baxış keçirilib, yararsız olması ilə bağlı akt tərtib edilib:

“Növbəti dəfə 2019-ci il iyulun 18-də təkrar icraya getdim. Yenə baxdılar, dedilər ki, ev çox acınacaqlı vəziyyətdədir. Təmir üçün çox pul lazımdır, buna da bizim gücümüz çatmır. Mənimlə eyni vaxtda bir qadın da evinin təmir-bərpası ilə bağlı icra hakimiyyətinə müraciət etmişdi. Onun sözlərindən belə başa düşdüm ki, icra hakimiyyəti tərəfindən həmin qadının evi iki-üç il öncə təmir edilib. Qadın təkrar yenə gəlmişdi ki, evimi yenidən təmir edin. Ona dedilər ki, sənin evini yaxın vaxtlarda təmir etmişik. Qadın narazılıq etdi, başladı ağlamağa. Bundan sonra icradakılar ona dedilər ki, yaxşı, ağlama, get, gəlib evinə bir əncam çəkəcəyik. Mən başa düşmürəm, ağlamayana əppək yoxdur? Gərək mən də ağlayam ki, gəlib, mənim də evimə bir əncam çəksinlər? Məni əliboş geri qaytardılar, şikayətimi həll etmək istəmədilər. Qulaqlarımla eşitdim, həmin qadınla belə bir söhbət oldu. Amma indi oradakılar bu hadisəni boyunlarına alıb-almayacaqlarını deyə bilmərəm”.

Şikayətçi söyləyir ki, rayon icra hakimiyyətinin nümayəndələri dəfələrlə evin yararsız olmasını etiraf ediblər. Lakin köməklik göstərmək məsələsində kənara çəkilirlər:

“Üç nəfər idilər, qapının ağzındaca dayanıb, otaqlara baxdılar, içəri girməyə qorxdular. İcra Hakimiyyətinin memarı Kamil Qasımov evin içinə girmədi ki, uçacaq. Dedilər ki, sizi əlillər üçün nəzərdə tutulan ev növbəsinə götürürük, razılaşmadım. Camaat illərdir ev növbəsi gözləyir, gec olar. Hazırda mən və ailəm təhlükə qarşısındayıq. Bir neçə dəfə evə baxış keçirsələr də, yaxın durub, bir köməklik göstərmədilər. Hazırda evdə, iki nəfər də rəhmətlik qardaşımın övladları olmaqla altı nəfər yaşayırıq. Hamam-tualet, hətta küçə qapısı belə yoxdur. Qonşuluqda yaşayan qardaşımın hamam-tualetindən istifadə edirik. İnanın ki, adam xəcalət çəkir. Bugün-sabah onun övladları ailə quracaq. Belə olmaz axı, nəsə bir əncam çəkmək lazmdır. Gözlərim görməməklə yanaşı, həm yüksək təzyiqim var, həm də şəkər xəstəliyindən əziyyət çəkirəm. İldə iki dəfə müalicə götürməliyəm, amma heç biri olunmur. Maddi imkanım yoxdur. Əlacsızlıqdan heç nə edə bilmirəm. Əlilliyə görə 350 manat təqaüd alıram. Bununla bağlı heç yerə müraciət etmirəm. Çünki etdiyim müraciətlərin hamısı cavabsız qalır. Oğlum Nurlan işsiz idi, dəfələrlə rayonun Məşğulluq Mərkəzinə getmişdi, iş vermirdilər. İşsizliklə bağlı müraciət edəndən sonra ona Məşğulluq İdarəsi tərəfindən Göyçay Abadlaşdırma və Təmir İdarəsində iş verildi, hazırda 241 manat əməkhaqqı alır.

Evə gəlincə, komissiya təşkil olunsun, gəlib baxsınlar, ona müvafiq də qərar verib evi yaşanacaq hala gətirsinlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru