Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                 

Doğrudanmı, 907-ci düzəliş ləğv olunacaq? - AKTUAL
Tarix: 9-01-2026, 06:45 | Çap et

Azərbaycanın Prezidenti İlham Əliyevin bu il yanvarın 5-də yerli televiziyalara verdiyi müsahibə hələ də ictimai-siyasi gündəmin əsas mövzularından biri olaraq qalır.

Müsahibədə toxunulan məsələlərdəm biri də 1992-ci ildə ABŞ Konqresində "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişlə bağlıdır.

Tarixindən də göründüyü kimi, bu düzəliş 1992-ci ilin payızında qəbul edilib və ABŞ-ın Azərbaycana yardımının dayandırılmasını nəzərdə tuturdu.

Prezident İlham Əliyev həmin düzəlişi Azərbaycana qarşı "çox böyük ədalətsizlik" adlandırıb. Bu, həqiqətən də belədir.

Əvvəlcə bu suala cavab verək: "Azadlığı müdafiə aktı" nədir və nə məqsəd daşıyırdı?

Bu akt Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra keçmiş Sovet məkanında yaranmış müstəqil dövlətlərə ABŞ-ın hərtərəfli yardım göstərməsini nəzərdə tuturdu. Məqsəd yeni yaranmış - Rusiyadan ayrılmış dövlətlərin ayaqda durması, möhkəmlənməsi üçün dövlət yardımının göstərilməsini nəzərdə tuturdu. Həmin yeni müstəqil dövlətlərdən biri də Azərbaycan idi. Təsəvvür edin, keçmiş Sovet İttifaqının varisi olan Rusiya da daxil olmaqla əksər possovet ölkələr bu proqrama daxil efilmişdi. Rusiya ilə yanaşı Ukrayna, Belorus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Ermənistan, Gürcüstan, və Moldova bu akt sayəsində ABŞ-dan dövlət yardımı almaq hüququ qazandı. Baltik reslublikaları bura daxil deyildi, onlar "qanunsuz işğal edilmiş" sayılaraq başqa, daha üstün proqramlara daxil edildi, daha çox yardım aldı. Ancaq Azərbaycan ABŞ-ın dövlət yardımından mıhrum edildi. Qanun Azərbaycana yalnız humanitar yardım göstərilməsinə icazə verirdi. 1992-2025-ci illər ərzində Ermənistan "Azadlığı müdafiə aktı" üzrə ABŞ-dan 3 milyard dollar yardım alıb. Bu yardımların böyük hissəsi 2018-ci ilə qədər, yəni Ermənistan Rusiyanınn forpostu olduğu, Moskvaya bağlı şəxslərin rəhbərliyi altında olduğu dövrdə edilib. ABŞ Ermənistana bu yardımı etdiyi illərdə Ermənistan Rusiya ilə siyasi, hərbi müttəfiqliyini artırıb, iqisadiyyatını Rusiyanın idarəçiliyinə daha çox verib. Başqa sözlə, Ermənistan müstəqilliyini möhkəmləndirmək adı ilə Amerikadan yardım alıb, əvəzində isə Rusiyaya daha çox bağlanırdı. Azərbaycan isə öz müstəqilliyini öz gücünə möhkəmləndirərək, daha müstəqil xarici siyasət aparsa da, ABŞ yardımından məhrum edilmişdi.

Prezidentin Azərbaycana qarşı çox böyük ədalətsizlik edildiyini deməsinin birinci səbəbi budur. İkinci səbəbə gəlincə, əvvəlcə həmin 907-ci düzəlişin A bəndinə (mətnə) diqqət yetirək. Həmin bənd belədir:

"Bölmə 907. — Azərbaycanla bağlı Yardımın Məhdudlaşdırılması (RESTRICTION ON ASSISTANCE TO AZERBAIJAN)

(A) Məhdudiyyətlər —

Bu və ya digər hər hansı bir Akt çərçivəsində ABŞ-ın Azərbaycan Hökumətinə yardım göstərilməsinə (bu Aktın yalnız V başlığı altında nəzərdə tutulmuş yardım istisna olmaqla) icazə verilə bilməz, — Prezident müəyyən edib Konqresə bildirməyincə ki, Azərbaycan Hökuməti Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadaları və digər hücum xarakterli hərbi güc tətbiqlərini dayandırmaq üçün əhəmiyyətli addımlar atır".

Düzəlişin mətnindən göründüyü kimi, ABŞ Konqresi Ermənistanın Azərbaycana deyil, Azərbaycanın Ermənistana hücum etdiyini gerçəklik olaraq qəbul edirdi. Hərçənd ABŞ Konqresinin üzvləri Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın Ekspedisiya Korpusunun - qoşunlarının Azərbaycan ərazisinə daxil olduğunu, döyüşlərin Azərbaycanın ərazisində getdiyini çox yaxşı bilirdilər. Bu halda "Ermənistana hücum" ifadəsini qanuna yazaraq, Azərbaycanı aqressor kimi göstərərək, görünməmiş ədalətsizliyə yol vermişdilər. Göründüyü kimi, ortada bir cinayət var- cinayəti törədən (Ermənistan), cinayətdən zərərkəkən (Azərbaycan) olduğu halda ABŞ Konqresi 907-ci düzəliş vasitəsilə təqsirkarı deyil, zərərçəkəni günahlandırıb. Bu, doğrudan da, Prezidentin dediyi kimi, çox böyük ədalətsizlikdir. Bu, ona bənzəyərdi ki, sanki bu gün Rusiya -Ukrayna müharibəsində ABŞ işğalçı tərəf olan Rusiyaya deyil, işğala məruz qalan Ukraynaya sanksiya tətbiq edib.

Görürsünüzmü, 907-ci düzəliş nə qədər dəhşətli bir absurd qərardır.

Azərbaycan Prezidentinin bu düzəlişi "çox böyük ədalətsizlik" adlandırmasının daha bir səbəbi sənəddə Azərbaycanın "Dağlıq Qarabağa hücum" etməkdə günahlandırılması idi. Halbuki Qarabağ Azərbaycanın öz ərazisidir, 1992-ci ilin yay-payız aylarında da Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlar Ermənistan qoşunlarını Azərbaycan ərazisindən vurub çıxarmaq, Qarabağdakı separatçı oyuncaq rejimin dağıdılması - ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması məqsədlərini daşıyırdı. ABŞ Konqresi isə o zamankı senatorlar Co Bayden, Con Kerri və başqa ermənipərəst konqresmenlərin canfəşanlığı - erməni lobbisinin təsiri ilə belə bir misli görünməmiş haqsızlığa imza ataraq, Azərbaycan-ABŞ münasibətlərinə çox böyük bir maneə yaratmışlar.

ABŞ Konqresmenləri əsl həqiqəti - əslində Ermənistanın işğalçı olduğunu bilmirdilərmi?! Qarabağda erməni separatçılarının Azərbaycana qarşı hərəkətlərindən xəbırsizmi idilər? Ermənistanın o zaman hələ Türkiyə ilə, eləcə də, Gürcüstanla və İranla sərhədlərinin açıq olduğunu - heç bir blokadanın olmadığını görmürdülərmi?! Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında nəqliyyat bağlantılarını kəsdiyi haqda məkumatsızmı idilər?! Azərbaycan hökuməti bu haqda onları bilgiləndirməmişdimi?!

Əslində hər şeyi görürdülər, bilirdilər, Azərbaycan tərəfi də ABŞ rəsmi orqanlarını, müvafiq vəzifəli şəxslərini tam və dəqiq məlumatlandırmışdılar. O zaman Azərbaycanın ABŞ-da səfirliyi yenicə yaradılmışdı, hələ tam formalaşnamışdı. Ancaq buna baxmayaraq, məhdud imkanlarla da olsa, müəyyən işlər görürdülər. ABŞ-a ilk səfir (hazırda xarici işlər nazirinin müavini və ADA Universitetinin rektoru professor Hafiz Paşayev) yalnız noyabrda göndərilə bildi. Səfirin işə başlaması isə, bildiyimiz kimi, təkcə təyin edən tərəfdən deyil, həm də qəbul edən tərəfdən asılıdır. O zaman ABŞ-dakı erməni lobbisi Hafiz Paşayev kimi kifayət qədər nüfuzlu və fəal bir şəxsin səfir kimi işə başlamasında da maraqlı deyildi və bu işə də mane olmağa çalışırdı. Ancaq ordakı Azərbaycan diplomatları, eləcə də Türkiyə, Pakistan kimi ölkələrin təmsilçiləri ABŞ Konqresindəki proseslərdən məlumatlı idi, bu haqda bir-birini məlumatlandırırdı. Eyni zamanda Azərbaycanın mövqeyi və mesajları Amerikanın rəsmi məqamlarına çatdırılır, ölkənin maraqları təmsil və müdafiə edirlirdi. Eləcə də, o zaman Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov keçmiş baş nazir kimi təcrübəli dövlət adamı idi, sonralar Prezident Heydər Əliyev dövründə xarici işlər naziri vəzifəsində də işlədi. Bu şəxslər və onların vasitəsilə Azərbaycan hökuməti Konqresdə gedən prosesləri izləyir və qarşısını almaq üçün iş də aparmışdılar. Sadəcə olaraq, ABŞ-da erməni lobbisi çox güclü idi; 907-ci düzəlişə mane olmaq mümkün deyildi. Eyni zamanda ABŞ Konqresində və Administrasiyada Azərbaycanın güclənməsində maraqlı olmayan başqa qruplar da var idi. Elə yunan diasporası, yunan lobbisi də bu işdə maraqlı olmuşdu. Başqa Amerika siyasətçiləri də. Onlar Azərbaycanın güclənməsinin Türkiyənin xeyrinə olacağını bilirdilər və Türkiyənin Qafqazda möhkəmlənməsini, sonradan Mərkəzi Asiyada da öz təsirini artırmasını - bugünkü Türk birliyinin yaranmasını istəmirdilər. Ona görə belə bir açıq-aşkar ədalətsiz qərar verdilər. Əks halda sual yaranır: tutaq ki, 1992-ci ildə Azərbaycan hökuməti ABŞ-a real vəziyyəti çatdıra bilməmişdi, bəs sonrakı illərdə də bu iş görülməmişdimi?! Görülmüşdü. Sadəcə, antiAzərbaycan, antiTürkiyə mövqedə olan siyasi qüvvələr ABŞ hakimiyyətində hələ də güclü idilər, hətta zamanla da gücləndilər. Azərbaycan Prezidentinin də dediyi kimi, 907-ci düzəlişin əsas lobbistlərindən biri olan Cozef Bayden sonralar vitse-prezident, hətta prezident oldu. Azərbaycanın, eləcə də, qardaş Türkiyənin əleyhinə olan qərarları nəinki ləğv etdi və ya yumşaltdı, əksinə bu məqsədlə yeni məhdudlaşdırıcı addımlar atdı.

Hazırda 907-ci düzəlişin qəbul edilməsi üçün gətirilmiş hətta uydurma olan "arqumentlər" də yoxdur. Nə onda, nə indi Ermənistana hücum edilməyib, edilmir. Nə onda, nə də indi Ermənistan blokadaya alınmayıb. "Dağlıq Qarabağ" deyə bir anlayışın özü də artıq yoxdur. Azərbaycan 2020-ci ildəki tarixi qələbəsi ilə və 2023-cü ildəki lokal antiterror əməliyyatı ilə bu cür spekulyativ məsələlərə də son qoydu. Əgər bu ilin avqustunda Ağ Evdə Prezident Donald Trampın da şahidliyi ilə, bu şahidliyi təsdiqləyən imzası ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmış layihəsi haqda bəyannamə imzalanıbsa, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyasının - "Zəngəzur dəhlizi"nin və ya "Tramp yolu"nun açılmasına dair sənəd imzalanıbsa, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşığa dair niyyət rəsmən bəyan olunubsa, Strateji Tərəfdaşlıq Xartiyası üzərində iş gedirsə, o zaman hansı blokadadan, hansı hücumdan söhbət gedir?! 907-ci düzəlişin hansı məntiqi var?! Azərbaycana ABŞ investisiyalarının gəlişi ətrafında müzakirə aparılırsa, 907-ci düzəliş niyə qalmalıdır?! Məlum olduğu kimi, bu düzəliş qəbul ediləndə Konqresin hər iki palatasında - həm Senatda, həm Nümayəndələr Palatasında Demokratlar Partiyası, yəni indiki Prezidentin siyasi rəqibləri çoxluqda olub. Sonrakı dövrdə də 907-ci düzəlişin dayandırılması haqqında da indiki prezidentin sələfi Cozef Bayden qərar verib. Beləliklə, həm 1992-ci ildə senator olanda, həm 2009-cu ilin yanvarın 20-dən 2017-ci ilin yanvarın 20-dək vitse-prezident olanda, həm də 2021-ci ilin yanvarın 20-də 2025-ci ilin yanvarın 20-dək prezident vəzifəsində işləyəndə ABŞ-ın Azərbaycanla münasibətlərinə ən böyük əngəli Cozef Bayden yaradıb. Prezident Tramp da seçkidə qalib gələrək ABŞ siyasətinin qarşısındakı əngəli - Cozef Baydeni aradan qaldıra bilibsə, 907-ci düzəlişi aradan qaldırmaq bunun yanında nədir ki?! Prezident Tramp Demokratları daim tənqid edir, xüsusilə də, Co Baydeni. Rəqiblərinin ona, yəni Prezident Trampa ağır miras qoyub getdiklərini deyir və həmin o miras qalmış problemləri bir-bir həll edir, aradan qaldırır. 907-ci düzəliş də rəqiblərin Prezident Trampa miras qoyub getdikləri həmin o problemlərdən biridir. Azərbaycan dövlət başçısı da, bax, bu səbəblərdən inanır ki, Ağ Evin indiki sahibi bu düzəlişin ümumiyyətlə ləğv edilməsinə Konqresmenləri inandıra biləcək. Çünki inandıra bilər.

 Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru