"Azercell-dən haqsızlıq!" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Orxan Əhmədov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Aylıq tarifin vaxtı bitib deyə, ayrıca aldığım internet paketini də bloklayıblar!
Halbuki onu ayrı ödəmişəm, müddəti də ayrıca göstərilir və istifadə haqqım var.
Bu, istehlakçı hüquqlarının açıq pozulmasıdır! Belə yanaşma qəbuledilməz!"








