Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Ermənistanın Şimali Atlantika bloku ilə imzalayacağı sənəddən və bəyanatlardan narahat olmalıyıqmı? - AKTUAL
Tarix: 26-12-2025, 09:44 | Çap et

NATO Ermənistanla münasibətlərdə yeni mərhələyə keçməyə hazırlaşır. Alyansın baş katibinin müavini Radmila Şekerinska Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra X sosial şəbəkəsində verdiyi açıqlamada bu niyyəti açıq şəkildə ifadə edib.

Şekerinskanın sözlərinə görə, NATO Ermənistanda həyata keçirilən islahatları dəstəkləməyə hazırdır və tərəflər gələn il əməkdaşlığa dair yeni çərçivə sənədinin razılaşdırılmasına ümid edirlər. O bildirib ki, bu sənəd NATO-Ermənistan tərəfdaşlığının əsas istiqamətlərini və gələcək prioritetlərini müəyyən edəcək.

Görünən odur ki, NATO Cənubi Qafqazda məhz Ermənistanla münasibətləri sıx inkişaf etdirir. Bunun səbəbi onunla bağlıdır ki, Paşinyan hakimiyyəti Qərbə inteqrasiya kursunu götürüb. Halbuki Rusiyanın Ermənistanda hərbi bazası var, bu ölkənin Türkiyə və İranla olan sərhədlərini rus sərhədçiləri mühafizə edir. Bu o deməkdir ki, Ermənistan uğrunda artıq Rusiya-NATO rəqabəti var. NATO Ermənistanla hərbi əməkdaşlığı institusional müstəviyə keçirir. Ermənistan KTMT adlı hərbi blokun üzvüdür.

Göründüyü kimi, NATO Ermənistanla gələn il yeni çərçivə sənədi imzalamaq istəyir. Ermənistanla imzalanması nəzərdə tutan sənəd regionda nəyi dəyişə bilər?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında NATO-nun bu regiona gəlişinin yeni olmadığını söylədi: “NATO-nun Cənubi Qafqazın hər üç ölkəsi ilə uzun illərdir əməkdaşlığı var. Zaman-zaman müxtəlif səviyyəli təlimlər də keçirilib. Hətta Azərbaycan NATO tərkibində sülhməramlı missiyada da iştirak edib. Yəni NATO Cənubi Qafqaza bu gün gəlməyib. Hazırda Ermənistanla bağlı verilən proqnozlar isə öncədən gözlənilən idi. NATO rəhbərliyi müxtəlif zamanlarda hazırda verilən proqnozun reallaşacağı ilə bağlı açıqlamalar da vermişdi. Bu prosesin niyə Ermənistandan başlaması isə konkret səbəblərlə bağlıdır. Avropanın içində olan və Avropa İttifaqı ilə sərhədləri olan Ukraynanın NATO üzvlüyü məsələsinin bu gün nələrə gətirib çıxartdığı göz qabağındadır. Yəni Avropa İttifaqı sərhədlərindən uzaq Rusiyanın hələ də təsir altında saxladığı Ermənistanın NATO üzvlüyü istəklərinin bu gün hansı fəsadlara yol açacağını proqnozlaşdırmaq çətin deyil. Rusiya iqtisadi və hərbi cəhətdən kifayət qədər zəifləməsə, Cənubi Qafqazdakı maraqlarından əl çəkməsə, Ermənistanda hər hansı hərbi alyansın mövcud olmasına imkan verməyəcək. Bütün bunları NATO və bu qurumun əsas donoru ABŞ bilir. O səbəbdən Ermənistanın gələcəkdə NATO üzvü ola biləcəyi ilə bağlı verilən bəyanatların ciddi qəbul olunmayacağını da yaxşı bilirlər. Amma davamlı əməkdaşlığın olması imkanları var, bu, əvvəlkinə münasibətdə daha da inkişaf edə bilər. Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ətrafında gedən proseslər, 8 avqust Vaşinqtonda imzalanan sənədlərin icrasına başlanılması istiqamətində işlərin getməsi regionun təhlükəsizlik məsələsini önə çıxardıb. Ermənistanda Rusiya hərbi bazalarının olması, İran və Türkiyə sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunması bu təhlükəsizliyə əsas təhdidlərdən biri kimi dəyərləndirilir. Hazırkı durumda pillə-pillə NATO-nun Ermənistanda aktivləşməsi bu təhdidə qarşı hesablanmış bir addımdır. Ukraynadan fərqli olaraq NATO Ermənistanın tezliklə quruma qəbul olunacağını demir, bunun üçün təxmini müddətlər açıqlamır. Əməkdaşlığı sıx inkişaf etdirməklə bağlı fikirlər bildirir. Hətta deyilən kimi, gələn il çərçivə sazişinin imzalanması olarsa belə, bu sazişin bəndləri yenə də üzvlük məsələlərini deyil, əməkdaşlıq məsələlərini özündə ehtiva edəcək. Yəni NATO Rusiyanın əlinə əlavə bəhanələr verməyəcək. Bununla belə, Cənubi Qafqazda bu üsulla mövcudluğunu artıra bilər ki, bu da Rusiyanın regionla bağlı imperiya planlarına mane olacaq”.

Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, NATO ilə Ermənistan arasında 2026-cı il üçün nəzərdə tutulan yeni çərçivə sənədi Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında ciddi tektonik yerdəyişmələrin siqnalıdır: “Bu sənəd, sadəcə, texniki əməkdaşlıq yox, regionun geosiyasi xəritəsinin yenidən cızılması cəhdidir. Ermənistan hələ də KTMT üzvü olsa da, NATO ilə "institusional tərəfdaşlıq" İrəvanın hərbi doktrinasını Rusiya standartlarından NATO standartlarına keçirməyi hədəfləyir. Bu, Ermənistan ordusunun NATO ilə uyumluluğunu artıracaq və bu, gələcəkdə Rusiya silahlarından asılılığın azalması deməkdir. Ermənistanın bu addımı həm də KTMT-dən hüquqi çıxışını sürətləndirə bilər. Qeyd etmək yerinə düşər ki, Ermənistan son illərdə silah alışını dövlətlər üzrə şaxələndirib. Fransadan, Yunanıstandan və Hindistandan silahlar alır. Ermənistanın bu cəhdi hesab edirəm ki, nəinki Rusiyanın, Azərbaycan və İranın da maraqlarına tam ziddir. Çünki rəsmi Bakı regionda xarici oyunçu görmək istəmədiyini dəfələrlə bəyan edib.

Ermənistanın NATO ilə yaxınlaşması Bakı tərəfindən “regiondankənar qüvvələrin gətirilməsi” kimi qəbul edilə bilər. Lakin qeyd edilməlidir ki, Azərbaycanın özü də (məsələn, 2025-ci ilin iyulunda Türkiyə ilə imzalanan memorandum vasitəsilə) NATO-nun ikinci ən böyük ordusu ilə müttəfiqlik edir. Məsələ ondadır ki, Azərbaycan bunu NATO ilə yox, Türkiyə ilə əməkdaşlıq kimi qeyd etməkdədir.

8 avqust 2025-ci ildə ABŞ-nin vasitəçiliyi ilə imzalanan Vaşinqton Bəyannaməsindən sonra NATO-nun bu addımı sülhün qarantiyası rolunda Qərbin iştirakını gücləndirir. NATO bu kommunikasiya xətlərinin təhlükəsizliyində və idarə olunmasında Rusiyanın (FSB) deyil, beynəlxalq və ya yerli nəzarətin tərəfdarı kimi çıxış edir. Ermənistan faktiki olaraq Rusiya və NATO-nun qarşıdurma poliqonuna çevrilir. Azərbaycan üçün bu, həm də sərhəddə yeni bir hərbi reallıq deməkdir. Təbii ki, Rusiya Ermənistanı asanlıqla itirmək istəməyəcək. Əgər NATO-Rusiya qarşıdurması baş verəcəksə, bu regionda yeni müharibə dalğasına gətirib çıxara bilər. Hətta hansısa bir variantla Azərbaycanla Ermənistan arasında müharibənin yeni mərhələsini də planlaya bilərlər. Məsələ ondadır ki, burada variantlardan biri Rusiyanın özünün Ermənistanı cəzalandırmaq istəyi ola bilərsə, ikinci və Azərbaycan üçün təhlükəlisi olan Azərbaycanın əli ilə Ermənistanın cəzalandırılmasıdır. Bu variantı daim nəzərimizdə saxlamalıyıq. Çünki region kiçik olduğu üçün burada toqquşacaq tərəflər yerli oyunçulardan seçiləcək".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru