"Görün, bu "Azercell" şirkəti nə qədər qudurub! 13 yanvardan etibarən kredit kontur götürmək üçün qoyulan vəsaiti yenə qaldırıblar. Onsuz da balansı olmayan, məcbur qalıb kredit götürən müştərinin cibinə bir də əlavə “xidmət haqqı” salıblar. Adamın pulu yoxdur deyə kredit alır, amma indi kreditin də kreditini çıxırlar. Bu nə məntiqdir, nə də ədalət..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştərikyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "1 manat kredit götürürsən, üstündən əlavə pul tutulur. 2 manat götürürsən, yenə əlavə haqq. Hər sorğuya görə də ayrıca pul çıxırlar. Bu artıq xidmət deyil, açıq-aşkar soyğundur. Adını nə qoyursunuz qoyun — bu, müştəriyə hörmətsizlikdir. İnsanları məcbur vəziyyətdə yaxalayıb cibinə girmək nə vaxtdan normal sayılır?
İllərlə bu şirkətə pul tökmüşük, amma nəticə nədir? Bahalaşma, gizli tutmalar, əsassız xidmət haqları. Heç bir xəbərdarlıq, heç bir normal izah da yoxdur. Müştəri susduqca bunlar daha da azğınlaşır. Bu cür özbaşınalıqla hara qədər gedəcəksiniz?
Artıq camaat bezib. Kredit kontur da pullu, tariflər də baha, xidmət isə yerində sayır. Belə “xidmət” olmaz. Müştəriyə bu cür yanaşmaq ayıbdır. İnsanların səbrini sınağa çəkməyin!"









