"Novosti-Qruziya” nəşri xəbər verir ki, Azərbaycanın "Aqete” şirkəti Gürcüstan-Ermənistan sərhədində Poniçala-Marneuli-Ququti yolunun 300 metrlik hissəsini sınaq üçün təmənnasız olaraq yeni üsulla çəkəcək.
Bildirilir ki, yeni metod artıq Azərbaycanda sınaqdan keçirilib. Yeni üsulla yolun çəkilməsinin kvadratmetri təxminən 5-6 dollara başa gəlir, bu da digər metodlarla müqayisədə iki dəfə azdır.