Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                 

Bakı metrosunun rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir... - İTTİHAM
Tarix: 3-02-2020, 09:45 | Çap et
Bakı metrosunun rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir...
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq rəisi Tağı Əhmədovun ölkə telekanallarından birinə verdiyi açıqlamalar son günlər diqqətləri yenidən yeraltı nəqliyyat vasitəsinin üzərində cəmləşdirib. Qeyd edək ki, sabiq rəis “Bakı Metropoliteni”nə rəhbərlik etdiyi dönəmdə dövlətin pulunu oğurlamadığını, ağıllla qazanc əldə etdiyini deyib: “Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Mən də ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram. Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm”.

Əlbəttə, Tağı Əhmədovun bu məsələdə nə qədər haqlı olduğunu onun öz vicdanına buraxırıq. Amma təkcə 21 mərtəbəli binanın tikintisi üçün hansısa iş adamından haqq tələb etməsi sabiq rəisin milyonları heç də alın təri ilə qazandığına dəlalət etmir. Həmçinin, bu pulların, deyildiyi kimi, ağıl gücünə qazanıldığını da iddia etmək olmaz. Çünki, Tağı müəllim faktiki olaraq vəzifə səlahiyyətlərinin ona verdiyi imkanlar hesabına böyük vəsaitlər əldə edib. Sadəcə, bizim mövzumuz T.Əhmədovun pullarının mənbəyini araşdırmaqdan ibarət olmadığına görə, bu məsələnin üzərində çox da dayanmağa ehtiyac görmürük. Biz bu gün Tağı Əhmədovun sələfi, “Bakı Metropoliteni” QSC-nin hazırkı sədri Zaur Hüseynovun sahib olduğu milyonları necə əldə etdiyinə, yəni xələfinin iddia etdiyi kimi “ağılla” qazandığına, yoxsa dövlətdən oğurladığına aydınlıq gətirməyə çalışacağıq. Buna qədər isə Z.Hüseynovun ümumiyyətlə bu vəzifə üçün nə dərəcədə uğurlu bir kadr olub-olmadığını faktlarla üzə çıxarmağa cəhd edəcəyik.

“Bakı Metropoliteni”ndə rəhbər dəyişikliyi…

Öncə ondan başlayaq ki, 2014-cü il fevral ayının 27-də “Bakı Metropoliteni” QSC-yə rəis təyin olunan Zaur Hüseynovdan ölkə rəhbərliyi ilə yanaşı, hər gün metrodan istifadə edən vətəndaşların da gözləntiləri çox idi. Çünki dövlət büdcəsindən hər il böyük məbləğdə dotasiya ayrılmasına rəğmən, “Bakı Metropoliteni”ndə kifayət qədər problemlər var idi. Qatarlar köhnə olduğundan, ara-sıra texniki nasazlıqlar yaranır, vətəndaşların həyatı üçün təhlükələr meydana çıxırdı. Üstəlik, metroda ticarətlə məşğul olan kiçik sahibkarlar bir sıra qeyri-rəsmi ödənişlərdən azad olunacaqlarını güman edirdilər. Amma, necə deyərlər, sən saydığını say, gör Zaur Hüseynov nə sayır…



İlk olaraq minlərlə insan çörəksiz qoyuldu

Dəyərli oxucularımız xatırlayar ki, Z.Hüseynov “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunar-olunmaz, ilk işi metroların giriş-çıxışında yerləşən ticarət köşklərini ləğv etdirməkdən ibarət oldu. Bunun nəticəsində isə minlərlə, bəlkə də onminlərlə insan gündəlik çörək puluna möhtac qoyuldu. Bu qərara cəmiyyətdən ciddi təpki olduğunu gördükdən sonra isə, guya, bu insanların problemlərini həll etmək adı ilə onları hansısa məmur-oliqarxların aylarla boş qalan ticarət mərkəzlərinə yönəltdilər. Onlardan müvəqqəti olaraq kirayə haqqı alınmasa da, nəticədə yenə qazanan vətəndaş deyil, məmurlar oldu. Hansı ki, vaxtilə metroda kiçik ticarətlə məşğul olan sahibkarların bir çoxunun öz biznesini onlar üçün ayrılan ticarət mərkəzlərinə köçürməsindən sonra müflis olduğu, bəzilərinin isə ümumiyyətlə işsiz qaldığı dediklərimizin bariz nümunəsidir.

Nasazlıqların sürətlə artması

Zaur Hüseynovun “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunmasından sonra, bu ictimai nəqliyyatdan istifadə edən vətəndaşların da gözləntisi özünü doğrultmadı. Əksinə, Tağı Əhmədov metroya rəhbərlik etdiyi dönəmdə nasazlıq halları ara-sıra olurdusa, artıq bu problemlə həftədə ən azı iki dəfə rastlaşırıq. İstənilən vətəndaş metrodakı nasazlıq halları ilə bağlı internetin axtarış sistemlərində araşdırma aparsa, bunu aydın görə bilər. Halbuki, saytlarda dərc olunanlar bu faktların hamısı deyil, hətta cüzi hissəsidir. Baxmayaraq ki, Z.Hüseynov “Bakı Metropoliteni”nin rəhbəri təyin olunduqdan az sonra dövlət büdcəsi hesabına müasir standartlara cavab verən qatarların alınmasına başlanıldı. Məsələn, 2015-ci ildə ölkəmizdə keçirilən möhtəşəm Avropa Oyunları idman yarışlarından əvvəl bir neçə kondisonerli qatarın xəttə buraxılmasını çox yaxşı xatırlayırıq. Nəzərə alsaq ki, sonrakı dövrlərdə də ölkə başçısının göstərişi ilə müasir tipli qatarların alınması prosesi davam edib, məntiqlə metroda nasazlıqların sayı azalmalı idi. Amma, çox təəssüf ki, biz vətəndaşlar bunun tamamilə əksini görürük…



Gediş qiymətləri artdı, gəlir çoxaldı, amma…

Z.Hüseynovun metroya rəhbərliyi dönəmində - 2018-ci ilin iyul ayının sonunda metroda gediş haqqı 50 faiz artırılaraq 30 qəpik oldu. Bu isə, dolyısı ilə gəlirin 50 faiz artması demək idi. Üstəlik, nəzərə alsaq ki, hər il dövlətdən alınan dotasiyanın həcmi də artan templə inkişaf edib, deməli, Z.Hüseynovun “Bakı Metropoliteni”ni “gülüstana” döndərməsi üçün kifayət qədər münbit şərait olub. Amma T.Əhmədovdan sonra metroda nəinki bir müsbət iş görülüb, əksinə, yeni rəis işçilərin sayını da ən azı iki dəfə azaldaraq xərcləri minimuma endirib.

Bu yerdə dəyərli oxucularımız haqlı olaraq sual edə bilər ki, “əlavə xərclər” yığışdırılıb, xəttə buraxılan yeni qatarların sayı artıbsa, o halda metroda nasazlıqların sayı niyə günbəgün çoxalmaqdadır? Təbii ki, bu sualın cavabı bizə bəllidir və bütün bunlara faktlarla aydınlıq gətirəcəyik. Amma bəri başdan deyə ki, “Bakı Metropoliteni”nin rəhbərliyi hər zaman olduğu kimi, yenə də iddia edəcək ki, “gediş haqqının 30 qəpik olması və işçilərin sayının yarıya endirilməsi gəlirin artması demək deyil. Çünki metroda bir şərnişinin daşınma xərci 50-55 qəpiyə başa gəlir”. Halbuki, indiyə qədər “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi metroda bir sərnişinin daşınması xərcinin, iddia olunduğu kimi, 50-55 qəpiyə başa gəldiyi haqda ortaya bircə fakt, hər hansı sənəd qoymayıblar. Hətta, çox güman ki, onların özləri də bir nəfərin daşınma xərcinin neçəyə başa gəldiyindən xəbərsizdirlər. Çünki QSC rəhbərliyini ümumi gəlir və onların toplanmasının etibarlı əllərə verilməsi maraqlandırır, oturub hər sərnişinin daşınamsına heçə qəpik xərcləndiyini hesablamağa “vaxtlarımı var”?! Şübhəsiz, əgər onların əlində belə bir sənəd olsaydı, bir çox ekspertlər dəfələrlə bu rəqəmin uydurma olduğunu bəyan edəndə, çıxarıb ortaya qoyardılar.

O ki qaldı xərclərin azalması və gəlirin artmasına rəğmən, metroda nasazlıqların daha da çoxalmasının səbəblərinə, şübhəsiz, bu, ilk növbədə Zaur Hüseynovun gəldiyi ilk günlərdən peşəkar kadrları, özü kimi, təcrübəsiz kadrlarla əvəzləməsindən qaynaqlanır. Hansı ki, bütün bunlar haqda növbəti yazımızda daha geniş məlum verəcək və “Bakı Metropoliteni”ndən istifadənin necə təhlükəli bir həddə gəlib çatdığına aydınlıq gətirəcəyik. Bundan əlavə, Z.Hüseynovun peşəkar kadrları hansı qeyri-peşakarlarla əvəzləməsi və kimlərin rüşvətlə işçi qəbul etməsi və ümumiyyətlə, metroda hər ay nə qədər yeyintiyə yol verilməsi ilə bağlı faktları oxucularımıza təqdim edəcəyik.

Bizi izləməyi unutmayın.

(Ardı var)
//hurriyyet.org//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru