İqtisadiyyat.az xəbər verir ki, sözügedən vəzifəyə müvafiq əmrlə Atabəy Quliyev təyinat alıb.
O, bu təyinatdan əvvəl kompleksdə Təhsilin inkişafı üzrə məktəb direktorunun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi bu günlərdə Xankəndi şəhərində yeni filialının açılışını elan edib. Xankəndi filialında 2026-2027-ci tədris ili üçün məktəbəqədər və ibtidai bölmələr üzrə şagird qəbulu açıqdır.









