Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

1 milyon manat təzminat tələb olunan qadınlar aman diləyir - Xoşqədəm Hidayətqızından da 700 min manat təzminat tələb olunub?
Tarix: 29-03-2017, 09:19 | Çap et
1 milyon manat təzminat tələb olunan qadınlar aman diləyir
“Tanınmış idmançı 8 ildir günahsız yerə həbsə atılıb?” başlıqlı yazının Hurriyyet.org-da dərcindən sonra redaksiyamıza bir qrup şikayətçi gəlib. Onlar ölkə başçısına etdikləri müraciəti “Hürriyyət” qəzeti və Hurriyyet.org saytı vasitəsilə işıqlandırılmasını xahiş ediblər.

Qeyd edək ki, “Tanınmış idmançı 8 ildir günahsız yerə həbsə atılıb?” yazısında Şəki rayon Qoxmuq kənd sakini, təqaüdçü müəllim Hacər Maqsudinin ölkə başçısına ünvanladığı və mətbuatda yayımlanan müraciətində tanınmış idmançı, Qarabağ müharibəsi veteranı olan oğlu Azad Məmmədovun günahsız yerə həbsə atılması yer alıb. 3 uşaq atası olan oğlunun şərlənərək həbs olunduğunu yazan ananın sözlərinə görə, oğlunun azadlığa çıxması üçün prezidentə etdiyi video-müraciətdə heç bir təhqir elementi olmadığı halda, oğlunun həbsində təqsirli bildiyi qarşı tərəf öz şərəf-ləyaqətinin müdafiəsi maddəsilə ondan və digər 4 qadından 1 milyon manat məblğində təzminat istəyir.

Həcər Maqsudinin bəhs elədiyi 4 qadın - Gülxarə Səfərova, Həqiqət Yusubova, Gülxar Sadıqova, Bəsdi İsmayılova da bildirirlər ki, vəkil Elçin Sadıqovla anası Sahibə Həsənova onlar haqqında haqsız yerə məhkəmə iddiası qaldırıb.

Redaksiyamıza gələn Gülxarə Səfərova, Həqiqət Yusubova, Gülxar Sadıqova dedilər ki, ötən ilin martında S.Həsənovanın törətdikləri əməllərlə bağlı keçirilən mətbuat konfransında zərərçəkən kimi iştirak ediblər. Onların redaksiyaya verdiyi ifadə aşağıdakı kimidir: “Mətbuat konfransının keçirilməsinə 2005-ci ildə itkin düşmüş Elsevər Əliyevin ölümündə S.Həsənovanın günahlandırılması və bu məsələnin 10 il sonra - 2015-ci ildə Xoşqədəm Hidayətqızının verilişində üzə çıxması səbəb olub.

Xoşqədəm Hidayətqızından 700 min manat təzminat tələb olunub?

Belə ki, Xoşqədəm Hidayətqızının ANS telekanalında apardığı “Sən tək deyilsən” verilişində günahlandırılan şəxs olan S.Həsənovanın qızı G.Sadıqova bu məsələni ictimailəşdirib. Bildirib ki, E.Əliyevin öldürülməsində anasının günahkar olmasına əmindir. Həmin verilişdə vəkil Adəm Məmmədov ekspert qismində iştirak edib. E.Əliyevin atası İsmayıl Əliyev vəkil A.Məmmədovdan xahiş edib ki, oğlunun haqlarını müdafiə etsin.

Verilişdən sonra S.Həsənova və oğlu E.Sadıqov şərəf və ləyaqətlərinin tapdanması iddiası ilə “ANS” telekanalı, Xoşqədəm Hidayəqtıqızı və Gülxar Sadıqova haqqında məhkəməyə müraciət edəcəklərini, 700 min manat məbləğində təzminat tələb edəcəklərini bildirərək, hədə-qorxu gəliblər.

Bundan sonra biz zərəçəkən olaraq cəsarətlənib öz haqqımızı geri almaq istəyilə jurnalist Seymur Verdizadənin iştirakı keçirilən mətbuat konfransında iştirak etdik”.


H.Yusubovanın sözlərinə görə, 2007-ci ildə evini “Standartbank”a girov qoyaraq 29 min 700 manat məbləğində girov götürərək S.Həsənovaya borc verib ki, dəri biznesiylə məşğul olsunlar. Sonradan ona məlum olub ki, S.Həsənova onu aldadır: “S.Həsənova Bəsdi İsmayılovadan 6 min manat, Gülxarə Səfərovadan 500 manat və digər bir çox şəxslərdən pul alıb, qaytarmayıb. Pullarını istəyən Bəsdi, Minayə, Mahirə, Qənirə, Məlahət, Nərminə adlı qadınlara deyib ki, o bu pulları işbirliyinə girdiyi nüfuzlu idmançı Azad Məmmədova verib. Ona inananlar Azad Məmmədovun üzünə durublar. Sahibənin 6 min manat borc aldığı Bəsdi İsmayılova sonradan aldandığını başa düşüb və bunu mətbuat konfransında etiraf edib”.

G.Sadıqovanın dediklərinə görə, hadisə bu mətbuat konfransında bir daha ictimailəşəndən sonra qardaşı və anası onu və oğlu amansızlıqla qətlə yetirilən İsmayıl Əliyevi məhkəməyə veriblər ki, yalan ifadəyə görə şərəf-ləyaqətləri tapdanıb: “Bundan sonra 2016-cı ilin martında Bakı şəhər Prokurorluğunda müstəntiq Kamran Məmmədovun apardığı istintaq əməliyyatı nəticəsində mənim həmin verilişdə dediyim kimi Elsevər Əliyevin cəsədi doğranıb, yandırılmış şəkildə Bərdə rayonunda aşkarlandı.


Bundan sonra vəkil Adəm Məmmədov da mətbuat konfransı keçirdi.

Cəsəd aşkarlanandan və məsələ ictimailəşəndən sonra şərəf-ləyaqətlərini müdafiə edən vəkil və anası geri çəkildi”.

Amma ötən ilin fevralın 2-də yenidən mətbuat konfransında iştirak edən şikayətçilər – G.Səfərova, H.Yusubova, G.Sadıqova, B.İsmayılova yenə də S.Həsənova və oğlu E.Sadıqov Göygöl rayonunda məhkəməyə verilib: “Bir il bizi məhkəmədə süründürdülər, 2016-cı ilin dekabrında ədalətsiz qərar verildi, amma buna da qane olmayıb, qarşı tərəf bizdən 1 milyon təzminat istəyir”.

“Oğru elə bağırır, doğrunun bağrı yarılır”

Həqiqət Yusuobova: “Mən bilmirəm günahım nədir? Sahibə Həsənova həm evimin girovda qalmasına səbəb olub, həm 43 qram qızılımı mənimsəyib, onun üzündən 40 min manat borca düşmüşəm, haqqımı tələb edəndə isə məni məhkəməyə verib şərləyir. Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Hətta mən mətbuat konfransında çıxış da eləməmişəm, kimsənin şərəfini əksildən söz deməmişəm. Hansı haqla məndən şikayət edilir? Ölkə başçısından xahiş edirəm, bu ana-balanın haqqında ölçü götürülməsinə kömək eləsin, bizdən əl çəksinlər, pulumuzu qaytarsınlar ”.

500 manat borc vermişəm, şərlənib 500 min manat təzminat da ödəməliyəm?

Gülxarə Səfərova: “Sahibə Həsənovaya verdiyim 500 manatımı geri istəmişəm. Borcumu istəyəndə bildirdi ki, gəl Azad Məmmədovun üzünə dur, de ki, Azada 12 min manat borc vermişəm, borcunu qaytarım. Bu vicdansızlığa getməmişəm. Mətbuat konfransında çıxış da etməmişəm, sadəcə, iştirak etmişəm. Şəkər, təzyiq xəstəsiyəm. Ürəyim xəstədir. 70 yaşlı adam 200 manat pensiya ilə, yaşımın bu çağında şərə, məhkəmələrə düşmüşəm. Bu qədər təzminatı necə və niyə ödəməliyəm?! Cənab prezident, mənə kömək edin”.

“Anam deyilən o qadın məni də öldürəcəyi ilə hədələyir”

Gülxar Sadıqova: “Mən heç kəsin şərəf-ləyaqətini təhqir etməmişəm. Bildiyim həqiqətlərin bir qismini açmışam. Dilim də gəlmir ona ana deyim. Məni dünyaya gətirən Sahibə 16 yaşımdaykən məni ərə verib. 2 övladım olub. Çalışmışam ki, həmişə ailəmi qoruyum. Amma keçmiş həyat yoldaşım Vüqar Yusifov anam deyilən Sahibəylə cinayət əlaqəsinə girib. Bunu əminliklə deyirəm.

Azad Məmmədov da Sahibənin fitvasına tuş gələn bir qurbandır. 3 övlad atası 8 ildir ki, həbsdədir. Mən bildiyim həqiqətləri geniş izahatla yazmışam, ölkə başçısına göndərmişəm. Susmadığım üçün anam deyilən o qadın məni də öldürəcəyi ilə hədələyir.

Məhkəmədən tələb edirlər ki, vəkil Adəm Məmmədovun keçirdiyi mətbuat konfransında onların barəsində səsləndirilən həqiqətlər guya yalan, şər, böhtan olduğu üçün, bu məlumatları yayan apa.az, modern.az, lent.az, basta.info saytlarından qaldırılsın.



“Mənə dəli damğası vurub susdurmaq istəsələr də, əlimdə sübutum var”

Ailəmizdə 6 övladıq. Qardaşım Elçin Sadıqov, vaxtilə Daxili İşlər Nazirliyində dəftərxana işçisi olan bacım Ceyhunə Sadıqova anamın törətdiyi bəd əməllərə şərik olub, susublar. Digər qardaş-bacım da ehtiyat eləyib, qorxub, haqsızlıqlara göz yumurlar. Mən isə haqqı pozulan, edilən bunca ədalətsizliklərə dözməyən biri kimi susmadığım üçün mənə “dəli” damğası vururlar. Budur baxın, mənim heç bir psixoloji problemimin olmaması haqqında əlimdə faktiki sübutum da var.



Möhtərəm prezidentimizdən qəzetiniz vasitəsilə də xahiş edirəm: Bir ailə mafiyası insanların qanunların aliliyinə güvənini azaldır. Xahiş edirəm, məhkəməyə və Sizə təqdim elədiyim izahatların sübuta yetirilməsi, araşdırlması üçün xüsusi komissiya təşkil olunsun”.

Vəkil Elçin Sadıqov: “Tələb edirik ki, iddiamız tam təmin olunsun”

Vəkil Elçin Sadıqovla əlaqə saxladıq. Bildirdi ki, anasının və onun şərəf-ləyaqətinin müdafiəsilə bağlı Göygöl rayon Məhkəməsində adıçəkilən şəxslər haqqında iddia qaldırıb. Məhkəmə onun və anasının iddiasını qismən təmin etdiyi üçün iş üzrə yenidən Gəncə Apelyasiya Məhkəməsinə müraciət ediblər: “Biz tələb eləyirik ki, iddiamız tam təmin olunsun”.

Xoşqədəmdən müəmmalı cavab...

Yazıda adıçəkilən Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamaq istədik. Müxtəlif nömrələrdən mobil telefonuna bir neçə dəfə zəng etdik. Cavab almadıq. Tanımadığı nömrəni qaldırmadığını güman edib mesaj yazdıqdan sonra, zəngimizə cavab verdi. Telefondakı qadın səsi eynən öz səsi olsa da, (görünür, köməkçisinin səsi çox oxşar olub- müəl.) bizə dedi ki, danışan Xoşqədəm deyil, özü ilə əlaqə saxlayaq. Sonradan həmin nömrəyə təkrar zəngimizə isə belə cavab aldıq ki, Xəzər televiziyasının qaynar xəttinə müraciət eləyək(?).

Nigar İsmayıllı, Hurriyyet.org

Redaksiyadan: 5 şikayətçinin ölkə başçısına göndərdikləri, Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanova təqdim edəcəkləri geniş müraciətin surəti redaksiyamızın e-mailinə də göndərilib. Növbəti buraxılışlarımızda mövzuya qayıdarkən bunlardan bəhs olunacaq. Amma əslində biz redaksiya olaraq bu mövzunun heç də uzanmasını yox, tərəflərin razılığa gəlib, problemlərinin həllində maraqlıyıq. Çünki ittiham, münaqişə dolu bir mövzu onsuz da gərginlik yaşayan cəmiyyət üçün bir az da gərginlik yarada bilər. Amma “elin gözü tərəzidir prinsipilə” bu mövzunun ictimailəşməsi ona görə lazımdır ki, kimin haqlı, kimin haqsız olacağını müəyyənləşdirməli olan hüquq-mühafizə orqanları ictimai qınağa tuş gəlib hərəkətə keçsinlər. 12 il bundan öncə baş verən ölüm hadisəsinin iznə düşülüb, sonradan yarıda qalması və hər iki tərəfin şərə-böhtana məruz qalması iddiası hər halda hüquq-mühafizə orqanlarının – Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin yerli orqanlarının fəaliyyətlərinin səriştəsizliyini üzə çıxarır.

Ona görə də təkcə elə münqaişə dolu bu hadisəyə müvafiq qurumların obyektiv yanaşması cəmiyyətin həmin qurumlara inamına zəmin yarada bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru