Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Çarəsiz qalan vətəndaş prezidentdən kömək istədi - ŞİKAYƏT VAR
Tarix: 4-06-2016, 08:41 | Çap et
Çarəsiz qalan vətəndaş prezidentdən kömək istədi
Redaksiyamıza Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının dövlət başçısına, respublikanın güc strukturlarının rəhbərlərinə və surəti В«TəzadlarВ» qəzetinə ünvanlanmış şikayət məktubu daxil olub.

Şikayətçi yazır: В«Dələduzluğa görə əvvəllər məhkum olunmuş keçmiş bələdiyyə işçisi Mətanət Əkbərova həyat yoldaşım Ağasadıq Əliyevin etibarından sui-istifadə edərək aldatma yolu ilə külli miqdarda pulunu ələ keçirib, eyni zamanda mənim adıma olan torpaq sahəsinin sənədlərini baxmaq adı ilə alıb və bu günə kimi geri qaytarmayıb.
Keçmiş bələdiyyə işçisi M.Əkbərovanın dələduzluğu barədə Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi surətdə şikayət etdim, lakin polis əməkdaşları məsələyə biganə yanaşırlar. Çünki Bakı Şəhər Baş Polis İdarəsində faktla bağlı ilkin araşdırma, nədənsə, hələ ki dayandırılıb. Bir müddət araşdırma aparılsa da, heç bir nəticə əldə edilməyib. Səbəbi isə bizə məlum deyil. M.Əkbərova deyirmiş ki, nə istəyirlər etsinlər, bu ölkədə ona heç kim heç nə edə bilməz, çünki əli böyüklərin ətəyindədir.
Deyəsən, həqiqətən də belədir. Çünki Bakı Şəhər Baş Polis İdarəsinə etdiyim şikayətdə adı keçən nə Mətanət Əkbərova, nə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi Faiq Məmmədov, nə də əvvəllər “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində hüquqşünas işləmiş Sarvan Abbasov barəsində heç bir tədbir görülmür. Faktla bağlı heç kimin ifadəsi alınmır, əksinə, onları müdafiə edərək, istintaqdan yayındırırlar.
Ona görə də bu yaxınlarda Baş Prokurorluğun əməkdaşı Bəxtiyar İsgəndərovun qəbulunda oldum və istintaqın gedişindən narazılığımı bildirdim. Çünki kifayət qədər sübutlar olmasına baxmayaraq, istintaq orqanı cinayətin əsl iştirakçısının məsuliyyətə cəlb edilməsinə maraq göstərmir, əksinə, onun məsuliyyətdən kənarda saxlanılmasına çalışırlar. Şikayətimi diqqətlə dinləyən B.İsgədərov araşdırmanın nəzarətə götürüləcəyini bildirdiВ».
Sonda şikayətçi ölkə rəhbərliyindən xahiş edir ki, məsələnin obyektiv araşdırılması üçün dövlət orqanlarına göstərişlər versin: “Çox təəssüf ki, bəzi məmurlar və vəzifəli şəxslər reallığı dərk etmirlər. Qanunun keşiyində dayanmalı olan, lakin vəzifələrindən sui-istifadə edərək qanunları şəxsi maraqları naminə pozmağa vərdiş etmiş şəxslər özlərinin qanun qarşısında cavab verməli olacaqlarını anlamırlar. Bu gün sizin qanunsuzluqlara qarşı qətiyyətli və barışmaz mövqeyinizi, gördüyünüz tədbirlərin nəticələrindən ibrət dərsi götürmürlər.
Hörmətli cənab prezident! Sizdən xahiş edirəm, şikayətimin obyektiv araşdırlması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verəsiniz”.
***
Qeyd edək ki, 2010-cu ildə ölkə başçısının sərəncamı ilə Buzovna qəsəbəsi ərazisində dairəvi yolun çəkilməsi ilə bağlı bəzi həyətyanı sahələr plana düşüb. Dövlət Reyestr Xidmətində “GPS” ölçmələri ilə F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevin adına olan 10 sot torpaq sahəsi də qeydiyyata alınıb. Bundan sonra Xəzər rayon İcra Hakimiyyətinin Buzovna nümayəndəliyində torpaqlara dair pulların vətəndaşlara verilməsi üçün komissiya yaradılıb. Onlar həmin komissiyaya müraciət edib. Komissiyadan onlara 72 min manat pulun ayrıldığı bildirilib. Komissiyanın sədri olan keçmiş qəsəbə sovetinin Kamal adlı işçisi onların sənədlərini 6 ay özündə saxlayıb və sonra da özünə qaytarıb. Sənədləri geri alıb qayıdanda Buzovna bələdiyyəsinin işçisi Mətanət Əkbərova F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevlə rastlaşıb və plana düşən torpağın pulunu almaqda onlara kömək edəcəyini deyərək sənədləri istəyib.
F.Quliyevanın sözlərinə görə, 2011-ci ildən onların sənədləri Mətanət Əkbərovadadır. Aidiyyəti orqanlara şikayət edəndən sonra Mətanət Əkbərova onlara bildirib ki, məhkəməyə müraciət etmək lazımdır. Onlar 13.06.2013-cü il tarixdə məhkəməyə müraicət ediblər. 7 ay məhkəmə davam etdikdən sonra Mətanət Əkbərova bildirib ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyib ki, sənədləri məhkəmədən geri götürsünlər, pullarını ödəyəcək. Beləliklə, məhkəmə işə baxmadan sənədləri geri qaytarıb. F.Quliyevagilin xəbəri olmadan məhkəməyə verilmiş ərizələrdə əlavə dörd nəfərin də adı ortaya çıxıb. Mətanət Əkbərova onlara bildirib ki, “Azəryolservis” belə bir şərt qoyur: alacaqları məbləğin 50 faizi onların, 50 faizi torpaq sahiblərinin olacaq və onun adamı olan Abbasov Sarvan Yusif oğluna pulun alınması üçün etibarnamə vermək lazımdır. Torpaq pulunu almayan 7 nəfərdən 4 nəfəri bu şərtlə razılaşıb, qalan üç nəfər isə razılaşmayıb. F.Quliyevagil Sarvan Abbasova pulların alınması üçün etibarnamə verib. Məhkəmədən sənədlər geri götürüləndə 7 nəfərin sənədlərinə qatılmış tanımadıqları dörd nəfərin də sənədi olub. F.Quliyevagilin torpaqlarının çertyojlarının üzü çıxarılaraq həmin dörd nəfər üçün də təsdiq edilib. Həmin dörd nəfər də Sarvan Abbasova etibarnamə verib. Əslində, Xəzər rayonunda fəaliyyət göstərən 7 saylı Notariat Kontorunun verdiyi həmin etibarnamələr və sənədlər saxta olub.
Onu da əlavə edək ki, A.Quliyevanın yazdığına görə, Mətanət Əkbərova ondan məhkəmə gedən ərəfədə 1000 manat pul da alıb, deyib ki, məhkəmə xərclərinə lazımdır. F.Quliyevagil yenidən şikayət edəndə Mətanət Əkbərova 2014-cü il oktyabrın 3-də, axşam saat 19:00 radələrində onlara gələrək, 30 min manat verib və oktyabrın 5-də də qalan pulu verəcəyini deyib. M.Əkbərova 30 min manatı F.Quliyevaya verəndə qəbz də verib və öz əl xətti ilə yazıb ki, ona 42 min manat borcu qalıb. Və imzası ilə təsdqiləyərək gedib. Lakin o vaxtdan bu günə kimi F.Quliyeva torpaqları üçün ayrılan pulu ala bilmir.
Şikayətdə adı çəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Çarəsiz qalan vətəndaş prezidentdən kömək istədi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru