Ermənistanın paytaxtı İrəvanın Malatiya-Sebastiya rayonunda 44 günlük müharibə zamanı oğurlanan silah-sursatların bir qismi tapılıb.
Teleqraf.com xəbər verir.
Qeyd edilir ki, erməni polisi su kəməri yaxınlığında 1,5 km radiusda çoxlu sayda silah-sursatlar aşkarlayıblar.
Məlumata görə, 9 ədəd tapança, 9 tüfəng, 1 ədəd avtomat, 1 086 müxtəlif çaplı güllə, 21 qumbara, 11 partlayıcı maddə, habelə digər silah-sursat aşkarlanıb.