İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT iclası üçün Nyu-Yorka səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Pezeşkianın siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin açıqlamasına görə, dövlət başçısı çərşənbə axşamı Nyu-Yorka yola düşəcək.
O, çərşənbə günü səhər BMT Baş Assambleyasında çıxış edəcək.
Səfər çərçivəsində müxtəlif ölkələrin liderləri və BMT-nin Baş katibi ilə görüşlər keçirəcək, həmçinin beyin mərkəzləri, assosiasiyalar və ABŞ-da yaşayan iranlılarla bir araya gələcək.