Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir .....                     Şvabe bizi yeni “qarayanvar”la qorxudur .....                     Britaniyalı nazir Bakıdan çağırış edib .....                     Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: .....                     Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü .....                     Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... .....                     Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB .....                     “Parisin siyasi qozbeli” .....                     Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün .....                     Saxta estetik cərrahlar qalmaqalı səngimir .....                     Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir .....                     İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... .....                     Şəhid ailəsinin torpağı başçının dayısına verilib? .....                     11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür .....                     Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi .....                     Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. .....                     “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” .....                     "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... .....                     "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." .....                     Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... .....                     Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... .....                     Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü .....                     "Mən qumar oyununu təbliğ edəcək adamam" .....                     Hamilə arvadını xəstəxanada qoyub qaçdı .....                     Agentlik sədrinin müşavirinə ağır itki .....                     COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir .....                     Yeni supernazirlik: AZCON-un məqsədi nədir? .....                     Pezeşkianın Bakıya gəlməməsinin səbəbi .....                     Paşinyan nəyi... NECƏ İSTƏYİR? .....                     Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı .....                     İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi .....                     Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA .....                     "Dərslərin başlamasından iki ay keçib, amma...” .....                     “907-ci düzəliş”in birdəfəlik ləğvi gözləntisi .....                     Seldən zərər görən hansı fermerlərə kompensasiya ödənilir? .....                     Azərbaycanlı iş adamları Şimali Kiprdə 4 milyonluq mülklər alıb .....                     “O qadının anti-Azərbaycan fəaliyyətinə qarşı qanuni tədbirlər görülsün” .....                     Fransanın müstəmləkəçi siyasəti bir daha ifşa edilib .....                     Trampın “sülh planları” və ya Kiyev üçün xoşagəlməz ssenarilər .....                     Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb .....                 

Əbülfət Qocayev də belə işləyir... - İTTİHAM VAR
Tarix: 12-05-2017, 08:37 | Çap et
Əbülfət Qocayev də belə işləyir...
Dövlət səviyyəsində real işlək tədarük məntəqələri olmasa, ölkənin ərzaq təhlükəsizliynin təmin olunması problemlər yaşayacaq…
...İndiki orta nəsil yaxşı xatırlayar ki, Sovet vaxtı hər bir kənddə tədarük məntəqələri yaradılmışdı və kolxozçu daxili təlabatından artıq məhsulunu həmin məntəqələrə təhvil verib pulunu alırdı.
İndi nə Sovet var, nə də onun həmin o yaxşı ənənəsi. «Azərittifaq» adlı bir qurum da var idi. Onun yerlərdə rayon İstehlak Cəmiyyətləri olardı. Bu cəmiyyətlərin işi həmin o tədarükləri həyata keçirmək idi. Həm tədarükçü qazanırdı, həm də tədarükə məhsul verən…

Bölgələrdə yunu qırxıb yandırırlar…

“Ərzaq məhsullarının tədarükü və təchizati” ASC-nin real fəaliyyətini araşdırmaq və fermerlərin dərdini öz qulağımızla eşidib gözlərimizlə görmək üçün neçə gün əvvəl Ağcabədinin bir sıra təsərrüfatlarına baş çəkdik, sonra ermənilərin işğal etdikləri torpaqlarımızda qurduğu səngərləri ilə burun-buruna dayanıb əkin-biçinlə məşğul olan Ergi qəsəbəsinin əkin-biçinçiləri ilə görüşməli olduq. Bu qəsəbədə Sovet vaxtı məntəqə tipli «türmə», yəni cəzaçəkmə müəssisəsi var idi. Ağdam rayonunun əraziləri ermənilər tərəfindən işğal olunandan sonra buralar Ağdam, Şuşa, Laçın və digər rayonların sakinlərinin sığınacaq yeri oldu. İndi burada böyük bir qəsəbə tikilib, «Qaçqınkom» xətti ilə. Ümumiyyətlə, təxminən 15-20 min əhalinin məskunlaşdığı bu əraziyə Ağcabədi rayonunun Muğanlı kəndindən keçib, sonra Qarqar çayı ilə salamlaşıb getmək olur. Amma Qarqardan sonra Ergiyə gedən yol cəhənnəmə gedən əzablı cığırı xatırladır. O tərəfdə Aşot kirvənin, bu tərəfdə isə eşşək getməz yol… «Sovet vaxtı bu yol əla vəziyyətdə olub. Lakin 1992—93-cü illərdə hərbi texnika bu yolları xaraba qoyub. Sonralar «Qaçqınkom»nın xətti ilə burada iri bir qəsəbə salınıb. Amma yol çəkilişi nədənsə «unudulub». Ola bilməz ki, bu boyda qəsəbə tikilə, yolu yaddan çıxa…», -deyir taksi sürücüsü…
İndi bu qəsəbəyə ölü-diri yerinə getmək cəhənnəmə gedib «salam-əleyküm» vermək kimidir. Yolun bu dərəcədə pis vəziyyətdə olması isə ağır xəstələri, xüsusən də hamilə qadınları həkimə çatdırmağı bəzən mümkünsüz edir. Bu mövzuda sonra danışarıq. Çünki köçkünlər yolsuzluq ucbatından kənd təsərrüfatı məhsullarını da bazara çıxara bilmirlər. Çoxları bu səbəbdən qəsəbəni tərk edib gedir. Onların ölkə Prezidentinə və «Qaçqınkom» sədrinə ayrıca müraciəti var, inanırıq ki, bu problem həllini tapacaq. Başqa yol da qalmayıb…
***
…Gəlirik yun məsələsinə: yenə də Sovet vaxtını xatırlamalı oluruq: kənd camaatı qoyun-quzusunu qırxıb yununu ya özü istifadə edərdi, ya da tədarükə təhvil verərdi. Ergidə bu məsələni xəbər aldıq. Fermer Q.Məmmədov təəssüf hissi ilə deyir:
-50-60 qoyunum var idi. Adam tapdım, 1 manatdan qırxdırdım, yununu da apardı…
-Niyə özünüz istifadə etmirsiniz?
-Satmağa yer yoxdur, alıcı da yoxdur. Gəldiyiniz o yolu gördünüz. Həmin yolla bizə yaxın olan Ağcabədiyə aparmaq olar. Orada isə 20-30 qəpiyə ala, ya almayalar. Həmin yolu gedib-gələndə isə maşina ən azı 100-150 manat xərc qoymalısan… Amma Sovet vaxtı yun təadürükü məntəqələri var idi, qapı-qapı gəzib artıq yunu olanları tapıb alıb aparırdılar. İndi elə şey yoxdur… O vaxt yunun hesabına milyonçular var idi…
-Bəs digər məhsullarınızı neyləyirsiniz?
-Bu ərazidə yaşayan əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Sovet vaxtı birinci katib Sadıq Murtuzayev buraya suvarma xətti çəkdirmişdi, Ergi rayonun ən böyük yemçilik bazası idi. İndi köhnə artezianlar işə yaramır. Böyük kanal qazılıb, böyük diametrli boru çəkilib, amma su gəlmir… Bu ərazidə biz əsasən taxıl və soğan əkirik. Taxılda problem olmur. Amma soğanı min zəhmətlə becəririk və sonra alıcı tapa bilmirik… Amma Bakı bazarlarında İran, Türkiyə və Türkmənistan soğanı satılır. Bizim soğan isə çürüyüb gedir. Əvvəllər Rusiyaya aparardılar, indi deyəsən, bu yol bağlanıb. Özümüzdə isə tədarük məntəqələri yoxdur ki, ora təhvil verək. Elə adam var ki, bu problem üzündən ildə bəzən 30-40 min, bəziləri 10-20 min ziyana düşüb, borc içində batır. Yol kənarlarında görə bilərsiniz, dərələrdə maşın-maşın soğan tayaları zibilliyə tökülüb. Bunlar böyük zəhmətlə becərilən məhsuldur. Bir dəfə millət vəkillərindən kimsə demişdi ki, köçkünlər soğan əksinlər… Biz də ona dəstək verib soğan əkdik, sonra iki «KamAZ» soğanı çürüdüb Qarqara tökdük. Çünki alıcı olmadı. Bəlkə də alıcı var, amma buralara gəlib çıxmır, özümüz isə bu biabırçı yollarla Bakıya apara bilmirik. Amma yaxınlıqda tədarük məntəqəsi olsa, əvvəllərdən bilərik ki, alıcımız olacaq, biz də arxayın işimizi görərik.
***
Onu da öyrəndik ki, bu ərazilərdə bağçılıqla da məşğul olanlar var. Amma yolsuzluq və tədarürk məntəqələrinin olmaması səbəbindən bağbanlar məhsullarını bazara çıxara bilmirlər. Çürüyüb gedir, Bakı bazarları isə qiymət sarıdan od tutub yanır. Təbii ki, tədarük məntəqələri olarsa, təbii şəraitdə yetişdirilmiş bütün növ kənd təsərrüfatı məhsulları paytaxt bazarlarında qiymətlərin aşağı olmasına böyük təsir edər. Amma bu işlə nə Kənd Təsərrüfatı Nazirliyi məşğul olur, nə də digər dövlət qurumları.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” adlı cəmiyyət var, amma rayonlarda nə tədarük var, nə də təzhizat…

Ergi qəsəbəsinə gedərkən bizə yolun pis vəziyyətdə olduğunu dedilər. Qarqar çayına çatarkən Ağcabədinin Muğanlı kəndində bir taksi saxlatdırıb 2 km yola 6 manat verməli olduq… Və yol boyu zibil kimi atılmış maşın-maşın soğan kisələrini görəndə ürəyimiz ağrıdı. Axı dövlətdən bir manat belə pul almayan köçkün fermerlər niyə yiyəsizlik üzündən bu qədər ziyana düşməlidirlər? Bunu kimsə desəydi, deyərdik ki, yəqin nazir Heydər Əsədovla şəxsi intriqası var. Amma bunları öz gözlərimizlə gördük. Və fotokameranın yaddaşına köçürdük…
***
Bəli, Prezident İlham Əliyev ötən il tarixi bir sərəncama imza atıb. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yuxarıda bəhs etdiyimiz və indi həsrətlə Sovet dövründən xatırladığımız tədarük məntəqələri barədə xatirələrimizi təzələməyə böyük tutalqadır. Prezidentin sərəncamından məlum olur ki, bu Cəmiyyət «Kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə…» yaradılıb. Və beləliklə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizati” ASC yaradılır.
Sən demə, Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir... Yadda saxlayın, «Almaq və tədarük etmək!
ASC-nin yaradılmasından bəri düz bir il bir ay vaxt ötür, amma fermerlər, daha doğrusu, kənd əhalisi becərdikləri məhsulları alan və ya tədarük edəni hələki görmürlər. Bəs “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin funksiyalarını həyata keçirən rəhbərlik Prezident cərəncamının icrasını necə yerinə yetirə bilir?

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC sədrinin bir illik hesabatı gözə görünməzdir…

Ötən ilin sentyabrında Prezident İlham Əliyev Əbülfət Novruz oğlu Qocayevin “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzaladı. Cənab Ə.Qocayevin indiyədək hansı işlərlə məşğul olduğunu bilmirik, amma onu bilirik ki, şəxsən özümüzün bu günlərdə bölgələrdə olarkən söhbət etdiyimiz fermerlərin söhbətlərindən fəaliyyətsizliyin şahidi olduq. Təsəvvür edin, Ə.Qocayev ötən ilin sentyabrında ASC-yə sədr təyin olunub, sentyabr-oktyabr və noyabr aylarında isə fermerlər payızlıq məhsullarını toplayıblar, amma satıcı tapılmayıb… Min bir zəhmət və xərc hesabına hasilə gələn məhsul çürüyüb əldən gedir, yüz tonlarla məhsul təkcə Ergi qəsəbə ərazisində, Ağcabədinin Hüsulu kəndinin çöllərində, Qarqar çayı sahillərində tayalanıb göz dağına çevrilib.

Sədr müavinin yalanı çöllərdə fakt olaraq qalır…

Amma “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH sədr müavini Xaliq Məmmədov Gəncədə keçirilən müşavirədə görün nə deyir: “Səhmdar cəmiyyət bu gün dövlətimizin başçısının da qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsulları istehsalçılarından istehsal etdikləri məhsulların elə tarlada alınıb daxili və xarici bazarlara satılması üçün davamlı fəaliyyət mexanizmi üzərində iş aparır”.
Bəs görəsən bu iş hələ də başa çatmayıb ki?! Axı, Prezident sərəncamında da bildirilir ki, fermerlərlə əvvəlcədən müqavilə bağlanılmalıdır ki, onlar məhsullarının alıcı problemi ilə deyil, keyfiyyəti ilə məşğul olsunlar.
Bu hələ harasıdır, elə həmin müşavirədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH sədr müavini Elşən Əsədov isə fermerləri iqtisadi aktivliyə çağıraraq görün nə deyir: “Gəncə ətrafı rayonların fermerlərinin bütün məhsullarının alınmasına dövlət zəmanəti veririk… Bölgənin aktiv fermerlərini Cəmiyyətlə əməkdaşlığa, arxasında dövlət zəmanəti dayanan müqavilələrin imzalanmasına dəvət edirik”.
Yadımıza istəkli millət vəkili Aqil Abbasın inşil Ağcabədidə məcburi köçkünlərin məşğulluq problemindən danışarkən səmimiyyətlə onları bölgələrdə ənənəvi əkinçilik məhsulu olan soğan əkməyə dəvət etməsi düşür… Və sonradan xeyli adam bankdan kredit götürüb soğan əkmişdi. Amma il başa çatıb məhsul yığılanda alıcı tapılmadı, bəzi işbazlar xırda sahibkarların bazara yolunu bağladılar və onları ağır ziyana saldılar, məhsul çürüyüb məhv oldu.
İndi qorxulu olan budur ki, cənab Elşən Əsədovun bu çağırışına qoşulan fermerləri, görəsən, həmin o ziyan gözləmir ki?! Axı, təkrar edirəm, tədarük problemi ilə bağlı Ağcabədi və Ergi qəsəbəsi ərazisində rastlaşdığımız faktlar nikbin olmağa əsas vermədi. Halbuki, təkcə bu il aqrar sahəyə ümumilikdə Dövlət büdcəsindən 820 milyon manat vəsait ayrılıb. Dövlət hər cürə dəstək verir, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin rəhbərliyinin fəaliyəti isə tamam başqa nəticələrdən xəbər verir.

Rəsmi mətbuat isə yalan tirajlayır…

Ən pisi odur ki, rəsmi mətbuat dolaşıq məlumatlar yayır. Məsələn, AzərTAC-ın belə bir məqaləsinə rast gəldim. Sitat: «Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq məqsədilə atılan ən vacib addımlardan biri Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılan Cəmiyyət ötən dövrdə uğurlu nəticələrə nail olub».
Maraqlıdır, bölgələrdən gələn, problemi yerindəcə görən biz, uğurlu nəticələrdən bəhs edən isə başqalarıdır… Və bununla demək istəmirik ki, tədarük və emal sahəsində hansısa irəliləyiş yoxdur. Ola bilsin var… Ortada Prezident sərəncamı varsa, deməli, bu dövlətin maraq çərçivəsindədir, illah da ki, bu məsələ ölkənin ərzaq təhlükəsizliyinin bel sütunudursa! Çünki biz ilk növbədə kənd təsərrüfatı məhsulları ilə daxili təlabatımızı ödəyə biləriksə, xarici asılılıqdan, özü də geni dəyişdirilmiş, süni yetişdirilmiş ərzaqlar asılılığından xilas olarıq. Bu asılılıq isə Əbülfəz Qocayevin sədri olduğu “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin real fəaliyyətindən asılıdır. Bəs bu asılılıq nə dərəcədə həll edilməkdədir?
İndi diqqəti çəkən bir məsələ də var ki, ASC fermerlərə istehsal edəcəkləri kənd təsərrüfatı məhsulları üçün əvvəlcədən avans da verir. Və AzərTAC-ın 2016-cı ilin mayın 2-də yaydığı məqaləsindən məlum olur ki, kiçik istehsalçılar üzrə 3 min manata, orta ölçülü istehsalçılar üzrə 50 min manata və böyük ölçülü istehsalçılar üzrə 250 min manata qədər avans verilə bilər. Hətta artıq Ağcabədi, Ağdam, Ağdaş, Bərdə, Cəlilabad, Yevlax, Qax, Zərdab, Neftçala, Saatlı, İmişli və Zaqataladan olan fermerlər bu vəsait hesabına idxalı əvəzləyən məhsullar yetişdirəcəklər…
Olsun! Amma şəffaflıq təmin olunmaq şərti ilə. Çünki hələ ötən il Prezident İlham Əliyev NK-nın illik müşavirəsində nazir Heydər Əsədova və müşavirə iştirakçılarına açıq şəkildə bildirdi ki, kənd təsərrüfatına ayrılan subsidiyaları basıb yeyən məmurlar var… Prezident onların bəzilərinin həmin müşavirədə iştirak etdiklərini də dedi.
Bu şübhələr gərək ki olmasın. Amma söhbət etdiyimiz və adının çəkilməsini istəməyən mənbə bildirdi ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Bakıda Lökbatan qəsəbəsində, «Meyvəli bazar»ın yanında yerləşir. «Bu bazara öz məhsulunu gətirənlərlə əlaqəyə girib ASC-nin avansı əvvəlcədən ödənilmiş məhsulun tədarükü kimi sənədləşmə aparılması barədə məlumatlar var… Çünki yerlərdə əvvəlcədən belə bir təadarük müqaviləsi bağlamış fermerə hələki rast gələn yoxdur…».
Reakt fakt və yalan məlumat…
Bu da AzərTAC-ın məlumatındandır: «Fermerlərin satış problemi həll olunur» yarımbaşlıqlı məqalədə deyilir: «…Ötən təsərrüfat ilində respublikamızın bir sıra rayonlarında əmtəəlik soğan tələbatdan çox istehsal olunduğundan fermerlərin məhsulu satmasında çətinlik yaranmışdı. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC soğan istehsalçılarını ziyana düşməkdən qorumaq üçün ərzaqla təchiz etdiyi 1865 müəssisənin bu məhsula olan tələbatını fermerlərdən tədarük edib. Fermer və torpaq mülkiyyətçilərinin istehsal etdiyi soğanın qalan hissəsinin isə xarici ölkə bazarlarına ixracı təşkil olunub. Ağdam, Ağcabədi və Bərdə rayonlarından 1500 ton soğan tədarük edilərək Rusiya bazarlarına göndərilib».
İnanan daşa, üzr istəyirik, çürümüş maşın-maşın soğana dönsün…
-Bəs aşağıda təqdim etdiyimiz fotolardakı külli miqdarda çürüdülüb zibilliyə tökülmüş bu soğan tayalarını kimin ayağına yazaq?
-Niyə bu soğanı becərən fermerlərin məhsulu bu günə salınıb?
-Bölgələrdə yun və meyvə tədarükü ilə niyə məşğul olan yoxdur?
-Niyə ət tədarükünü hansısa fırıldaqçılar etməlidir???
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01
Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58
Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56
Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39
Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32
Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31
Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25
“Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16
Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14
Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12
Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05
İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01
Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56
11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50
Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48
Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45
“Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44
"SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42
"Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38
Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29
Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26
Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25
"Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20
Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19
Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17
COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11
Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09
Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08
Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06
Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00
Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59
"Dərslərin başlamasından iki ay keçib, amma...” - GİLEY
Bu gün, 08:53
“907-ci düzəliş”in birdəfəlik ləğvi gözləntisi - GƏLİŞMƏ
Bu gün, 08:48
Seldən zərər görən hansı fermerlərə kompensasiya ödənilir? - AKTUAL
Bu gün, 08:47
Azərbaycanlı iş adamları Şimali Kiprdə 4 milyonluq mülklər alıb - FOTO, VİDEO
Bu gün, 08:46
“O qadının anti-Azərbaycan fəaliyyətinə qarşı qanuni tədbirlər görülsün” - ÇAĞIRIŞ
Bu gün, 08:43
Fransanın müstəmləkəçi siyasəti bir daha ifşa edilib -İsrafil Kərimovun yazısı
Bu gün, 08:36
Trampın “sülh planları” və ya Kiyev üçün xoşagəlməz ssenarilər - NƏ BAŞ VERİR?
Bu gün, 00:33
Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb - TƏFƏRRÜAT
Bu gün, 00:31
Dövlət qurumu 3 milyonluq avtomobillər və texnikalar aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
"Cəlilabad Məişət" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
Dünən, 19:00
"Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29-da iştirak etməməsi... Azərbaycan üçün itki deyil"
Dünən, 18:58
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Jozep Borrellə cavab verib
Dünən, 18:24
Xarici qonaqlar COP29-dakı yemək qiymətləri haqda nə dedilər? – SORĞU
Dünən, 18:13
Qızını məcburi ərə vermək istəyən ata istintaqa cəlb edildi - TƏFƏRRÜAT
Dünən, 18:11
“Cahan-Motors” qanunları pozdu, Gömrük Komitəsi protokol tərtib etdi
Dünən, 18:06
"Zəngəzuru ermənilərdən təmizləyən qəhrəmanımızın ailəsin tapdım, məzarının yerini öyrəndim"
Dünən, 18:03
Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq – Ekspertdən açıqlama
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru