Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Əliyev Mübariz Əli oğlu vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə daxili xidmət mayoru Zeynalov Babək Pərviz oğlu rəis əvəzi təyin olunub.
Qeyd edək ki, ötən ilin avqust ayında Babək Zeynalov Ağdərədə baş verən yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.










