DİA.AZ: - Redaksiyamıza Zərdab rayonundan şikayət məktubu daxil olub. DİA.AZ-a yazan sözügedən rayonun H.Əliyev küçəsi ev 23-də yaşayan sakini Mirzəyev Rövşən Cəfər oğlu müraciətində bildirir:
"Mən Mirzəyev Rövşən Cəfər oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etmək istəyirəm. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin törətdiyi əməllərin qanunazidd olması tam subuta yetirilsə də, indiyə qədər onun barəsində heç bir tədbir görülməmişdir. Cəzasız qalan müdir hələ də eyni fəaliyyətini davam etdirir".
Daha sonra dia-az.site-a müraciətində Zərdab sakini ƏƏSMN-nin yüksək rütbəli məmurlarını da ittiham edərək, aşağıdakı fotoları redaksiyamıa yollayıb. dia-az.site həmin fotoları təqdim edir:
dia-az.site olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...