"Şikayətim "Azərcell"dəndi..." "DİA-AZ" xəbər verir ki, bu barədə Aqil Quliyev adlı sosial şəbəkə istifadəçisi özünün sosial hesabında paylaşım edərək gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Deməli, bir neçə ay əvvəl nömrə daşınması etmək istədim, amma zəng vurdular ki, sizə daha sərf eləyən şərtlər təklif edəcəyik. Həqiqətən, təklifləri sərf elədi və qəbul etdim.
Keçən ay sms ilə daha da sərf eləyən təklif göndərdilər. İlk mesajda tarifin növbəti aylarda qiymətinin 60 manat olacağı barədə məlumat qeyd olunmamışdı və mən də qəbul etdim. Paket aktiv olunandan sonra gələn smsdə sonda qeyd olunub ki 60 manat olacaq növbəti aylarda.
Bu nə dərəcə düzgündür? Mən əvvəlki sərf edən paketimdə ləğv olundu və məcbur ya 60 manat ödəməliyəm yada digər sərf eləməyən paketlərə keçməliyəm. 60 manat məsələsi təbiiki ilk sms-də göndərilsə idi, mən qəbul etməyəcəkdim. Müştəriləri aldatmaq sayılır bu məsələ..."








