" "Leobank" kredit kartımdan pul çıxılır ard-arda. Guya "Tiktok" və "Amazon"da abunəliyim var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Halbuki heç bir abunəliyim yoxdur. Kartdan pul çıxanda 3DS kodu da gəlmir. Kiminsə başına gəlib belə bir hadisə?
Bank deyir xəbərimiz yoxdur. Kart məlumatların oğurlanıb..."








