Ötən gün Ermənistan mediasında peyk şəkilləri yayılıb.
Tribuna.az xəbər verir ki, həmin görüntülər 2024-2025-cı illərin müqayisəsini və sərhəddə dəyişikliyi əks etdirir.
“Sputnik Armenia”nın yaydığı xəbərə görə, Ermənistanın Tavuş bölgəsində (Qazax rayonu ilə həmsərhəddir-red.) ordu bəzi mövqelərdən geri çəkilib. Məlumata görə, erməni hərbçiləri demarkasiya olunmuş deyil, olunmamış ərazilərdən çəkiliblər.








