"Dünən 14:34 de 6 gb-lik internet paketi aktivləşdirdim. 50 dəqiqə sonra mesaj gəldi ki, internetiniz bitdi. 50 dəqiqə ərzində maşın sürdüyüm üçün heç bir tətbiqə daxil olmadım. Cəmi 5 dəqiqə "youtube music"də 1 mahnıya qulaq asdım. "Azercell"ə zəng etdim, boş-boş nağıl danışdılar.
Operator xanıma bildirirəm ki, siz bir vətəndaş olaraq 6 gb interneti 10dəqiqəyə necə bitirə bilərsiniz? Təbii ki cavab verə bilmir. Bu gün ölkədə internetdə problemlər var idi, yəqin ki ölkənin bütün qurumları mənim internetimdən istifadə edib ki, 6 gb 10 dəqiqəyə bitib? Yaxud İlon Mask peyklərini mənim internetimdən istifadə edərək göyə göndərib?
Bu ölkədə niyə bütün operatorlar oğrudur?! Niyə bunlara bir çarə tapan yoxdur? Fikirləşirəm nömrəmi daşındırım digər operatorlara..."








