Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                 

“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Tarix: 22-01-2025, 07:27 | Çap et
“AzeBirja“da vətəndaşların milyonları itirildi
Bir müddət öncə evində ölü tapılan iş adamı Ali Akşunun şirkəti "AzeBirja"da onlarla insanın yüksək miqdarda pulu batıb.

Bu barədə OLAY-a şikayət daxil olub. Məsələdə sözügedən MMC-ni reklam edən blogerlər Şərqiyyə və Alim Qafarlı cütlüyünün adı xüsusi qeyd olunub. İddia olunur ki, "Sharg.All" kimi tanınan blogerlər sosial şəbəkə hesablarında iki ildir ki, bu şirkəti reklam edərək insanları yatırım etməyə təşviq ediblər.

Hətta hazırda vəziyyət elə həddə çatıb ki, zərərçəkənlər pullarının dərdini bir kənara qoyub, həmin cütlüyün cəzalandırılmasını tələb edir.

Gəlin, məsələnin əvvəlinə qayıdaq. "Aze Bilişim Finance" MMC adlı şirkət 2022-ci ilin iyulunda fəaliyyətə başlayır. İlk vaxtlarda şirkətin instaqramda təxmini 200 izləyicisi olsa da, sözügedən cütlüyün reklamından sonra daha geniş kütləyə çatır.

Zərərçəkənlərdən biri olan Ayşən Mamedova OLAY-a danışaraq bildirib ki, ötən iki il ərzində Şərqiyyə və Alim sözügedən şirkətdə heç bir saxtakarlıq olmadığını deyərək təbliğata davam edib:

"Onlara yazanları həmin şirkətə yönləndirirdilər. Yüksək yatırım edənləri şəxsən özlərinin qəbul edəcəyini deyirdilər. Öz sosial media güclərindən istifadə edib insanları təşviq etdilər. Əlbəttə heç kimi zorla aparmayıblar, hər kəs özü investor olub, lakin bir çoxumuz onların səmimiyyətinə, gənc ailə olmasına inanıb əlimizdəki qazancı ora qoyduq. Həddən artıq çox pul qoyanlar var. 170 000, 200 000, 300 000 manatlıq yatırımlar mövcuddur. Hətta intihar həddinə çatanlar var. Bu proses zamanı iki hamilə qadın övladını itirdi. Onların araşdırmadan etdikləri reklam nəticəsində bu hadisələr baş verdi. Daha sonra bu şirkət pulları verməməyə başladı. Mənim pulum da batdı. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin verdiyi məlumata görə, 1200-dən çox investor var. Burada 15-20 milyon puldan söhbət gedir ki, ortada itdi, yandı. Ötən ilin 24 oktyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi "AzeBirja" şirkətinin bütün işçilərini apardı. Halbuki Ali Akşun 24 oktyabrdan sonra pulları qaytaracağına dair söz vermişdi. Şəxsən mənə oktyabrın 29-u pulumu verəcəyini demişdi. Korrupsiya gəldi, 24-ü şirkəti bağladı. Sonra araşdırıldı, Ali Akşun dedi ki, hesab blokdadı, mənə vaxt verin, 45 gün ərzində bütün zərərçəkənlərin pulunu qaytaracam. Biz də gözlədik, sonra xəbər gəldi ki, hesab açılıb və pullar verilməyə başlayacaq. Dedilər ki, 15 dekabrdan etibarən pulları gəlib götürəcəksiniz. Nə təsadüfdürsə, 15 dekabrda şirkətin rəhbəri evində ölü tapıldı. Məlum deyil ki, öldürüldü, intihar etdi, ya intihara təşviq edildi. Nəticədə evində ölü tapıldı. Həmin gün bu blogerlər də orada idi, hətta zərərçəkənlərə xəsarət yetirdilər, iş polisə getdi Bu gün əsas şikayətimiz bu şəxslərdəndir ki, öz prestijlərindən istifadə edərək insanları belə təhlükəli şirkətə yatırım etməyə təşviq etdi".

Zərərçəkənin sözlərinə görə, şirkət 2024-cü ilin mayından etibarən ödənişləri etməyib:

"Alim və Şərqiyyə cütlüyü avqustda bir paket paylaşdılar ki, 42 faizlik qazanc əldə edilir. İnsanlar hər şeyini o 42 faizlik qazanc olacağını dedikləri paketə qoşularaq şirkətə qoydu. Sən demə, iflas ediblərmiş, Ali Akşun pulları batırıb, heç kim bilmir. Alim Qafarlı şirkətin maliyyə problemini bilə-bilə insanları pul köçürməyə təşviq edib piramida yaratdılar. Şirkətin əvvəli necəydi, nə sistemdəydi bilinmir, deyilənə görə piramida deyilmiş. Lakin müflişləşdikdən sonra Alim və Şərqiyyə Qafarlı reklam edərək piramidaya çevirdilər. Hər kəs qazanc fikri ilə pullarını ora köçürdü. Şirkət o yatırımlardan cüzi hissəni əvvəlki investorlara köçürməyə başlayır. Bu da 200 manatlıq məbləğ idi. Şəxsən mən bütün pulumu çıxarmaq istəyəndə 200 manat olmaqla iki dəfə məxaric verdilər. Lakin bütün pulum orada batdı. Ali Akşun öldüyü üçün deyirlər ki, rəhbər ölüb, heç kimdən pul ala bilməzsiniz. Elə bir vəziyyətdəyik ki, şirkət batdığı üçün pulu da ala bilmirik. Sadəcə tək istəyimiz bu işdə əli olanlar cəzalandırılsın, haqq yerini tapsın ki, blogerlər də nəyi reklam etdiklərinə diqqət etsinlər".

İddiaya görə, bu, mərhum Ali Akşunun ilk əməli deyil. Zərərçəkənin sözlərinə görə, şirkətin rəhbəri eyni tərzdə şirkəti Türkiyədə açır və 4 aylıq fəaliyyətdən sonra pulları götürüb Azərbaycana qaçır:

"Şərqiyyə və Alim cütlüyü saxtakar birinin reklamını etmiş olur ki, bu adam Türkiyədə işlərini böyüdə bilmir. Azərbaycan daha kiçik ölkədir, blogerlər tanınır deyə, hamı onlara güvənib pul yatırımı edir. Hadisə baş verdikdən sonra zərəçəkənlər Şərqiyyə Alim cütlüyünə yazır. Hamısına aqressiv cavab verirlər, bəzi skrinlər də var. Deyirlər, şirkətə niyə inanırdın, mənə inanardın, pulunu mənə verib, məndən tələb edərdin. Kobud və aqressiv şəkildə cavab verirlər. Özlərinin də zərərçəkən olduğunu deyirlər. Lakin eyni vəziyyətdə olsalar, bizim yanımızda olmalıdırlar, anlamalıdırlar ki, biz də zərərçəkənik. Şəxsən mənim orada qalan pulum 2950 manatdır. Amma daha çox yatırım edənlər var, 15-20 milyonluq məbləğ batıb".

Zərərçəkən bildirir ki, məsələ ilə bağlı polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.

Şikayətçilər tərəfindən təqdim olunan skrinlərdə və videolarda cütlüyün şirkəti davamlı olaraq reklam etdiklərini, insanları güvənilir olduğuna razı saldıqlarını görmək mümkündür. "AzeBirja"nın mərhum rəhbəri Ali Akşunla cütlüyün dostluq əlaqələri də iki ildə genişlənib. Məsələn, TikTok canlı yayımınında cütlüyə bahalı hədiyyələr göndərməsi ilə bağlı görüntülər, blogerlərin hər paylaşımlarında şirkəti işarə etməsinə dair sübutlar var. Gənc ailə yeni aldıqları maşınla bağlı videoda da "AzeBirja"nı işarələyib "Daha böyük uğurlara birlikdə" şərhini yazıblar.

Şirkətin iflasından sonra isə paylaşımdakı həmin hissəni siliblər. İlk vaxtlarda özlərinin də 20 min manata qədər pul köçürdüklərini və ordan 100-lərlə manat qazandıqlarını söyləyiblər. Onlar bir müddət sonra həm investor, həm də şirkətin işçisi olduqlarını qeyd edərək izləyiciləri daha da rahatlaşdırıblar.

Ali Akşunun ölümündən 3 gün sonra isə cütlük açıqlama yayıb:

"Son zamanlarda fəaliyyəti ilə bağlı müəyyən problemlər yaşanan Azebirja şirkəti haqda bəzi məsələlərə aydınlıq gətirmək istəyirik. İndiyədək susmağımızın səbəbi Azebirja şirkətinin rəhbəri Ali Akşuna olan güvənimiz idi. Bir çoxunuzun bildiyi kimi Ali Akşun 15.12.2024 tarixində dünyasını dəyişib. Şəxsən bizim və bir çox digər müştərilərin şikayət və gözləntiləri Ali Akşundan olduğu üçün kütləvi açıqlama vermirdik. Və bu gündən etibarən bizə qarşı olan haqsız qaralama, suçlama və təhdidlərə qarşı susmayacağıq. Sosial mediadakı aktiv fəaliyyətimizdən dolayı 2022-ci ildə şirkətin reklam işləri üzrə öhdəlik daşıyan 3-cü şəxs (N.Z) tərəfindən bizə müraciət olunub. Bunun ardınca rəhbər Ali Akşun və şirkətin fəaliyyətini təsdiqləyən sənədlərlə tanış olduqdan sonra həm reklam təklifini qəbul etmiş, həm də şirkətə borc verənlərdən biri olmuşuq. 2022-ci ildən bəri şirkətin müştərilərə fəaliyyəti ilə bağlı hər hansı problem yaşanmamışdır.

2024-cü il yay aylarından ödənişin gecikmə problemləri yaşandığı üçün reklam fəaliyyətimizi dayandırmış, bundan sonrakı paylaşımlarımızın məzmunu yalnız müştərilərin istəyinə əsasən olmuşdur: müştərilərin istəyi ilə şirkətdə görüş günü təyin edilmiş, problemin səbəbi ilə bağlı şirkət rəhbərliyi və əməkdaşları tərəfindən müştərilər məlumatlandırılmışdır. 24.10.2024 tarixindən şirkətin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sənədlər araşdırılmağa başlanmışdır. Şəxsən biz də fəaliyyətimizi sübut edən sənədləri təqdim etmişik. Hüquq qarşısında hər zaman cavab verməyə hazırıq. Bu ərəfədə şirkətin fəaliyyəti ilə bağlı hər hansı qeyri-rəsmilik açıqlanmamış, Ali Akşuna problemi həll etməsi üçün möhlət verilmişdir. Azebirja ilə bağlı fəaliyyətimiz yalnız reklam işi üzrə olub. Hazırda Ali Akşun dünyasını dəyişdiyi üçün kütlə tərəfindən təhdid və təhqirlərə məruz qalırıq. Adımıza və iş həyatımıza qarşı qaralama kampaniyası başladılıb. Bütün bunları təsdiq edən sübutlar var. Bunlarla yanaşı həm öz yaşayış ünvanımız, həm də valideynlərimizin yaşayış ünvanını aşkar edib hədə-qorxu gəlirlər. Hazırda Qafarlı Şərqiyyə zərərçəkən olduğunu iddia edən şəxs tərəfindən aldığı xəsarətdən dolayı sağlamlığı ilə bağlı problem yaşayır. Bu zaman çərçivəsində həm maddi, həm mənəvi zərərçəkənlərdən olduq. Biz dövlət orqanlarımızın araşdırmasına güvənərək Ali Akşun tərəfindən problemin aradan qalxması ilə şirkətin fəaliyyətini bərpa etməsini gözlədikcə və səbrli olub, insanları anlayaraq çıxış yolu axtarmağa çalışdıqca bizə qarşı olunan şiddət artmağa davam edirdi. Amma artıq bunun qarşısının rəsmi formada alınması üçün lazım olan bütün hüquqi addımları atdığımızdan əmin ola bilərsiz. Bu işdə əli olan hər kəs məsuliyyət daşıyır. Kimliyindən asılı olmayaraq hüquq qarşısında cavab verəcəksiniz".

“AzeBirja“da vətəndaşların milyonları itirildi
“AzeBirja“da vətəndaşların milyonları itirildi
“AzeBirja“da vətəndaşların milyonları itirildi
“AzeBirja“da vətəndaşların milyonları itirildi
“AzeBirja“da vətəndaşların milyonları itirildi
“AzeBirja“da vətəndaşların milyonları itirildi
“AzeBirja“da vətəndaşların milyonları itirildi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru