Quba icra hakimiyyəti şəhid ailəsini çilədən çıxarıb - ŞİKAYƏT
Tarix: 10-06-2017, 09:53 |
Çap et
Azərbaycanın ərazi bütüvlüyü uğrunda həlak olmuş Əfqan İdrisovun anası İdrisova Nəsibə Moderator.az-a şikayət ünvanlayıb.
Hazırda Quba şəhərində qəzalı evdə yaşayan İdrisova Nəsibə bildirib ki, 10 ildir ev növbəsindədir. Amma ona ev verilmir. Yataq xəstəsi olan şəhid anası yaşadığı dağ kəndi olan Yenikdəndə Təcili Tibbi Yardım maşınlarının gələ bilmədiyini deyib.
Şəhid anası bildirir ki, o dəfələrlə üzləşdiyi problemlərlə bağlı Quba Rayon İcra Hakimiyyətinə müraciət etsə də, onun şikayətinə heç kim baxmayıb, onu ələ salırlar.
Şəhid anası onu da bildirdi ki, 29 yaşlı qızı da dünyaya uşaq gətirən zaman vəfat eləyib. Hazırda o, xəstə halda qızının yetim qalmış körpəsinə baxır. İdrisova Nəsibə prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək üzləşdiyi problemlərin həll olunmasını xahiş edir.