Azərbaycana qarşı təhdidlərin ünvanları – Prezidentin mesajlarının pərdəarxası
Tarix: 24-09-2024, 19:00 | Çap et
Prezident İlham Əliyev ötən gün yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Azərbaycana qarşı xaricdən gələn təhdidlər haqqında mesajlar verib. Prezident bildirib ki, Ermənistanla olan şərti sərhədlərlə yanaşı, digər qonşu ölkələrlə də sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir.
“Əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar. Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır, daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır. Daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür. Təhdidlər də var - real və potensial. O təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. İctimaiyyət də lazım olan həcmdə bu məsələ ilə tanış olur, məlumatlar verilir. Ancaq bu sahə çox həssas olduğu üçün hesab edirəm Azərbaycan vətəndaşları başa düşürlər ki, bu barədə çox şey danışmaq yersiz və zərərli olar. Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq. Daxili risklər Azərbaycanda yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər”,- deyə Prezident vurğulayıb.
İ.Əliyevin sözlərinə görə, hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz: “Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, siyasətçi Sərdar Cəlaloğlu AYNA-ya müsahibəsində Prezidentin səsləndirdiyi təhdidlərlə bağlı sualları cavablandırıb. Siyasətçi deyib ki, ilk dəfə idi ki, Prezident quru sərhədlərinin bağlı saxlanılmasının səbəbi kimi xaricdən Azərbaycana qarşı olan təhdidləri göstərdi:
- Amma bu təhdidin hansı ölkədən gəldiyini, nə cür təhdid olduğu barədə məlumat vermədi. Dedi ki, xalq özü bilir təhdidlər haradan gəlir. Onu da qeyd etdi ki, təhlükəsizlik orqanları ictimaiyyəti nə qədər verilməsi lazımdırsa, o qədər də məlumatlandırır.
Təbii ki, biz təxmin edirik ki, bu təhdidlər nələrdir, hansı ölkələrdəndir. Əslində Azərbaycana qarşı təhdidlər üç ölkədəndir: Rusiya, İran və Ermənistandan.
- Rusiyadan gələn təhdidlər hansılardır?
- Uzun illərdir ki, Rusiyanın ölkəmizə qarşı təhdidinin bir forması separatizmi dəstəkləmək olub. Bu, bütün rəhbərlərin – istər Əbülfəz Elçibəyin, istər Heydər Əliyevin, istərsə də İlham Əliyevin hakimiyyəti dövründə olub. Rusiya Qarabağdakı erməni separatizmini yaradıb, dəstəkləyib. Eyni zamanda, cənubda “Talış Muğan Respublikası” ideyasını, şimalda isə “Sadval” hərəkatının radikal ideyalarını dəstəkləyib. Bu gün də həmin təhdidlər davam edir, Kremlin həmin siyasəti gündəmdədir.
İkinci təhdid vasitəsi miqrant məsələsidir. Rusiya elan edib ki, bu ölkədə təxminən 238 min qeyri-qanuni azərbaycanlı miqrant var. Elan edilib ki, Rusiya qanunlarını pozan miqrantlar ölkədən çıxarılacaqlar. Təsəvvür edin ki, bir ay içərisində 238 min insan Azərbaycana göndərilir. Bu, ölkədə sosial partlayışa səbəb ola biləcək haldır. Hələ mən onu demirəm ki, sabah Rusiya ölkədəki qanuni miqrantları da çıxara bilər. Burada milyonlardan söhbət gedir.
Daha bir təhdid Rusiyanın Xəzər dənizini hərbiləşdirməsidir. Faktiki olaraq, Rusiya Qara dəniz donanmasını Xəzər dənizinə köçürüb və Xəzərdə hərbi gücünü artırıb. Bu da ciddi təhdidlərdən biridir.
Daha bir təhdid Moskvanın Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə cəhdidir. Məsələn, ABŞ və Böyük Britaniya kəşfiyyat orqanlarının rəhbərləri Bakıya səfər edirlər, ondan bir gün sonra Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyir ki, bu səfərlər Cənubi Qafqaz üçün heç nə vəd etmir. Adama deyərlər, axı sən kimsən ki, bizim ölkəyə kimin səfər etməsinə, kimin səfər etməməsinə münasibət bildirirsən? Daxili siyasətə müdaxiləyə isə cəhd etmir, məhz müdaxilə edir. Söhbət Rusiyaya bağlı olan şəxslərin vəzifələrə gəlişindən, Milli Məclisdə deputat mandatına sahib olmasından gedir.
Başqa bir təhdid Rusiyanın sülh sazişi ilə bağlı Moskvadan Azərbaycana göstərilən təzyiqlərdir. Bu gün ABŞ dəfələrlə çağırış edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi tezliklə imzalansın ki, Cənubi Qafqazdakı müharibə situasiyası aradan qalxsın. Amma Rusiya bunun qəti əleyhinədir və sülhün imzalanmasına imkan vermir. Bu, Azərbaycan üçün ən ciddi xarici təhdidlərdən biridir. Çünki yeni müharibə bizim üçün də, Ermənistan üçün də yaxşı heç nə vəd etmir. Ona görə də hesab edirəm ki, Azərbaycan təcili şəkildə sülh sazişini ən azı razılaşdırılmış məsələlər əsasında çərçivə sazişi kimi imzalamalıdır.
- Və Rusiyanın təhdidləri sırasında dil məsələsi də qeyd edilir...
- Bunu mən dəfələrlə demişəm ki, rus dili məsələsi bizim üçün ən böyük təhlükədir. Baxın, Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda etdiyi çıxışında dedi ki, vaxtilə İrəvan quberniyasında rus dilində təhsilin məqsədi Azərbaycan ərazisində Ermənistan dövləti yaratmaq, Türkiyə və İrandan erməniləri bu əraziyə köçürmək idi. Bunu mən yox, Paşinyan deyir, təsəvvür edirsiniz? İndi sual edirəm: Azərbaycanda rus dilində təhsilə bu qədər diqqət ayrılması nəyin yaradılmasına xidmət edir? Bu, Azərbaycan üçün ən ciddi təhdiddir.
- İrandan gələn təhdidlər nələrdir?
- İranın təhdid vasitələri radikal islamçılardır. Son vaxtlar təhlükəsizlik orqanlarımız bu təhdidlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atıb. Həqiqətən də Azərbaycan dövlətinin əleyhinə addım atanlar, fəaliyyət göstərənlər həbs olunub. Burada “Kərimə dövləti” adı altında dövlətçiliyimizi sarsıda biləcək addım atmaq istəyənlər zərərsizləşdirilib. Amma ola bilsin ki, yenə də bu ideyada olan insanlar qalmaqdadır və inanıram ki, bunun da aradan qaldırılması istiqamətində tədbirlər görülür. Yəni ki, İran bu radikal qruplardan təhdid vasitəsi kimi istifadə edir.
İranın təhdidlərindən biri də narkoticarət məsələsidir. Bu, ciddi problemdir. İran dənizin altı ilə, üstü ilə, quru sərhəddən qaçaqmal yolu ilə narkotiki Azərbaycana keçirir. Dəfələrlə narkotacirlərin yaxalanması istiqamətində insidentlər olub, sərhədçilərimiz şəhid olublar. İran burada iki məqsəd güdür: birincisi, Azərbaycandan narkotikin transziti kimi istifadə edir. Əfqanıstanda, Pakistanda olan narkotik gətirilir Azərbaycana, buradan Gürcüstan vasitəsilə Avropaya ötürülür. İkincisi, İran Azərbaycan vətəndaşlarını narkotiklə məhv etmək məqsədi güdür. Söhbət qramlardan yox, tonlardan gedir. Bu, Azərbaycan xalqının gəncliyini, genefondunu məhv edir.
Daha bir təhdid isə Rusiya kimi, İranın da Xəzəri hərbiləşdirməsidir. İran nəinki Xəzərdə neft yataqları axtarır, həm də hərbi qüvvə saxlayır. Eyni zamanda, İran Rusiya ilə birgə dənizdə hərbi təlim keçir. Bu, təbii ki, Azərbaycana qarşı təhdiddir.
- Nəhayət, Ermənistandan gələn təhdidlər...
- Bəli, təhdidlər Ermənistandan da gəlir. Məlumdur ki, Ermənistan kifayət qədər kiçik bir dövlətdir, bu dövlətin təhdidi terror ola bilər. Necə ki, vaxtilə Bakıda terror aktları həyata keçirdilər, metronu partlatdılar, universitetdə terror törətdilər.Sərhəd yaxşı qorunmasa, Azərbaycanın daxilində sarsıdıcı hadisələr törətmək, qarışıqlıq yaratmaq, insanlarda vahimə yaratmaq üçün erməni terror təşkilatları nələrsə edə bilərlər. İkincisi, sərhəddən erməni kəşfiyyatı keçə, nələrsə etmək istəyər. Üçüncüsü, hazırkı sülh olmayan dövrdə havadarlarının dəstəyi, əldə etdiyi silahlarla açıq toqquşmaya gedə bilərlər.
Ermənistanın əsas təhdidi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı təzyiqlərin təşkilidir. Bu, ciddi məsələdir. Faktiki olaraq ermənilər Azərbaycanı dünyada nüfuzdan salmaq üçün bütün addımları atırlar. Azərbaycan səfirliklərinin başı korrupsiyaya qarışıb, diaspora təşkilatlarının nə iş gördüyü bəlli deyil. Ermənistanın isə diplomatları gecə-gündüz Azərbaycan əleyhinə iş aparırlar.
Nəhayət, Qarabağ məsələsidir. Biz deyirik ki, münaqişə bitib, məsələni həll etmişik. Amma görünən odur ki, belə deyil. Məsələn, Kanadanın Baş naziri deyir ki, guya Azərbaycan Qarabağdan 100 min ermənini zorla çıxarıb, “soyqırımı” edib və s. Eyni zamanda, az qala hər gün bir amerikalı konqresmen bu məsələ haqqında ermənilərdən yana bəyanat verir, Azərbaycana qarşı sanksiyaya çağırır. Məsələ burasındadır ki, dediyim kimi, Azərbaycan diplomatları, diaspora nümayəndələri xarici ölkələrdə işləyə bilmirlər. Çünki heç kim dövləti düşünmür, bu adamlar ancaq pul qazanmaq, oğurlamaq, dağıtmaq haqqında düşünür. Nəyə görə Kanadanın naziri Azərbaycan haqqında belə bəyanat verməlidir. Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi hara baxır, nə işlə məşğul olurlar? Xarici dövlətlərdə ermənilər gedib hökumət rəhbərlərini yalanları ilə yoldan çıxaracaqsa, Azərbaycan əleyhinə bəyanatlara nail olacaqsa, o zaman bizim diplomatlarımız, diasporamız nəyə lazımdır? Qohumluq əlaqələrinə görə, tanışlıq əsasında adamları vəzifələrə qoyanda və onlara nəzarət etməyəndə vəziyyət bu həddə gəlir. Beləliklə, haqlı olduğumuz yerdə haqsız vəziyyətə düşürük.
- Bu təhdidlərin qarşısı necə alınmalıdır?
- Təbii ki, hüquq-mühafizə orqanlarının güclü fəaliyyəti öz yerində. Dövlətin güc strukturları təhdidləri dəf etməyə hər zaman hazır olmalıdırlar. Eyni zamanda, düzgün daxili və xarici siyasət aparmaqla bu təhdidləri zərərsizləşdirmək mümkündür. Xalqa yönəlik siyasət aparılmalıdır. Düzgün, şəffaf seçkilər keçirilməlidir, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə şərait yaradılmalıdır. “Xalq diplomatiyası”nın qarşısındakı maneələr götürülməlidir. Siyasi partiya nümayəndələri, QHT nümayəndələri xarici ölkələrə getməlidirlər, orada görüşlər keçirməlidirlər, təbliğat aparmalıdırlar. Yoxsa bizim üçün vəziyyət çətin olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” - Reuters
Bu gün, 13:00 |
|
|
|
• Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi - "...peşəkar hesab etmirəm"
Bu gün, 12:53 |
|
|
|
• Seçildikdən sonra hədəfə çevrildik... – İlham Əliyev
Bu gün, 12:51 |
|
|
|
• "`City Net` bezdirib məni...." - GİLEY
Bu gün, 12:48 |
|
|
|
• Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... BUDURMU?
Bu gün, 12:34 |
|
|
|
• Bu, bizim ölkəyə hörmət əlamətidir – İlham Əliyev
Bu gün, 12:26 |
|
|
|
• Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi - İLGİNC FAKTLAR...
Bu gün, 12:15 |
|
|
|
• Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə - YEKUN VURDU
Bu gün, 12:15 |
|
|
|
• Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:12 |
|
|
|
• Bir ipdə iki kəndirbaz: - Tramp və Maskın arası dəyəcəkmi?
Bu gün, 11:58 |
|
|
|
• Azərbaycan COP29-da bunu nümayiş etdirir - ABŞ səfiri
Bu gün, 11:55 |
|
|
|
• Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı - FAKT BUDUR!
Bu gün, 11:51 |
|
|
|
• İsmayıllıda yolların təmiri 1 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 11:44 |
|
|
|
• Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək - MƏQALƏ
Bu gün, 11:41 |
|
|
|
• 105 ildən sonra bütün dünya Bakıdadır - VİDEO
Bu gün, 11:32 |
|
|
|
• Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti - BU NƏDİ BELƏ?..
Bu gün, 11:16 |
|
|
|
• İcra başçısı polkovnik-leytenant Elçin Məmmədovun anasının dəfn mərasimində iştirak edib - FOTO
Bu gün, 11:12 |
|
|
|
• “Tramp Kremlə “sürpriz” edə bilər” - Qallyamov
Bu gün, 11:03 |
|
|
|
• Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 10:59 |
|
|
|
• Dövlət qurumu abadlıq və təmir işlərinə yarım milyon manat - XƏRCLƏYƏCƏK
Bu gün, 10:57 |
|
|
|
• Pensiyalar gecikdirilir? - Nazirdən AÇIQLAMA
Bu gün, 10:51 |
|
|
|
• “İri kampuslu universitetlər yaradılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:40 |
|
|
|
• 'Sifariş veririk, İrandan mal gətirirlər... bunu da monopoliyaya alıblar' - Astarada sahibkardan ETİRAZ
Bu gün, 10:37 |
|
|
|
• Sahil Babayev "veteran pulu"nun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:35 |
|
|
|
• Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var - Eldar Əzizov
Bu gün, 10:17 |
|
|
|
• "Əgər bu vəzifə ümumiyyətlə tədbiq olunmursa..." - NARAZILIQ VAR...
Bu gün, 10:16 |
|
|
|
• Qretanın QƏLƏTİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:06 |
|
|
|
• Ermənistanda qorxu başladı: Tramp “südü kəsəcək”! - KİV
Bu gün, 09:56 |
|
|
|
• Dövlət Məşğulluq Ağentliyi BELƏ İŞLƏYİR... - "80 manata alıb 300 manata qol çəkdirirlər..."
Bu gün, 09:55 |
|
|
|
• Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz - MƏQALƏ
Bu gün, 09:47 |
|
|
|
• "Burada biz yenə ucuz xarakterli, bir qədər populist elementləri görürük" - PA rəsmisi
Bu gün, 09:45 |
|
|
|
• Yeni vəzifəyə təyin olunsa da... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 09:43 |
|
|
|
• Şəhid ailələri ondan NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 09:28 |
|
|
|
• Ermənilərin COP29-a qatılmayacağı QƏTİLƏŞDİ - AÇIQLAMA
Bu gün, 09:16 |
|
|
|
• Gəncədə şübhəli "Yaşıl şəhər” layihəsi - ARAŞDIRMA
Bu gün, 09:14 |
|
|
|
• "Bu kimi beynəlxalq tədbirləri boykot etmək faktiki zəifliyin və böhranın içərisində olmağın bariz sübutudur" - REAKSİYA
Bu gün, 09:00 |
|
|
|
• Sahil Babayevə YÜKSƏK ETİMAD... - İDDİA
Bu gün, 08:58 |
|
|
|
• AŞPA ilə konstruktiv əməkdaşlığa həmişə hazırıq - Səməd Seyidov
Bu gün, 08:52 |
|
|
|
• Şanlı Qələbəmiz bizim tarixi nailiyyətimiz və tarixi zəfərimizdir - Israfil Kərimovun yazısı
Bu gün, 08:39 |
|
|
|
• Ermənistan COP29-a gələcəkmi? - GƏLİŞMƏ
Bu gün, 07:26 |
|
|
|
• "Belələrindən biri utanmadan deyir ki, o hansısa xarici nəşrdə ..." - deputat
Bu gün, 07:17 |
|
|
|
• Azərbaycanda Konstitusiya Günüdür
Bu gün, 07:01 |
|
|
|
• Bazar ətrafındakı obyektləri sökdülər, BƏS SONRA? - ŞƏRH
Bu gün, 06:59 |
|
|
|
• Üçtərəfli razılaşmanın “sağ qalan” yeganə maddəsi də artıq işə yaramır... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52 |
|
|
|
• “Dünyanın kansleri”nin sülh planı və ya “Ukrayna kartı”ndan istifadə - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• "Sübut etmək TSEK-nın borcudur, AMMA..." - GİLEY
Bu gün, 06:48 |
|
|
|
• Qiyabi təhsil ləğv olunur? - AKTUAL
Bu gün, 06:41 |
|
|
|
• Ermənistan Ukraynanın taleyindən dərs götürməliydi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:39 |
|
|
|
|