Azərbaycanlı gənc Şimali Osetiyada öldü .....                     Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, .....                     Rusiya Ermənistanı açıq şəkildə hədələdi .....                     Ordumuz qürurumuzdur .....                     Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub .....                     Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu .....                     Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... .....                     Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ .....                     Azərbaycanda məşhur bahalı hotel .....                     Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı .....                     Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? .....                     Masallıda daha bir EKOVƏHŞİLİK... .....                     İdarə rəisi və işçilərinə yekun ittiham verildi .....                     “Birbank” arayışların qiymətini artırıb .....                     “MİDA”nın FÜZULİ FIRILDAĞI... .....                     Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... .....                     Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... .....                     Əmrullayev 20 milyonluq tenderi .....                     Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib .....                     Qabil Məmmədovla bağlı istintaq başa çatdı .....                     Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? .....                     Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var .....                     “Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi .....                     Qardaşlığının və həmrəyliyin əsl nümunəsi .....                     Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü .....                     Avstriya şirkəti Azərbaycan bazarından gedir .....                     Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb .....                     Əmək Müqaviləsinə xitam verilərkən... .....                     Partlayan bombalar Azərbaycanı da “vurdu” .....                     Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... .....                     Əlilliyi olan işçilərin bu hüquqları var imiş... .....                     İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu .....                     Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... .....                     Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb .....                     Xamenei ÖLSÜNMÜ, QALSINMI? .....                     Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb .....                     Rəfail Abdullayevin şirkəti xalqa qarşı .....                     “Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır .....                     "Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" .....                     "Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" .....                 

Eldar Mahmudovun ''tikinti bossu'' niyə tarana gedir? - İlham Qasımovun həbs olunandan sonrakı aktivliyinin pərdəarxası
Tarix: 14-01-2017, 09:59 | Çap et
Eldar Mahmudovun ''tikinti bossu'' niyə tarana gedir?
Ötən ilin iyununda dələduzluqda və külli miqdarda vəsaitlərin mənimsənilməsində ittiham olunaraq, həbs edilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun azadlıqdakı əlaltıları qanunsuz əməllərinə son qoymur.

Yeniçağ.az xəbər verir ki, 2016-cı il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş İ.Qasımovun cinayətkar fəaliyyətində yeni detallar üzə çıxır.

Dələduzluq ittihamı ilə uzunmüddətli həbs cəzasına məruz qalan İ.Qasımov sabiq MTN rəhbəri Eldar Mahmudova arxalanaraq, statusundan asılı olmayaraq, istənilən şəxsi özünün “əhatə dairəsi”nə salmaqdan çəkinməyib. Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və onun müavinlərinə 4 milyon rüşvət verdiyini iddia edən İ.Qasımov və dəstəsi hətta Milli Məclisin deputatı İqbal Məmmədovu da “quru yer”də qoymağa çəhd göstərib. Bildirilir ki, deputat İ. Məmmədov İ.Qasımova məxsus “Sahil-D Kompani MMC”-nin inşa etdiyi binadan aldığı mənzilinə baxmaq üçün gələndə, şirkət rəhbərinin qoçuları onu öz evinə buraxmayıblar. Təbii ki, bundan qəzəblənən İ.Məmmədov hüquqlarını qorumaq üçün İ.Qasımovun qoçularına yerlərini göstərib.

Bundan başqa, İ.Qasımov və “qoçubaşı” Ədilağa Hüseynov Sahib İbrahimova qarşı da kampaniya aparmağa başlayıblar. Doğrudur, S.İbrahimov mahiyyətcə İ. Qasımovdan fərqlənmir və onun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmaqdadır. Ancaq qeyd olunmalıdır ki, S. İbrahimovun sözügedən binalarla bağlı qanunsuz əməlləri 2010-cu ilə qədər davam etmişdir və sonrakı bütün fırıldaqları İlham Qasımov və onun direktor təyin etdiyi Ədilağa Hüseynov həyata keçirtmişdir.

Lakin İ. Qasımov və dəstəsi özlərinin yol verdikləri bütün qanunsuzluqları S. İbrahimovla əlaqələndirməkdədirlər. Məsələn, Ə.Hüseynov və İ.Qasımov Bakının Xətai rayonu Fəzail Bayramov küçəsi 11/56 ünvanında yerləşən “Sahil D Kompani MMC”-nin tikintisini başa çatdırmadığı binalarda öz mənzilinə girmək istəyən deputat tərəfindən döyülmələrinin ictimailəşdirilməsində və işıqlandırılmasında S. İbrahimovun əlinin olduğunu iddia edirlər.
Eyni zamanda, bir mənzilin bir neçə nəfərə satılması, vətəndaşlardan adambaşına toplanan 3000 manatın binaların tikintisinə sərf edilmədiyi, o pulun bir hissəsinin İ.Qasımovun birgə dələduzluq etdiyi şəxslərə verilməsi, insanlardan aldıqları mənzilləri təmir etdirməyə şərait yaratmaq üçün 1200 manat pul tələb etmək, ancaq bu halda da onları öz mənzillərinə buraxmamaq kimi qanunsuzluqlara yol verilib.

Bütün bunlar İ.Qasımovun həqiqətən, peşəkar fıqıldaqçı olduğunu, adamın “pul kisəsi” sayılan Ə. Hüseynovun da onun yolunu ustalıqla davam etdirdiyini göstərir. Daha bir məsələyə də toxunmaq lazım gəlir. İ.Qasımov artıq özünü elə bir vəziyyətə salıb ki, ana-bacısını mediaya çıxararaq, ölkə başçısına müraciət etdirir. Ancaq prezident belə dələduzları niyə əfv etməlidir ki? Hər halda, aldığı 15 illik həbs cəzası onun əməllərinin nəticəsidir. İ.Qasımovun ana-bacısı onun hansı əməllərdən çıxdığını öyrənsələr, vəziyyəti başa düşərlər.

Çünki İ.Qasımov başqalarının ana-bacılarını illərlə küçələrdə süründürüb, onlara halal mənzillərini verməyib və ya mənzillərindən çıxartdırıb, onlardan külli miqdarda əlavə vəsait tələb edib və s. Vicdanı olan ana və bacı bunun nə demək olduğunu anlayacaq. Ancaq İ.Qasıvov özünü təmizə çıxartmaq üçün sadəcə, doğmalarını irəli verməyib, başqalarının adlarını hallandırmaqdan da qalmayıb. Bəli, söhbət məşhur iş adamı, şair Gülağa Tənha və Baş prokurorluğun vəzifəli şəxsi Müqəddəs Sultanovdan gedir. İ.Qasımov onların xanımlarının adlarını Ə. Hüseynov vasitəsi ilə mətbuata sızdıranda düşünməli idi ki, bunun hansı nəticələri ola bilər.

Bu qədər cinayət törətmiş İ. Qasımovun mülkiyyətinin hələ də müsadirə olunmaması, “Real MTK”-nın səhmlərinin digər səhmdarlara verilməməsi də maraq doğuran məsələdir. İ.Qasımov qanunsuz əməlləri sayəsində özünə dəbdəbəli şərait yaratmaqla bərabər, ailə üzvlərinə də bahalı maşınlar, təmtəraqlı evlər və sair bağışlayıb. “Sahil D MMC”- də payçı olan İ. Qasımov o şirkətdə payı olan çox sayda vətəndaşı, eyni zamanda, ölkə iqtisadiyyatına sərmayə qoyan Türkiyəli Mərcan ailəsini də illərdir ki, didərgin vəziyyətinə salıb. Ona görə də İ. Qasımovun əmlakı zərərçəkən sakinlərin lehinə müsadirə edilməlidir.

Bu günlərdə yolumuz sözügedən ərazidəki binalardan düşmüşdü və sakinlərdən öyrəndik ki, İ.Qasımovun azadlıqdakı adamları o binalara elektrik enerjisini istədikləri vaxt kəsirlər. Həmin binalara qaz verilmədiyini nəzərə alsaq, bunun indiki qış aylarında sakinlərə nəyin bahasına başa gəldiyini təsəvvür etmək çətin deyil. Binada yük liftinin olmaması, sərnişinlər üçün yeganə lifti məhz sakinlərin öz vəsaitləri ilə quraşdırmaları, pullarını ödədikləri qapı-pəncərə və digər materiallar üçün əlavə pul xərcləmələri isə başqa söhbətin mövzusudur. Sakinlərdən onu da öyrəndik ki, İ. Qasımovun sağ əli sayılan Ə. Hüseynov orada yaşayanlara hələ də kələk gəlməkdədir.

Xatırlatmaq yerinə düşər ki, Ə. Hüseynov və İ. Qasımovun qohumları sonuncunun məhkəməsi ərəfəsində guya Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi və İ.Qasımovun prosesinə sədrlik edən Zeynal Ağayevə 350 min dollar pul verərək, İ. Qasımovu azadlığa buraxdıracaqlarını iddia edirdilər. Onlar bu tip məlumatları indi də mediaya ötürərək, Z. Ağayevin “işini bilmədiyini, vəzifə səlahiyyətindən sui-istifadə etdiyini, Baş Prokurorluğun vəzifəli şəxsi Müqəddəs Sultanovla xalaoğlu olması və s” kimi xəbərləri yayırlar. Məlumata görə, İ.Qasımov özünün azadlıqdakı əsas adamı olan Ə.Hüseynovun “əziyyət”ini nəzərə alaraq, onun maaşını 4 dəfə artırıb. Təbii ki, Ə.Hüseynov bunun müqabilində İ.Qasımovun bütün gizli işlərini ört-basdır etmək, vergidən yayınmaq məsələlərini “həll etmək”, qeyri-qanuni idxal və ixrac əməliyyatlarını, pul köçürmələrini idarə etmək, qanunsuz sənədlər hazırlayıb, imzalamaqla vətəndaşları aldatmaq kimi “iş”ləri görür. Ə.Hüseynov həmçinin, bəzi media orqanları ilə şübhəli işbirliyinə gedərək, İ.Qasımovun lehinə materiallar da dərc etdirməkdədir. O materiallarda İ.Qasımovu təmizə çıxartmaq cəhdi ilə yanaşı, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev də hədəfə götürülür.

İ.Qasımovun və adamlarının Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə və onun rəisi Kamran Əliyevə qarşı bu hücumları əlbəttə ki, səbəbsiz deyil. Çünki İ.Qasımov və onun əhatəsi uzun müddət məhz keçmiş MTN şefi Eldar Mahmudova arxalanaraq, bu qurumu yumşaq desək, saymırdılar. Ancaq ölkə başçısının iradəsi ilə E.Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra İ. Qasımovun da əl-qolu bağlandı və qanunsuz əməllərinə görə tezliklə həbs edildi. Bundan sonra aparılan araşdırma zamanı isə onun hansı miqyasda cinayətlər törətdiyi məlum oldu.

E.Mahmudova güvənərək, bu qədər geniş miqyasda ağlagəlməz qanunsuzluqlara yol vermiş İ. Qasımovun cinayət işində onun Türkiyəli iş adamı, qardaş ölkənin tanınmış tikinti brendi olan “Mərcansoy” Şirkətlər qrupunun sahibi Mövlanə Əli Mərcana qarşı fırıldaqları qırmızı xətlə keçir. 2007-ci ildə Azərbaycana gələrək, ölkənin tikinti sektorunda iş qurmaq istəyən M.Ə.Mərcan bu sahədə işbirliyi üçün münasibət qurduğu İ. Qasımov və onun şəriki S. İbrahimovdan həyatının zərbəsini alıb.

Azərbaycana sərmayə yatırtmaq və təbii ki, qazanc niyyətində olan Tükiyəli iş adamı hansı fırıldaqçılarla üzləşdiyini bilmədən, İ. Qasımov və S. İbrahimova külli miqdarda nağd pul verib. Təbii ki, M. Ə. Mərcanın Türkiyədən Azərbaycana gətirdiyi milyonlarla vəsaitin dövriyyəyə daxil edilməsi adları çəkilən dələduzların hamisi olmuş E.Mahmudovun iradəsindən kənar baş verə bilməzdi. Sabiq MTN şefinin vəzifədən çıxarılmasından sonra Türkiyə, Rusiya, Çin və ərəb ölkələrindən edilən nağd pul köçürmələrinin E.Mahmudovun və onun əsas adamı olan Akif Çovdarovun nəzarətində olması faktı geniş ictimaiyyətə məlum oldu.

Təsəvvür edin, E. Mahmudova güvənən İ. Qasımov – S.İbrahimov duetinin harınlığı o həddə çatıbmış ki, iş adı ilə milyonlarla dollar pul aldıqları M.Ə.Mərcanı onun vəsaiti ilə inşa edilən binaların tikinti ərazisinə də buraxmırmışlar. Bu azmış kimi, 10 milyon dollara qədər pul ödədiyi mənzilləri də ona verilməyib. Vəziyyətin onun üçün arzuedilməz inkişafını görən Türkiyəli iş adamı çıxış yolunu daxili işlər naziri Ramil Usubovla görüşərək tapmağa çalışıb. Nazirin göstərişi ilə M.Ə.Mərcanın şikayətini araşdıran Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsi İ. Qasımovun fəaliyyətindəki qanunsuzluqları – bir mənzili bir neçə şəxsə, həm də fərqli qiymətlərlə satdığı aşkarlanıb. M.Ə.Mərcan bir müddət əvvəl Yeniçağ.Az-a verdiyi müsahibədə başına gələnləri belə təsvir edib:

“ Məsələyə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində baxıldı. Sənədlər əsasında İlham Qasımovun bəzi mənzilləri başqalarına satdığı da təsdiq olundu. Tam da məsələ həllini tapırdı ki, başqa bir xəyanətlə üzləşdik. Belə ki, İlham Qasımov bizimlə bərabər Bakıya gələrək, Azərbaycan dövlətinin yüksək vəzifəli məmurları arasında əlaqəni quran Mehmet Şimşəki ələ aldı. Yəni, mənə yardımçı olacaq adam İlham Qasımovun tərəfinə keçdi. Belə ki, Mehmet Şimşəkə öncə 500 min, daha sonra da 1,5 milyon dollar pul verərək, adamı neytrallaşdırdılar. Ondan sonra da mənə qarşı cəbhəni genişləndirdilər. Nə inşaat işlərini həyata keçirə bilirik, nə də bu prosesdə bizə aid olan yerdən bir kvadratmetr belə sata bilirik. Beləcə, verdiyimiz bugünkü dəyəri ən az 15 milyon dollardan məhrum olduq. Bizə göstərdikləri yerlərin isə başqalarına satıldığını öyrəndik. Halbuki ilk olaraq, o yerlər 2007-2009-cu illərdə bizə satılmışdı. Sonradan isə ucuz qiymətlərlə başqalarına satıldı. Belə ki, bir yeri bir neçə adama satıblar. İlk alanlardan xəbərimiz vardı. O zaman kvadratmetri 800-900 dollardan satın alınırdı, sonra 1500 dollardan satın alındı. Son olaraq, alanlara isə bu yerlər 300-500 dollardan verilib. Yəni, konkret dələduzluq edilib və yüzlərlə insan, içi bizqarışıq aldadılıb. Bu aldadılma əməliyyatında isə hər iki ortağın günahı var: həm İlham Qasımovun, həm də Sahib İbrahimovun”.

İndi əsas məsələ adları çəkilən fırıldaqçıların M.Ə.Mərcana vurduqları maddi zərərin ödənilməsidir. İş adamı inanır ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə müdaxilə edərsə, problem həllini tapar:

“Çünki Əliyevin Türkiyəyə olan sevgisini və dostluğunu bilirik. O, həm də sözünün üstündə duran bir adamdır. Həm də Heydər Əliyevin oğludur ki, ona da özəl bir sevgim var. Buradakı böyüklərimiz yanlış bir şeyi bir-birlərindən istəməzlər. Bu problemimizin qarşı tərəfə söylənildiyi halda tez bir zamanda haqq-ədalətin zəfər çalacağına inanırıq. Çünki burada investisiya qoyan da bizik, aldadılan da, illərlə bu zülmə məruz qalan da. Eyni zamanda biz investorlar qardaş ölkənin bizim Kimi aldadılmış vətəndaşlarıyla da üzbəüz qalmaq niyyətində deyilik, yəni ki, bizi aldatmış şəxslərdən ancaq pul vəsaitimizi geri tələb edirik və bizə heç bir mənzil və s. verəcəklərini və yenə aldadacaqlarını düşünməsinlər”.

Ancaq tək onun deyil, İ. Qasımovun qanunsuz əməllərinə görə böyük maddi itkilərlə üzləşmiş hər kəsin haqqı bərpa olunmalıdır. Artıq E.Mahmudov-A.Çovdarov şəbəkəsinin ədalətin bərpasına mane olmaq imkanı yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı gənc Şimali Osetiyada öldü
Bu gün, 11:08
Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib
Bu gün, 11:06
Rusiya Ermənistanı açıq şəkildə hədələdi - Aİ-yə yaxınlaşsanız, tam qopma olacaq
Bu gün, 11:01
Ordumuz qürurumuzdur - MƏQALƏ
Bu gün, 10:58
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:57
Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:54
Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... - BU NƏDİ BELƏ?
Bu gün, 10:49
Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ - BUNDAN SONRA...
Bu gün, 10:39
Azərbaycanda məşhur bahalı hotel - FƏALİYYƏTİNİ DAYANDIRDI
Bu gün, 10:38
Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı
Bu gün, 10:36
Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
Masallıda daha bir EKOVƏHŞİLİK... - FOTOFAKT
Bu gün, 10:13
İdarə rəisi və işçilərinə yekun ittiham verildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Birbank” arayışların qiymətini artırıb
Bu gün, 10:00
“MİDA”nın FÜZULİ FIRILDAĞI... - vətəndaş İFŞA EDİR...
Bu gün, 09:55
Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... - "Bəxtiyar Nəsibov neytrallaşdırır..."
Bu gün, 09:43
Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... - tert.am
Bu gün, 09:38
Əmrullayev 20 milyonluq tenderi - görün, KİMƏ VERDİ...
Bu gün, 09:36
Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib - elektron qolbaqda idi...
Bu gün, 09:33
Qabil Məmmədovla bağlı istintaq başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:28
Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? - Görünəni odur ki...
Bu gün, 09:26
Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var - DETALLAR
Bu gün, 09:23
“Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi - MƏQALƏ
Bu gün, 09:21
Qardaşlığının və həmrəyliyin əsl nümunəsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:19
Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü - NİZAMNAMƏ KAPİTALI KƏSKİN AZALDI
Bu gün, 09:12
Avstriya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 09:10
Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:07
Əmək Müqaviləsinə xitam verilərkən... - DİQQƏT!
Bu gün, 09:05
Partlayan bombalar Azərbaycanı da “vurdu” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:49
Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... - HƏLƏ DƏ DAVAM EDİR...
Bu gün, 08:47
Əlilliyi olan işçilərin bu hüquqları var imiş... - Ekspert danışır...
Bu gün, 08:40
İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu - Xəsarət alanlar var
Bu gün, 08:36
Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... - FAKT BUDUR!
Bu gün, 08:33
Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb - QALMAQAL
Bu gün, 08:30
Xamenei ÖLSÜNMÜ, QALSINMI? - SUAL BUDUR, BU!..
Bu gün, 08:28
Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Rəfail Abdullayevin şirkəti xalqa qarşı - NARAZILIQ VAR...
Bu gün, 06:45
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Bu gün, 06:38
"Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" - REAKSİYA
Bu gün, 06:35
"Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - deputat
Bu gün, 06:26
Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib - FAKT BUDUR!
Bu gün, 06:18
Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü - GƏLİŞMƏ
Bu gün, 06:16
“Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”
Bu gün, 06:13
Paşinyan Rusiyaya meydan oxuyur - NƏ BAŞ VERİR?
Bu gün, 06:09
İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…
Bu gün, 06:05
İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - WSJ
Bu gün, 06:02
Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi
Bu gün, 05:59
“Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib - əl-Mənar telekanalı
Bu gün, 05:54
Göyçayın bu məmuru narazılıq yaradır - İTTİHAM VAR...
Bu gün, 05:50
Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub - FOTO
Bu gün, 05:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru