“Xalq Bank”dan “Xalqkart” oyunbazlığı... - BU NƏDİ BELƏ?..
"Kampaniya çərçivəsində, 31 oktyabra qədər “Xalqkart” plastik kartlarının pulsuz təqdim ediləcəyini, sosial şəbəkə hesablarından elan etmiş, lakin dediyini etməmişdir". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalə müəllifi daha sonra bildirilir: "Belə ki, oktyabrın 31-i tarixində linkə daxil olaraq, müvafiq blankları doldurub, sifarişi təsdiqləməyə çalışanlar, kartın ÖDƏNİŞLİ (!) olduğunu görmüşlər!
Başqa sözlə, qosqoca bank, vədinə sadiq qalmamış, kampaniyanı vaxtından tez bitirmiş və hətta, bununla bağlı rəsmi açıqlama belə, verməyə ehtiyac duymamışdır!
Sifarişi ləğv olunan və etiraz edən müştərilərə isə bank, “limit bitibdir”, "qərar belədir" deyə absurd "izahlar" vermişdir.
Bu isə, aşkar şəkildə müştəri və vətəndaş haqlarının pozulması, bankın saxtakarlıq etməsi anlamına gəlir. Çünki, bu, ən azından, sifariş prosesinə və blankın doldurulmasına dəqiqlərcə vaxt və enerji ayıran insanlara hörmətsizlikdir!"