"Son Parlament seçkilərində Keşlədən imza toplamaq çox çətin idi, sakinlərin bir çoxu uşaqları qapıdan qovurdular ki, bizə seçki-zad lazım deyil, imza vermirik..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Seçki lazım olmayanda, bu institut işləməyəndə gec-tez kanalizasiya suyu boğaza qədər çıxır, hər yeri üfunətli qoxu bürüyür.
Başqa cür olmur, ola da bilməz..."








