"Bu gün "m10"dan LeoBank kartıma 24 manat pul göndərmişəm, amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında Vahid Mürsəliyev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Amma pul karta gəlməyib. "M10"ay şikayət olundu, deyirlər ki, icra etmişik. Banka şikayət olundu, deyirlər ki, çətinlik olub biz tərəfdən... İndi isə o bunun üstünə atır, bu da onun üstünə...
Onu bilirəm ki, bu LEO çox mənasız bankdır..."









