Aramsız yağan yağışlar Suraxanı rayonu Hövsan qəsəbəsinin mərkəzini keçilməz edib.
Bizimesr.az xəbər verir ki, Hövsan sakinləri qəsəbənin mərkəzində yaranmış böyük gölməçəyə görə saatlarla yollarda qalıblar.
Qəsəbənin əksər yollarında və məhəllələrində yaranmış gölməçələr səbəbindən avtobuslar fasilələrlə işləyib.
Öncəki məlumatların araşdırılması zamanı məlum olur ki, çox da uzaq tarix olmayan 2022-ci ildə dövlər büdcəsindən Suraxanı rayonunda su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması üçün milyonlarla manat vəsaiti ayrılıb. Konkret olaraq Hövsan qəsəbəsinin kanalizasiya infrastrukturunun yenidən qurulması üçün isə əlavə olaraq maliyyə vəsaiti ayrılıb. Amma nəticə göz qarşısındadır.
Qəsəbə yollarından videonu təqdim edirik:








