Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib .....                     Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi .....                     Aİ humanitar minatəmizləmə fəaliyyətinə 23 milyon avro ayırır .....                     Tanınmış xanəndənin ailəsi buna görə dağılıb .....                     Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır .....                     “Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir, təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər” .....                     Ter-Petrosyan hirsləndi: .....                     Sülh yaxınlaşdıca, təxribatçılar artır .....                     Qarabağ müharibəsində Ermənistana silah, pul göndərən Məhərrəmov kimdir? .....                     Ərim komadadır, mən isə xərçəngəm .....                     Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb .....                     Ermənistan MTX-nın direktoru Bakıdan İrəvana qayıdıb .....                     Rusiyada həbs olunan tanınmış azərbaycanlılar azadlığa buraxa bilər .....                     Ağdamda kəndi su basdı: KİMDİR SUÇLU? .....                     Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? .....                     Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU .....                     Marqarita Simonyanda xərçəng aşkarlanıb .....                     Könül onun evində öldürülübmüş .....                     Reabilitasiya mərkəzindən Ceyhun Əsgərov və Nəsimi Nəbizadə ilə bağlı açıqlama .....                     İranın nüvə rəhbəri Rusiyayadır .....                     Simonyandan sonra Qriqoryan da Bakıya gəlir? .....                     Azərbaycanda bu şirkət demək olar ki hər il adını dəyişir .....                     Azərbaycanın beyin mərkəzinin direktor müavini .....                     Arabir duman olacaq .....                     Ultra liberalların əlində alətə çevrilmiş AŞPA da dəyişəcək .....                     AYNA rəhbərinin şübhəli villa əməliyyatı: Dövlətin düşməninə 1 milyon verib? .....                     Vəzifəyə keçər-keçməz bütün qohumlarına iş verdi .....                     Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb .....                     “Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir .....                     AKBA-ya Komitə Sədrləri təyin olunub .....                     Füzulidə məmur ata və oğul fermeri intihar həddinə çatdırıblar .....                     Həbsdəki dünya çempionu “Bir səhvdir, etmişik” dedi .....                     Nigar Fərhadın şirkətindən ŞİKAYƏT .....                     Azərbaycan Yaxın Şərqə qayıdır .....                     Ermənistan Müdafiə Nazirliyi ABŞ, Fransa və Yunanıstandan məsləhət xidməti alır .....                     “Ermənistanda Azərbaycan vassalı olan inzibati vahid qurulacaq” .....                     Paşinyanın saytında yayılan bu FOTO təşviş yaratdı .....                     “Meqa Sığorta”nın rəhbərliyinə təyinat olub .....                     Qohum evliliklərinə qoyulan qadağadan yayınmaq mümkündürmü? .....                     Yerli turistlər üçün `VADİ TRAVEL` tələsi... .....                 

“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
Tarix: 24-03-2017, 16:47 | Çap et
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB?
Dünən BakiPost.az saytının Azərbaycanda məşhur brendlərdən olan OVS mağazalar şəbəkəsində Ermənistan istehsalı olan hərbi uşaq paltarlarının satılması ilə bağlı tirajladığı xəbər cəmiyyətdə böyük etirazla qarşılanıb. Mağazanın səlahiyyətli şəxsləri xəbəri təkzib etməyə, sözügedən malların əslində Banqladeşdə istehsal olunduğunu sübut etməyə çalışsalar da, ortada fakt var: mağaza “Made in Armenia” yazılı hərbi paltarların ölkədə satışına şərait yaradıb.

OVS mağazalar şəbəkəsinin filiallarından birinin fəaliyyət göstərdiyi “Gənclik Mall” ticarət mərkəzinin marketinq meneceri Nuranə İsgəndərova məsələ ilə bağlı sayta açıqlamasında bildirib ki, bunun onlara aidiyyəti yoxdur: “Ticarət mərkəzi bir iaşə obyektidir. Biz bu obyektdə özümüzün müəyyən dükanlarını hər hansı brendə icarəyə veririk. Onlar da bizə nə satacaqlarını bildirirlər. Amma onların nə satdığı artıq markanın, yəni dükan sahiblərinin öz mövqeyidir. Biz onlara yalnız mallarını satmaq üçün ərazi ayırırıq. Onlar nə satırsa, düzü biz onlara qarışmırıq. Yəni bizim qaydaları pozmayana kimi onların satışına müdaxilə etmirik. Biz onların haradan mal gətirib satdıqlarına qarışmırıq. Buna onların özləri cavabdehdir”.

BakiPost.az-ın əməkdaşı məsələnin aktuallığını və əhalinin bu məsələyə həssaslığını nəzərə alaraq cəmiyyətdə tanınmış şəxslərin bəzilərinin mövqeyini öyrənib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı BakiPost.az-a açıqlamasında deyib ki, bu məsələdən sonra əməkdaşları həmin mağazalarda olublar. Lakin Ermənistan istehsalı olan paltarlara rast gəlməyiblər. QHT rəhbəri bu qənaətdədir ki, xəbər tirajlandıqdan sonra OVS mağazaları “Made in Armenia” yazılı bütün malları vitrinlərdən yığışdırıb: “Biz bu cür problemləri həmişə diqqətdə saxlayırıq. Belə bir problemlər olduğu zaman biz dərhal onun üstünə düşmüşük. Çalışmışıq ki, biz də öz payımızı verməklə o cür proseslərin qarşısının alınmasına nail olaq. Deyə bilərəm ki, buna nail ola bilmişik. Burada bizim məqsədimiz kimisə dara ağacından asmaq, cəzalandırmaq, kiminsə üzərinə getmək və ya onların haqlı və ya haqsız olduğunu göstərmək deyil. Biz Ermənistanla düşmən vəziyyətindəyik. Bir sıra məsələlər var ki, biz onların ümumi dialoq və ya yaxınlaşma prosesinə də qarşıyıq. Bu, ermənilərin maraqlarına cavab verir.

Hazırda vaxtı ilə Xocalı faciəsini törədən, sabiq müdafiə naziri Seyran Ohanyan müxalifətə keçib. O, maraqlı açıqlama verdi ki, Azərbaycanla Ermənistan arasında kompromis əldə olunmalı və iki ölkə cəmiyyəti arasında dialoq, xalq diplomatiyası tətbiq olunmalıdır. Yəni bu imkanlardan istifadə olunmalıdır. Bu da həmin formalardan biridir. Ermənilərin siyasətidir. Vaxtaşırı hansısa yollarla malların Azərbaycanda satılması buna xidmət edir. Bizim məqsədimizdə bu prosesin qarşısını almaqdır.

Sizə təşəkkür edirəm ki, ayıqlıq göstərərək bu məsələni mətbuata çıxardınız. Biz də dərhal reaksiya verdik. Əməkdaşlarımız “Gənclik Mall”dakı həmin mağazada oldular. Mağaza nümayəndələri və oranın baş meneceri özlərini müəyyən dərəcədə təlaşlı və təşvişli apardılar. Deyiblər ki, belə bir şey yoxdur. Yalandır. Amma bizim qənaətimiz odur ki, o malları dərhal yığışdırıblar. Bu da nəticədir ki, başa düşüb malları yığışdırıblar.

Televiziyada və mətbuatda əks tərəfi ittiham etməyə çalışıblar. Kimsə cəmiyyətdə ayıqlıq göstərib vətəndaş borcunu yerinə yetirərək bu məsələni ictimailəşdirib. İndi də onu günahkar çıxarmağa çalışırlar. Bu yanlış mövqedir. Yəqin ki məsələni ictimailəşdirəndə kifayət qədər sübutlar da var. Yenə deyirəm ki, bunu kiməsə qarşı divan tutmaq vasitəsi kimi istifadə etməməlidirlər. Səhvini başa düşüb bu malları yığışdırmalıdır. Başqalarına da dərs olmalıdır ki, bundan sonra bu cür hərəkətlərə yol verməsinlər”.
Üzeyir Cəfərov bildirib ki, paltarların Ermənistan istehsalı olması fakt və sübutlarla ortadadır. O, bu məsələ ilə bağlı Azərbaycanın müvafiq qurumları tərəfindən hərtərəfli və ciddi şəkildə araşdırma aparılmalı olduğunu, günahkar şəxslərin sərt şəkildə cəzalandırılmalı olduğunu düşünür: “Özü də bu ilk hal deyil ki, Azərbaycana, ümumilikdə türk dünyasına düşmən münasibət göstərən bir ölkədən hansısa mal ölkəmizə daxil olur və o rahat şəkildə satışa buraxılır.

Kimliyindən asılı olmayaraq, Ermənistan istehsalı olan heç bir mal və ya qida məhsulu Azərbaycana idxal olunmamalıdır. Bu haqda söhbət belə getməməlidir. Ötən aylarda da səhv eləmirəmsə, “Nutello” şokolad yağları ilə bağlı bir fakt var idi ki, o yağların üzərində İtaliya istehsalı olması göstərilsə də etiketin üzərində düşmən Ermənistan istehsalı sözləri açıq qeyd olunmuşdu. Sonradan bəzi pulgir və var-dövlət hərisləri bu məsələni ört-basdır etməyə cəhd göstərdilər. Amma məsələ tam aydın idi ki, bu işdə ölkəmizin maraqlarından çox, bəzi işbazlar və çoxlu pul əldə etməyi özlərinə həyat yolu seçən şəxslər üçün fərqi yoxmuş ki, bu qida məhsulu brend marka olsa da, o bizim insanların sağlamlığına ciddi zərər vura bilər.

İndi də dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarları ilə bağlı skandal faktlarla, sübutlarla ortalıqdadır, yenə bəziləri özlərini sığortalamaq üçün başlayıblar tamam başqa “nağıllar” danışmağa. İstənilən halda “OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır” ifadəsindən sonra guya bu malların Ermənistanda hərbi paltarlar kimi tikilməsi və onların Azərbaycanda satışa çıxarılması mümkün deyil fikirləri də, hesab edirəm ki, bəzi işbazların növbəti cinayət əməlinin üstünün açılması deməkdir. Bu məsələnin üstünə yəqin ki, bayramlardan sonra həm hüquq-mühafizə orqanları, həm də mətbuat ciddi şəkildə getməlidir”.

Ekspert hesab edir ki, yerlərdə yoxlama funksiyasını yerinə yetirən hökumət strukturları öz işlərinə son dərəcə ciddi və diqqətli yanaşmalıdırlar: “Bilmək olmaz, bir də gördün, günlərin bir günü Azərbaycan ərazisinə düşmən ölkədən elə bir “canlı və ya cansız bomba” daxil oldu ki, sonra onun fəsadlarını yığıb-yığışdırmaq milyonların hesabına da mümkün olmayacaq. Bu, düşmən ölkədir. Onun bəzi qurumları gecə-gündüz çalışırlar ki, nə yolla olursa-olsun Azərbaycanla bağlı nə varsa, ona maddi və ya mənəvi ziyan vursunlar. Ermənistan adlı bir teror dövləti də öz mallarını əgər ölkəmizin ərazisinə soxuşdurmağı bacarıbsa, bu onların bacarığı deyil. Bizim pula görə öz həyatımızı ciddi təhlükəyə atmağımız anlamına gəlməlidir. Hörmətli gömrükçülər, sərhədçilər, səhiyyə işçiləri və adını sadalamadığım onlarla dövlət və hökumət nümayəndələrimiz, ayıq-sayıq olun. Sabah Azərbaycan vətəndaşlarına qarşı baş verə bilcək təhlükələrin, faciələrin qarşısını almaq sonra gec ola bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib - TƏFƏRRÜAT
Bu gün, 16:23
Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi - FOTO
Bu gün, 16:19
Aİ humanitar minatəmizləmə fəaliyyətinə 23 milyon avro ayırır
Bu gün, 16:16
Tanınmış xanəndənin ailəsi buna görə dağılıb
Bu gün, 16:14
Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır
Bu gün, 16:09
“Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir, təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər” - Deputat
Bu gün, 15:26
Ter-Petrosyan hirsləndi: - Paşinyanın həyasızlığının həddi yoxdur!
Bu gün, 15:22
Sülh yaxınlaşdıca, təxribatçılar artır - Hüquqdan bixəbər Bekker
Bu gün, 15:21
Qarabağ müharibəsində Ermənistana silah, pul göndərən Məhərrəmov kimdir? – ŞOK/FOTOLAR
Bu gün, 15:16
Ərim komadadır, mən isə xərçəngəm - Marqarita Simonyan
Bu gün, 15:12
Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb - Əliməmməd Nuriyev
Bu gün, 15:08
Ermənistan MTX-nın direktoru Bakıdan İrəvana qayıdıb
Bu gün, 15:03
Rusiyada həbs olunan tanınmış azərbaycanlılar azadlığa buraxa bilər - Moskva Bakı ilə dil tapmağa çalışır
Bu gün, 15:00
Ağdamda kəndi su basdı: KİMDİR SUÇLU? - TƏFƏRRÜAT
Bu gün, 14:57
Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? - “Onu Amerikada tutdura bilərdim”
Bu gün, 14:49
Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU – Sensasion ad və... Ağ Evdə verilən vəd
Bu gün, 14:46
Marqarita Simonyanda xərçəng aşkarlanıb - “Telegram”
Bu gün, 14:44
Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi
Bu gün, 13:00
Reabilitasiya mərkəzindən Ceyhun Əsgərov və Nəsimi Nəbizadə ilə bağlı açıqlama - “İşlə təmin edirik, ailəsi ilə barışdırırıq...”
Bu gün, 12:57
İranın nüvə rəhbəri Rusiyayadır
Bu gün, 12:52
Simonyandan sonra Qriqoryan da Bakıya gəlir? - KİV
Bu gün, 12:48
Azərbaycanda bu şirkət demək olar ki hər il adını dəyişir - İcazə verin, şübhələnək...
Bu gün, 12:46
Azərbaycanın beyin mərkəzinin direktor müavini Ermənistanda beynəlxalq tədbirdə iştirak edir
Bu gün, 12:39
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32
Ultra liberalların əlində alətə çevrilmiş AŞPA da dəyişəcək - MÜSAHİBƏ
Bu gün, 12:22
AYNA rəhbərinin şübhəli villa əməliyyatı: Dövlətin düşməninə 1 milyon verib? - TƏFƏRRÜAT
Bu gün, 12:20
Vəzifəyə keçər-keçməz bütün qohumlarına iş verdi - NARAZILIQ VAR...
Bu gün, 12:15
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - QƏRAR
Bu gün, 12:09
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir - DİQQƏT...
Bu gün, 12:06
AKBA-ya Komitə Sədrləri təyin olunub - SİYAHI
Bu gün, 12:05
Füzulidə məmur ata və oğul fermeri intihar həddinə çatdırıblar - İTTİHAM VAR...
Bu gün, 11:59
Həbsdəki dünya çempionu “Bir səhvdir, etmişik” dedi - CİNAYƏT DOSYESİ
Bu gün, 11:53
Nigar Fərhadın şirkətindən ŞİKAYƏT – “Xaricdə təhsil adı ilə pulumu aldılar, geri vermirlər”
Bu gün, 11:47
Azərbaycan Yaxın Şərqə qayıdır - İNCƏLƏMƏ
Bu gün, 11:43
Ermənistan Müdafiə Nazirliyi ABŞ, Fransa və Yunanıstandan məsləhət xidməti alır - Papikyan
Bu gün, 11:41
“Ermənistanda Azərbaycan vassalı olan inzibati vahid qurulacaq” - Artur Xaçatryan
Bu gün, 11:29
Paşinyanın saytında yayılan bu FOTO təşviş yaratdı - "Sonunuzu görün, erməni xristianlar..."
Bu gün, 11:24
“Meqa Sığorta”nın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:17
Qohum evliliklərinə qoyulan qadağadan yayınmaq mümkündürmü? – Hüquqşünasdan açıqlama
Bu gün, 11:12
Yerli turistlər üçün `VADİ TRAVEL` tələsi... - AXI NİYƏ?
Bu gün, 11:02
Xıdırlı sakini: “Bir az yağış yağan kimi sel evi aparır” – Video
Bu gün, 10:54
Şəxsimə və intimimə heç kəs qarışa bilməz - Rövşanə
Bu gün, 10:50
Paşinyan partiya rəhbərliyinə yeni şəxslərin seçilməsinə nail olub - Ermənistan KİV-i
Bu gün, 10:44
Anasının dolabda gizlənən sevgilisini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:42
Ağdamlı məcburi köçkün niyə öz kəndinə qayıtmaq istəmir? - AKTUAL
Bu gün, 10:38
Oğuzda narkotik satan ailə həbs olundu - Aralarında gəlin-qaynana da var...
Bu gün, 10:17
14 yaşlı oğlu zorlanan atanın FƏRYADI... - "Qorxuruq ki, yolda uşağa yenə ..."
Bu gün, 10:14
Məcnun müəllim fermerlərə sahib çıxmazsa... - AKTUAL
Bu gün, 10:05
35 manatlıq saatı 90 manata satmaları bir yana... - ETİRAZ VAR...
Bu gün, 10:02
"“FSB” gəmisi Bakıya bu vəzifə bölgüsünün müəyyənləşdirilməsi üçün gəlir...” - KİV
Bu gün, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru