Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                 

Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 05:38 | Çap et

Son dövrlərdə qlobal siyasi və iqtisadi mühitdə müşahidə olunan sürətli dəyişikliklər dövlətlər arasında əməkdaşlıq formatlarını da yenidən formalaşdırır. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və geosiyasi sabitlik məsələləri ölkələrin xarici siyasətində prioritet istiqamətlərə çevrilib. Belə bir şəraitdə Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan, müxtəlif maraqların kəsişdiyi mühüm strateji mərkəz kimi diqqət mərkəzinə yüksəlir. Artan beynəlxalq maraq isə özünü yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsində aydın şəkildə göstərir.

Bildiyimiz kimi, son günlərdə Latviya Prezidenti, Ukrayna Prezidenti və Çex Respublikasının Baş nazirinin ard-arda Azərbaycana səfərini müşahidə edirik.

Bəs Avropa liderlərinin Azərbaycana səfərlərini necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, dünyada beynəlxalq münasibətlərin siyasi paradiqması ilə yanaşı, iqtisadi münasibətlər sistemi də ciddi dəyişikliyə uğrayır:

"Bu iqtisadi dəyişikliklər, öz növbəsində, siyasi proseslərə yeni və güclü bir impuls verir. Belə bir mürəkkəb dövrdə Azərbaycanın vaxtında həyata keçirdiyi mühüm layihələrin strateji əhəmiyyəti daha qabarıq görünür. Rəsmi Bakı həm öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etməyi, həm də ölkənin geostrateji mövqeyini qlobal kommunikasiya xətlərinin kəsişdiyi mühüm tranzit qovşağına çevirməyi bacarıb. Azərbaycanın reallaşdırdığı enerji və dəmir yolu infrastrukturu layihələri, qlobal siyasi-iqtisadi böhranlar fonunda ölkəmizin rolunu yalnız regional deyil, həm də dünya miqyasında əvəzolunmaz edir. Son dövrlərdə Avropa liderlərinin, Avropa İttifaqı Şurasının Prezidenti Koştanın, Ukrayna və Çexiya prezidentlərinin ölkəmizə ardıcıl səfərləri məhz bu artan marağın əyani göstəricisidir".

Millət vəkili əlavə etdi ki, bu marağın əsasında yeni iqtisadi münasibətləri şərtləndirən kommunikasiya imkanları dayanır.

"Bu marşrutlar yalnız Azərbaycanla məhdudlaşmır, Orta Asiyadan Cənub-Şərqi Asiyaya qədər uzanan geniş bir coğrafiyanı əhatə edir. Ukrayna Prezidentinin səfəri zamanı enerji təhlükəsizliyi, hərbi sənaye sahəsində birgə istehsal və regional sülh kimi aktual mövzular müzakirə olundu. Hətta Ukrayna tərəfinin Rusiya-Ukrayna-ABŞ danışıqlarının Azərbaycanda keçirilməsi ideyasını səsləndirməsi ölkəmizin beynəlxalq nüfuzunun təsdiqidir. Bənzər gündəmlə Azərbaycana gələn Çexiya Prezidentinin buradan Orta Asiyaya yollanması da təsadüfi deyil. Bu, Avropa ölkələrinin Orta Asiya ilə əməkdaşlıq qurmaq üçün Azərbaycanın yaratdığı kommunikasiya və logistik imkanları əsas çıxış yolu kimi gördüyünü sübut edir. Nəticə etibarilə, yaranmış yeni reallıqda Azərbaycan Orta Asiyanın Avropaya açılan qapısıdır. Bu vəziyyət Azərbaycanın həm beynəlxalq diplomatiya mərkəzi, həm də qlobal kommunikasiya qovşağı kimi oynadığı mühüm strateji rolu bir daha təsdiqləyir", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.

Deputat Tural Gəncəliyev isə bildirdi ki, son zamanlar Azərbaycan diplomatik aktivliyin müşahidə olunduğu mühüm bir coğrafiyaya çevrilib.

"Əvvəlcə Latviya Prezidentinin, daha sonra Ukrayna Prezidentinin və ardınca Çexiyanın Baş nazirinin səfərləri Azərbaycana olan marağın yüksək səviyyədə olduğunu göstərir. Bu, ölkəmizin xüsusilə Avropa qitəsi dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini və güclü oyunçu kimi tanındığını təsdiqləyir. Aydın məsələdir ki, Latviya və Çexiya həm NATO-nun, həm də Avropa İttifaqının üzvləridir. Ukrayna da Avropa ölkəsidir və hətta yayılan məlumatlara görə, Avropa İttifaqına üzv digər ölkə İtaliyanın Baş nazirinin də Azərbaycana səfəri mümkündür".

Onun sözlərinə görə, Azərbaycana edilən səfərlər Azərbaycanın, xüsusilə hazırkı mürəkkəb və qeyri-müəyyən geosiyasi şəraitdə, Avropa üçün güclü tərəfdaş, enerji təhlükəsizliyində mühüm rol oynayan və nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən strateji mərkəz kimi qəbul edildiyini göstərir:

"Latviya Prezidentinin səfəri Baltikyanı ölkələrin Cənubi Qafqaz regionuna marağını bir daha ortaya qoyur. Baltik dənizi ətrafındakı geosiyasi vəziyyət və artan təhlükələr fonunda bu ölkələr Azərbaycanla əməkdaşlığı genişləndirmək, münasibətləri dərinləşdirmək və siyasətlərini şaxələndirmək niyyətindədirlər. Məlum olduğu kimi, Latviya Prezidentinin səfəri çərçivəsində enerji və biznes forumu keçirilib, iqtisadi-ticari dövriyyənin artırılması və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub".

Müsahibimiz əlavə etdi ki, Ukrayna, Çexiya dövlət və hökumət başçılarının Qəbələyə səfəri də diqqət çəkən məqamlardandır:

"Bu, Qəbələnin diplomatik mərkəz kimi formalaşdığını və mühüm görüşlərin keçirildiyi şəhərlərdən birinə çevrildiyini göstərir. Ukrayna Prezidentinin Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra ilk dəfə Azərbaycana səfəri ölkəmizə olan etimadın göstəricisidir. Azərbaycanla Ukrayna arasında yalnız siyasi və iqtisadi deyil, həm də humanitar əlaqələr yüksək səviyyədə inkişaf edir. Azərbaycanın Ukraynanın çətin dövründə göstərdiyi enerji və humanitar dəstək, o cümlədən yanacaq və elektrik avadanlıqlarının göndərilməsi Ukrayna tərəfindən yüksək qiymətləndirilir.

Çexiyanın Baş nazirinin səfəri də xüsusi əhəmiyyət daşıyır. Çexiya Mərkəzi və Şərqi Avropanın önəmli ölkələrindən biri olmaqla yanaşı, son illər daha praqmatik siyasət yürütməyə başlayıb və bu siyasətdə Azərbaycan mühüm yer tutur. İki ölkə arasındakı münasibətlər müstəqillik dövründən mövcuddur və bəzi mərhələlərdə potensial tam istifadə olunmasa da, əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. 2024-cü ildə Çexiyanın Azərbaycanın ikinci ən böyük neft idxalçısı olması və ticarət dövriyyəsinin 1 milyard avronu keçməsi bu əməkdaşlığın real nəticəsidir.

Beləliklə, həm Latviya, həm Çexiya üçün Avropa İttifaqı ilə münasibətlərdə daha müstəqil davranmaq və enerji təhlükəsizliyini təmin etmək baxımından Azərbaycanla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Ukrayna da Azərbaycanla dostluq münasibətlərini qorumağa və inkişaf etdirməyə çalışır. Azərbaycan isə bütün bu ölkələrlə münasibətlərini ikitərəfli əsasda qurur və bu əməkdaşlıq heç vaxt üçüncü tərəflərə qarşı yönəlmir".

Millət vəkilinin fikrincə, Azərbaycanın gücü onun praqmatik və konstruktiv siyasətindədir:

"Bu gün ölkəmiz həm Ukrayna, həm Rusiya, həm NATO üzvü dövlətlər, həm də İranla balanslı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər saxlayır. Azərbaycan artıq müxtəlif maraqların toqquşduğu tərəflərin bir araya gələ bildiyi əməkdaşlıq platformasına çevrilib. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Azərbaycanın bu konstruktiv mövqeyini nəzərə alaraq gələcəkdə Rusiya və Ukrayna arasında mümkün danışıqlarda Azərbaycanın vasitəçi rolunu oynaya biləcəyini qeyd etmişdi. Bu baxımdan, yaxın gələcəkdə digər ölkələrin də dövlət və hökumət başçılarının Azərbaycana səfərlərinin artacağı və diplomatik fəallığın daha da intensivləşəcəyi gözlənilir", - deyə Tural Gəncəliyev vurğuladı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru