Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

“Oğlumun qanını batırırlar” - Oğlu qətlə yetirilən ananın harayı
Tarix: 5-04-2017, 09:18 | Çap et
“Oğlumun qanını batırırlar”
“Hürriyyət” qəzetinin ötən sayında, eləcə də Hurriyyet.org saytında dərc olunan “Tanınmış vəkilin anası haqda şok faktlar” başlıqlı məqalədə qəzetimiz vasitəsilə ölkə başçısından, aidiyyəti dövlət qurumlarından, cəmiyyətdən kömək istəyən şikayətçilərin dedikləri işıq üzü görəndən sonra yazımızın ciddi reaksiya doğurması haqda məlumat vermişdik.

Qeyd etmişdik ki, yazı dərc olunandan sonra Gəncə Apellyasiya məhkəməsinin hakimi Loğman Süleymanov iddiaçı tərəf olan tanınmış vəkil Elçin Sadıqov və onun anası Sahibə Həsənovanın şərəf-ləyaqətlərinin müdafiəsi maddəsilə 5 qadından - Hacər Maqsudi, Gülxar Sadıqova, Bəsdi İsmayılova, Həqiqət Yusubova, Gülxarə Səfərova1 milyon manat təzminat istəməsi tələbini rədd edib.

Biz “Hürriyyət” qəzeti və “Hürriyyət.org saytına üz tutanların problemlərini media orqanı olaraq işıqlandırdıq və güman edirdik ki, artıq bizim işimiz bitdi, bundan sonra ictimailəşmiş bu məsələ haqda hüquq-mühafizə orqanları tədbir görəcək.

Beyləqandan gələn ata-ana övladlarının qatilinin həbsini istəyir

Amma bu dəfə redaksiyamıza Beyləqandan gələn bir qrup şikayətçi yenə də tanınmış vəkilin anasından, eləcə də hüquq-mühafizə orqanlarından (polis, prokurorluq işçiləri, eləcə də məsələ üzrə digər səlahiyyət sahibi olan şəxslər barədə növbəti yazıda geniş bəhs olunacaq) şikayətçi oldular.

2005-ci ildə itkin düşmüş, sonradan qətlə yetirilərək Bərdədə cəsədi aşkarlanan Elsevər Əliyevin valideynləri – İsmayıl Əliyev, Səfurə Əliyeva və qardaşı Elnur Əliyev şikayətlərinin əks olunmasını xahiş elədilər.

Onlar Elsevər Əliyevin ölümündə Sahibə Həsənovanı günahlandırdıqları üçün, eləcə də martın 30-da Gəncə Apellyasiya Məhkəməsində sözügedən məhkəmə prosesində şahid qismində iştirak etdiklərinə görə, təhdidlə üzləşdiklərini bildirirlər.

İsmayıl Əliyev öncə onu dedi ki, Gəncə şəhər Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanovun sədrliyi ilə keçirilən məhkəmədə tanınmış vəkil Elçin Sadıqovun bacısı Gülxar Sadıqova çıxış edərək, öz anasının bəd əməllərini açıqlayıb.

Xatırladaq ki, ötən yazılarda Gülxar Sadıqovanın məhkəmədəki çıxışının bir nüsxəsini yazılı şəkildə redaksiyamıza da təqdim etdiyini bildirmişdik. Amma məhkəmə prosesi başa çatdığından bunun dərc olunmasına lüzum görmədik.

Beyləqandan gələn şikayətçilər isə həmin yazı ilə tanış olub bildirdilər ki, Gülxar Sadıqovanın məhkəmədəki çıxışının eynidir. Övlad itkisiylə barşımayan valideynlər xahiş etdilər ki, bu çıxışı da mətbuatda işqlandıraq. Onlar övladlarının qatilinin həbsi ümidilə hesab eləyirlər ki, bu məsələ ictimailəşsə, hüquq-mühafizə orqanlarının problemlə bağlı növbəti atacağı addıma kömək edər.

“İstəməyərək bu mafiya ailəsində böyümüşəm”

“Oğlumun qanını batırırlar”

Şikayətçilərin xahişini nəzər alıb, Gülxar Sadıqovanın çıxışını olduğu kimi oxucularımıza təqdim edirik: “Salam məhkəmə heyəti! Mənə söz verdiyiniz üçün cox sağ olun. Əlimdə olmayan səbəblərdən istəməyərək bu mafiya ailəsində böyümüşəm. Məsələlərin bu dərəcəyə gəlməsi mənimlə keçmis həyat yoldaşım arasındakı mülk bölgüsündən başladı. Mülkün yarısının mənə düşdüyünü görən keçmis həyat yoldaşım məni ailəmlə hədələməyə başladı. Mən onların arasında olan cinayət sirrini hüquq mühafizə orqanlarına bildirdim.

2015-ci ildə sikayət etdiyim kimi, böyük sumkada gəlmiş cəsəd həyətdəki parnikdə yandırılaraq gizlədilmişdi. Bu dediyimi Göygöl rayon prakurorluğu cəkilişlə qeydə almışdı. 2016-cı ildə cəsəd tapılmamışdan öncə Elçin anasını və mənim keçmis həyat yoldaşımı fiqur kimi ortaya ataraq, şərəf-ləyaqət davası açmışdı. Cavabdeh kimi cəsədi yandırılan Elsevərin atasını və məni məhkəməyə vermişdi.

“Məhkəmədə qardaş-bacımı, hətta nənəmi əleyhimə ifadə verməyə məcbur etdilər”

Məhkəmədə qardaş-bacımı, hətta nənəmi mənim əleyhimə ifadə vermək ücün özüylə gəlməyə məcbur etmişdi. Məni məcbur edirdi ki, yazdqıqlarını təkzib elə, de ki, acıqlı olmuşam, böhtan atmışam. Deyirdi, yoxsa sənin ücün yaxşı olmayacaq. Nə qədər çalışdılar, məni fikrimdən döndərə bilmədilər. 2016-cı ildə cəsəd tapıldıqdan sonra qohum-əqrabanı göndərdilər ki, Elçin həbs olunacaq, Elçini qutar, gəl notariusda ərizə yaz ki, Elçin bu məsələlərdə suçsuzdur. Men elə bir ərizə yazmadım, amma irəli çıxıb, şikayətçi də olmadım.Yazığım gəldi, yenə də bacı olaraq qəlbim dözmədi. Amma bu ana-balanın bizi məhkəməyə verdiyindən heç xəbərim olmayıb. Apellyasiya Məhkəməsini də o zaman bilmişəm ki, poçt söbəsinə məlumat verməyə getmisdim ki, mənə gələn məktubları o ünvana aparmsınlar, orda dedilər, məktubunuz var.

“İddia ərziəsində bacısını əxlaqsız adlandıran qardaş...”

“Oğlumun qanını batırırlar”

Hörmətli məhkəmə heyəti! Çox xahis edirəm mənim sosial səbəkələrdəki çıxışımı izləyin, görün mən orda şərəf-ləyaqətə toxunulası nə demişəm? Mən bildiyim gercəklərin bir qГ¬smini demişəm. İddia ərizəsində bacısına əxlaqsız yazan qardaş hansı şərəf-ləyaqətin davasını açıb”.

İsmayıl Əliyevin sözlərinə görə, bu zaman Sahibə Həsənova qalxıb hakimə bildirib ki, Gülxar yalan, anonim ərizələr yazdığına görə, qardaşı ona belə yazıb. Gülxar Sadıqova isə, anasına cavab verib ki, o, hüquqlarını yaxşı bilir, hər yerə öz adından ərizə yazır.

“Sərəf-ləyaqətini düşünən sərəfli işlər görür, yoxsa... “

Gülxar Sadıqovanın çıxışından: “Elsevər Əliyevin cinayətinin üstünün açılması üçün Göygöl Polis İdarəsinə anonim ərizə yazdım və ilk dindirilmədə mən yazdığımı etiraf etdim. O anonim ərizə bu iyrənc sirrin acılmasına çox kömək etdi. Sərəf-ləyaqətini düşünən adam sərəfli işlər görür. Mən demədim ki, get inək oğurla, Goranboy polisi gəlsin həyətdə tutsun. Mən demədim ki, Ruhəngiz Xələfova ölən kimi rayonun binasını yar, əşyalarını evə doldur. Mən demədim ki, Elsevəri öldür, qatil adı al.

“Tutaq ki, 1 milyonu aldılar, onunla şərəf-ləyaqət qazanacaqlar?”

Şərəf-ləyaqət harda satılır, alaq bunlara verək. Şərəf-ləyaqətin qiymətini də 1 milyon qoyublar. Tutaq ki, 1 milyonları oldu, sərəf-ləyaqət ala bilərlərmi?

Şərəf-ləyaqət nisbi anlayışdı, el içərisində, cəmiyyət arasında zərrə-zərrə qazanılır və omrün sonuna kimi qorunub saxlanılır.

“Allah məni bu mafiya ailəsinə qənim saxladı”

Hörmətli Məhkəmə heyəti!

İddia ərizələrində məni ruhi xəstə kimi qələmə veriblər və bir çox böhtan xarkterli məlumatlar yazıblar. Cavab vermək üçün əlimdə faktlarım var. Bu ailə həmisə başımın qaxıncı, üzümün utancı olub. Bunların əlindən mən ölkəni tərk edib getmək istədim, sərhədi keçməyimə mane oldular.

Allah məni bunlara qənim saxladı. İndi bu insanlar onlardan əl çəksələr də, mən onlardan əl çəkməyəcəm”.

Oğlu qətlə yetirilən ananın harayı: “Ailəmi bu təhlükəli qadından xilas eləyin”

Qətlə yetirilən Elsevər Əliyevin anası Səfurə Əliyeva da bildirdi ki, deyəcəkləri var.

6 övlad anası olan Səfurə Əliyeva dedi ki, qətlə yetirilən oğluyla birgə 4 qızı 2 oğlu olub, hazırda digər oğlunun da həyatı təhlükədidr. “Siftə gündən mən Sahibə Həsənova ilə oğlum Elsevərin bir yerdə işləməyinə könülsüz olmuşam. Çünki hiss eləyirdim ki, Sahibə Həsənova xatalı arvaddır. Davranışı, hərəkətləri, danışığı qadınlığa yaraşmır. Oğlum cavanıydı, səhv eləyə bilərdi. Amma son vaxtlar ondan aralanmaq istəyirdi.

İtkin düşməzdən 3-4 gün qabaq Elsevərlə telefonla danışdım. Soruşdum ki, deyirdin, gələcəm, nooldu? Dilə tutdum , dedim, gəl səni də evləndirim, ömrə vəfa yoxdu, səni evləndirim, ürəyi rahat köçüm bu dünyadan. Gülə-gülə dedi, mama, vallah, papamın canı haqqı iki günə gələcəm. Eşitdim ki, yandan bu arvadın səsi gəlir. Sən demə, maşında yanında oturub. Uca səsnən dedi ki, gözlə, qulağının dibini görərsən.

Sən saydığını say, gör fələk nə sayır, toyu çalınmamış balamın qəddarlıqla qətlə yetirilmə xəbərini aldım. Elə o vaxtdan da analıq hissim mənə dedi ki, Elsevərin başına nə bəla gəlibsə, o arvaddan gəlib.

12 ildir gözüm yollardadır. 2016-cı ildə istintaq da sübut elədi ki, Bərdədə cəsədi tapılan mənim oğlumdur. Amma oğlumun qanını batırırlar.

Mən prezidentimizdən, onun xanımı Mehriban Əliyevadan bir ana kimi xahiş eləyirəm, oğlumun qatilləri azadlıqdadır, onları həbsə atdırsınlar, ən ağır cəza versinlər.

Mənim qətlə tetirilən öğlumla birgə 6 övladım vardı. 4 qız, iki oğlan.

Məlumunuz olsun ki, 30 martda Gəncə Apellyasiya Məhkəməsində hakim Loğman Süleymanovun gözü qarşısında, bütün məhkəmə zalında oturanların hamısı da eşitdi ki, Sahibə dedi, hələ sənin o biri oğlunu da öldürəcəm.

Möhtərəm prezident, hörmətli Mehriban Əliyeva!

Mənim o biri oğlum Elnur Əliyevin iki azyaşlı balası var. Onun da həyatı təhlükədədir.

Sizdən təvəqqe eləyirəm, bizim ailəni bu təhlükəli adamlardan xilas eləyin”.
Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru