Gəncə səhiyyə idarəsində özbaşınalıq - Müraciət...
Tarix: 28-02-2017, 08:15 |
Çap et
DİA.AZ: - Redaksiyamıza müraciət edən sakinlər Gəncə səhiyyə idarəsində baş verən özbaşınalıqdan giley edirlər. DİA.AZ bildirir ki, şikayətçilər öz müraciətlərində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə yerli səhiyyə idarəsi müdirinin ortaq maxinasiyasından da yazırlar.
Narazı gəncəlilərin müraciətlərində iddia olunur ki, Gəncə xəstəxanalarına ayrılan qida məhsulları arasında kərə yağı da var, amma nədənsə xəstələr dövlətin ayırdığı və normalara uyan kərə yağını bu günə qədər dada bilməyiblər".
dia-az.site-a daxil olan müraciətdə deyilir: "Elmar Vəliyevin göstərişi ilə həmin kərə yağları qara bazara göndərilir, əvəzinə isə Yevlaxda Vəliyevə məxsus sexlərdə hazırlanan mənşəyi məlum olmayan, .üzərində heç bir etiket ve tarix olmayan şübhəli mənşəli saxta yağlar xəstəxanalara verilir. Gəncə səhiyyəsinin acınacaqlı hala gətirilməsində "bütün metodlar gözəldir" prinsipi ilə hərəkət edənlərin layiqli cavabı olacaqmı?"
dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq...