Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                 

Ali Attestasiya Komissiyasına ittiham: “Bu qurum elmə sipər olub” - NARAZI ALİMLƏR
Tarix: 29-01-2020, 09:03 | Çap et
Ali Attestasiya Komissiyasına ittiham: “Bu qurum elmə sipər olub”
İlkin müzakirə və seminardan keçmiş dissertantların elmi işlərinin ilkin müzakirəyə qaytarılması qərarının yaratdığı narazılıq kütləvi hal alır.

Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin doktorluq elmi adı almaq istəyənlərin dissertasiyalarının təkrarən ilkin mərhələyə qaytarılması qərarı gənc tədqiqatçıların etirazına səbəb olub. AAK-ın bu qərarı iddiaçıların ən az 2 il vaxtını uzadacaq. AAK öz fəaliyyətini müəyyən zaman dondurmasına baxmayaraq, bütün məsuliyyət müzakirədən və seminardan keçmiş iddiaçının üzərinə qoyulur.

Məlumat üçün bildirək ki, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarına əsasən, 11 iyun 2018 - 11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa bütün dissertasiyalar yenidən ilkin müzakirədən keçirilməli, 2019-cu il iyunun 11-dək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir. Bu, o deməkdir ki, respublikadakı bütün seminar vermiş iddiaçılar yenidən verməlidir, çünki Dissertasiya Şuraları Ali Attestasiya Komissiyası (AAK) tərəfindən buraxılıb və iddiaçıların işləri dayandırılıb.

Şura bağlı olduğuna görə, iddiaçılar bir il gözləyib yenidən seminarın növbəsini gözləməli olacaqlar. Onların diplom almaları isə qeyri-müəyyən vaxta çəkəcək. Qərarda deyilir ki, 2019-cu il 11 iyun tarixində qəbul edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla sonuncu mərhələ (ilkin müzakirə və ya seminar) yenidən verilməlidir. Bu Əsasnaməyə görə, bəzi iddiaçılar təkrarən ilkin müzakirəyə, bəziləri isə seminara salınmalıdır.

Tədqiqatçılar bildirir ki, əsasnamə ən sonuncu seminarı verən iddiaçıdan ən azı altı ay sonra qəbul olunub. Xeyli sonra qoyulan qaydalara uyğunlaşıb işləri təkrar müzakirə və ya seminardan keçirmək isə absurddur. Əslində, yeni qaydalar yeni doktorant və dissertantlara şamil edilməlidir, əvvəlkilərə yox.

Sözügedən qərarla bağlı bir qrup dissertant “Cümhuriyət” qəzetinə üz tutub. Gənc tədqiqatçılar narazılıqlarını təqdim edirik: “Qərarın adını qoyublar sadələşdirmək. Əgər məqsəd həqiqətən də sadələşdirməkdirsə, o zaman diplomlarımızı versinlər. Xarici ölkələrdə elmi iş bir proseduradan keçir. Azərbaycanda isə diplom almaq üçün ilkin müdafiə olur, daha sonra seminar olur, ən sonda müdafiə olur. İndi Ali Attestasiya Komissiyası sədri Famil Mustafayevin qərarı ilə seminarı yenidən verməliyik. Nəticədə dissertantlar bu prosesi 4 dəfə vermiş olacağıq. Bu isə sadələşdirmək yox, daha da çətinləşdirməkdir. Bizə deyilir ki, AAK-nın Ekspert Şurası yeni əsasnamələrlə işləyir, ona görə köhnə əsasnamələrə uyğun gəlmiş seminarı qəbul edə bilməz. Buna görə də, elmi işlərinizi dəyişib yenidən verməlisiz”.

“İnsanları elmdən niyə soyudurlar?”

Müraciət müəlliflərinin sözlərinə görə, yeni əsasnamə ilə köhnə əsasnamə arasında heç bir ciddi fərq yoxdur:

“Birinci fərq odur ki, elmi işlər ingilis dilində tərcümə olunmalıdır. Bunu qəbul edirik və çox asandır. Köhnə əsasnaməyə əsasən, beynəlxalq konfrans olmalı idi. Şərt deyildi ki, beynəlxalq konfrans sifarişli olsun, çünki beynəlxalq konfrans Azərbaycanda da keçirilmişdi. İndi isə deyirlər ki, konfrans xaricdə olmalıdır. Bu qərarı da qəbul edirik. Qərar çıxan kimi artıq bəzi dissertantlar akkreditatlarını ingilis dilində tərcümə etdirib xaricə göndəriblər. Biz bu fərqi aradan qaldırmışıq. Tələbimiz odur ki, təcili akkreditatı və beynəlxalq konfransı müdafiəyə təqdim edək və bizi müdafiədən keçirsinlər. Yenidən bu tamaşanı niyə yaşayaq? Bu, oyundur. Onsuz da bütün müzakirədən keçmişik, bütün qüsurlar deyilib və onları aradan qaldırmışıq. Bu tamaşanı yenidən qurmağa nə gərək var? Əsas bu deyil, hamı işini əzbər bilir. İddia edirlər ki, kimlərsə dissertasiya işini yazdırıb. Tutaq ki, elədir, amma əmin olsunlar ki, yazdıranlar da işini əzbərdən bilir. Adi sessiya vaxtlarında bir imtahanı vermək üçün 20 kitab oxuyurduq. Bir dissertasiya nədir ki, oxuya bilməyək? Hər kəs - yazan da, yazdıran da dissertasiyasını əzbərdən bilir. Dərd seminarda yenidən çıxış etmək deyil, 10 dəfə də çıxış edərik. Dərd odur ki, bunun üçün bizim 2 il vaxtımız uzanır. Bundan əlavə, 20 adda absurd sənədlər var idi ki, bunun köçürülməsinə 4 ay vaxt sərf etmişik. Artıq bu sənədlərin vaxtı qurtarıb. Biz yenidən ailəmizi, körpə uşaqlarımızı, işimizi qoyub, harada yaşayırıqsa oradan Bakıya getməli, həmin sənədlərin arxasınca sürünməliyik. Bu sənədlər əsəb korlamaqdan, 2 il vaxt və pul itirməkdən başqa bir şey deyil. Tam haqqımız olsa da, bu sənədləri bizə pulsuz verən yoxdur. Hətta bu sənədlərə vurulan möhürü, atılan imzanı belə, alimlərə pulsuz edən yoxdur. Gözümüzü tikmişik ki, 10 illik əziyyətimin bəhrəsini görək, diplomu alıb ixtisasımız üzrə işləyək. Axı niyə tərcüməçi işləməliyik? İllərdir elm üçün çalışmışıq, insanları elmdən niyə soyudurlar?”

“AAK alimlərə sipər yox, dəstək olmalıdır”

Elmi seminardan uğurla keçib müdafiə növbəsində dayandığını bildirən digər bir dissertant da AAK-ın elmə sipər olduğunu deyib:

“AAK-nin işi tədqiqatçılara elmi dərəcələrin və adların verilməsidir. Alim olmasa, AAK kimə elmi dərəcə verəcək? Yəni bu qurum alimlər, elm adamları üçün yaradılıb. AAK alimlərə sipər yox, dəstək olmalıdır. Elmə sipər olanları Azərbaycana göstərmək lazımdır. Ümumiyyətlə, AAK həmişə alimlərə, elm adamlarına qarşı düşmən mövqeyində olub. İndi isə düşmənçilik son həddə çatıb.

Elmi işi geri qaytarılan elm adamlarının sayı bir neçə yüzdür. Azərbaycan Dillər Universitetində 60-a yaxın, Bakı Dövlət Universitetində 100-dən çox, Gəncə Dövlət Universitetində, o cümlədən Bakının bütün universitetlərində elmi işləri geri qaytarılmış alimlər var. Amma Ali Attestasiya Komissiyası heç kəsi saymır. Qəbula gedən üzvlərə deyirlər ki, “gedin kimə istəyirsiz deyin. Bu mənim işimdir, kimsə də işimə qarışa bilməz”.

Qurumun rəsmi internet səhifəsi belə düzgün işləmir. Nə telefonlara cavab verilir, nə elektron məktublara. Birinci özünə çəki-düzən versin, sonra alimləri “baltalasın”, sıxışdırsın”.

2011-ci ilin doktorantı da məlum qərarın ədalətsizliyindən şikayətlənib:

“Təhsil müddətim bitməmişdən öncə artıq dissertasiyamı bitirmişdim. Ancaq növbələrdə gözləyə-gözləyə işim bu qədər uzandı. Mənimlə eyni ildə, hətta məndən sonra da qəbul olanlar növbədənkənar müxtəlif yollarla işlərini irəli çəkib diplomlarını aldılar. Mənsə qanunla öz növbəmi gözlədim. İndi əgər bu qərar 2011-ci ildə qəbul olanlara da şamil edilirsə, onda həmin ildə və həmin ildən sonra qəbul olub diplomlarını alanların da diplomları ləğv edilsin. Onlar da bizlə bərabər yeni qaydalarla müzakirələrdən yenidən keçsinlər. Ədalətli qərara belə olmalıdır. Deməli, ədalətsizsiniz!”

“Əgər bizim kimi zəhmət çəkib ömrünün 10 ilini verib kataloq və kartotekada, kitablarda, jurnallarda axtarış aparsaydılar, həyəcanlı illər və aylar yaşasaydılar, sağlamlığını bu yolda itirsəydilər, ancaq o zaman gözünün nurunu vərəqlərə köçürən insanları anlaya bilərdilər. Hər şeyi təkrar başlamaqla 2 il itiririk. Yəqin ki, haqsızlığa səs çıxaranların adı çoxdan “qara siyahı”ya düşüb. Bunun üçün narahat deyiləm, rahatam. Prezidentimə güvənirəm”,- deyə başqa bir dissertant bildirib.

Dissertantlar AAK-ın yeni qayda ilə işləməsinin tərəfdarı olduqlarını da fikirlərinə əlavə ediblər: “Kim onlara deyir ki, köhnə qaydalarla işləsin? Bu nə absurddur? Köhnə qayda ilə işləməyin, yüngülləşdirin! Əgər yüngülləşmədirsə, seminarı keçibsə, birbaşa diplomu verin. Qanuna hörmət edin. Dövlətdən bizim maaş kimi aldığımızın neçə mislini alırsınız? Səlahiyyət sizə vətəndaşı rəzil etmək üçünmü verilib? Yoxsa düşünürsünüz ki, kimsə yorulub geri çəkiləcək?”

Alimlər hesab edir ki, AAK-ın qərarı ədalətli deyil: “Əsasnamə hansı qanunlara dayanaraq keçmiş doktorantlara da şamil edilə bilir? Şamil edilsə belə, bu tələbləri iddiaçılar müdafiəyə hazırlayıb verə bilərlər. Bundan ötrü verilmiş mərhələnin təkrar verilməsini tələb etmək böyük haqsızlıq deyilmi? Bu qərarla arada qalan namizədlər həm əvvəlki əsasnamənin çətinliklərini çəkmiş oldu (minimum imtahanlar və s.), həm də yeni əsasnamənin çətinliklərini çəkməli olacaqlar. Bu nə dərəcədə ədalətlidir?”

Onların fikirincə, bu qərar elm adamlarının çoxunu elmdən soyudacaq: “Azərbaycan elminin itirəcəkləri çox olacaq. Bəs bu qərarın Azərbaycan elminə qazandıracağı nə olacaq? Heç itirdikləriylə müqayisəyə gələ biləcəkmi?”

Qeyd edək ki, “Cümhuriyət” qəzeti sözügedən məsələ ilə bağlı Ali Attestasiya Komissiyasının mövqeyini almağa çalışsa da, mümkün olmayıb. Qurumla əlaqə yaratmağa dəfələrlə cəhd edilsə də, mümkün olmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru