Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Bakı metrosu niyə hələ də zərərlə işləyir - HƏQİQƏTƏN DƏ...
Tarix: 24-12-2025, 09:27 | Çap et

Metropoliten 2024-cü ili 139.62 milyon manat zərərlə yekunlaşdırıb. QSC-nin hesabatına əsasən, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 81.6% artaraq metronun yığılmış zərəri 3 milyard 109.54 milyon manata çatıb.

Hesabatdan bəlli olur ki, 2024-cü ildə şirkətin cəmi gəlirləri 155.66 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 22.4% artım deməkdir. Gəlirlərin artımı əsasən sərnişindaşıma xidmətləri və hökumət subsidiyaları hesabına baş verib. Sərnişindaşıma gəlirləri 100.65 milyon manat, hökumət subsidiyaları isə 50 milyon manat təşkil edib.

Əməliyyat xərcləri 294.17 milyon manat səviyyəsinə yüksəlib ki, bu da 2023-cü ilin göstəricisindən 44.8% çoxdur. Xərclərin artımında əsas vəsaitlərin dəyərsizləşməsi, əməkhaqqı, elektrik enerjisi, mal-material və texniki xidmət xərcləri önə çıxır.

Hesabat dövründə metronun aktivləri 418.82 milyon manat, öhdəlikləri isə 33.29 milyon manat olub. Kapital həcmi isə 385.53 milyon manata düşərək əvvəlki ilə nisbətən 1.1% azalıb. O da bildirilir ki, “Bakı Metropoliteni” 2016-ci ildə lisenziyaları ləğv edilmiş 2 bankda saxlanılan 3.7 milyon manat vəsaiti hələ ala bilməyib. “Bakı Metropoliteni” lisenziyaları ləğv edilmiş “Texnikabank” ASC (1 milyon 563 min manat) və “Bank Standart”da ( 2 milyon 166 min manat) ümumilikdə 3.7 milyon manat vəsaiti qalıb.

İşçi heyətinə ödənilən məbləğ 86.28 milyon manat, elektrik enerjisi xərcləri 13.93 milyon manat, əsas vəsaitlərin dəyərsizləşməsi üzrə xərclər isə 148.01 milyon manat təşkil edib.

2024-cü ildə davam edən tikinti layihələrinin həcmi də artıb. İlkin dəyəri 731.41 milyon manat olan tamamlanmamış tikintilər arasında “Xətai-Y20" stansiyası, B3 və B4 tunelləri, Dərnəgül və Xocəsəndə yerləşən elektrik depoları, digər infrastruktur obyektləri yer alıb.

Metropolitenin müəmmalı “yeraltı hesabatı”nda diqqət builki deyil, 2024-cü ilə aid rəqəmlərin elan olunmasıdır. Bu ilin sentyabr ayında da metroda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik müəyyənləşib. Niyə köhnə hesabat yayıblar, niyə qiymətlər nə qədər artsa da, metreopoliten azdır deyir.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli “Yeni Müsavat”a bildirib ki, bu ilin hesabatı yekunlaşmayıb və ona görə də diqqət ötən ilin hesabatına yönəlib: “Hesabatlar adətən ilin sonunda hesablanıb elan edilir. Yəqin ki, yanvar ayında bu ilin hesabatı veriləcək. Digər mövzuya gəldikdə isə qeyd edim ki, "Bakı Metropoliteni" kommersiya strukturu deyil, sosial layihədir və hədəfi şəhərdə əhalinin daşınmasını asanlaşdırmaqdır. Metro bağlansa, Bakı şəhərinin yerüstü nəqliyyatı sərnişinlərin daşınmasında çox böyük çətinliklər çəkər. “Bakı Metropoliteni” kommersiya məqsədilə tikilmiş olsaydı, əvvəlcədən mənfəətsiz olduğunu hesablayardılar.

10-15 il bundan öncə Parisdən Londona yeraltı tunel çəkdilər və sərnişinləri daşıdılar. Hətta sərnişinlə bərabər nəqliyyat vasitələri də daşınır. Bu layihə "Eurotunel" adlanır. Həmin tunelin yaradılması ideyası 1910-cu ildə ortaya atılmışdı. Lakin kommersiya baxımından mənfəətli deyildi deyə 100 il sonra reallaşdı. Layihənin məqsədi pul qazanmaq idi. Bakı metrosunun məqsədi isə pul qazanmaq olmayıb. Lakin “Bakı Metropoliteni” haçansa kommersiya layihəsinə çevrilə bilər. Bu o vaxt ola bilər ki, metro stansiyalarının sayı ölkəmizdə 50-dən çox olsun. Amma hazırda Bakıda stansiyaların sayı hələ heç 30-a çatmır. “Bakı Metropoliteni”nin mənfəətə çıxması üçün stansiyaların sayı iki dəfə çoxalmalıdır.

Digər bir məqam isə odur ki, “Bakı Metropiteni” 70-80 il əvvəl tikilib və köhnəlmə var, Ona görə də təmirə kifayət qədər pul gedir. Eyni zamanda idarəetmə strukturu da köhnədir. Əgər bu, kommersiya şirkəti olsaydı, daha operativ idarəetmə sistemi yaradılardı və bu xərclər də bir qədər aşağı düşərdi".

Ekspert deyir ki, Bakı metrosunun son illər reklam, parkinq gəlirləri azalıb: ""Bakı Metropoliteni" ətrafında, ona aid ərazilərdə əvvəllər mağazalar, qəzet köşkləri var idi. İndi isə onlar yoxdur. Bu da “Bakı Metropoliteni”nin gəlirlərinin azalmasına səbəb olub. Qiyməti 60 qəpik qaldıranda isə hədəf o deyildi ki, metronun xərclərini tamamı ilə qapatsınlar. Sadəcə olaraq, müəyyən xərcləri Bakı Metropolitenin özünün ödəməsi üçün qiymətlər qalxdı.

Bir sözlə, “Bakı Metropoliteni” sosial layihədir, onun kommersiya hədəfləri mövcud deyil, dövlət müəssisəsidir və xərclərin böyük qismini dövlət ödəyir".

İqtisadçı Xalid Kərimli Bakı metrosunun zərərlə işləməsinin müxtəlif səbəblərini açıqlayıb: “Bu səbəblərdən biri Bakı metrosunda gediş haqlarının ucuz olmasıdır. Çünki metropolitenin özü də açıqlayır ki, əslində gediş xərci daha yüksəkdir, lakin qiymət artımında ehtiyatlı davranır. Çünki "Bakı Metropoliteni" sosial layihədir deyə, dövlət onun gediş haqqının baha olmasına razı deyil. Azərbaycanda dövlət müəssisələrinin xərclərinin yaxşı idarə edilməməsinə dair çoxlu nümunələr mövcuddur. Bunu da Bakı metrosuna aid etmək olar. Ümumilikdə deyə bilərik ki, yığılmış zərər əvvəlki dövrlərdən gəlib, cari dövrün zərəri deyil". 

İqtisadçı alim Zahid Məmmədov Modern.az-a açıqlamasında deyib ki, yaranmış zərərlə bağlı təşkilatın daxilində ciddi təhlillər aparılmalıdır. Gəlir potensialından necə istifadə olunması analiz olunmaldır: “Metropoliten reklam bannerləri və balansında olan ərazilərdə ticarət obyektləri hesabına da gəlir əldə edir. Sıx sənişin daşınması və subsidiya isə əsas vəsaiti formalaşdırır.

İnzibati idarə heyətinin əməkhaqqına baxılmalıdır.

Əgər hər hansı bir təşkilat zərərlə fəaliyyət göstərirsə, xidməti maşından istifadə olunmamalıdır.

Dünya təcrübəsində ictimai nəqliyyat, eləcə də metro üçün müddətli bilet alınır. Bir dəfə ödəniş etməklə sərnişin dəfələrlə nəqliyyatdan istifadə edir. Lakin ili zərərlə başa vurmur. Bizdə isə hər gediş üçün ayrılıqda ödəniş olunur, lakin təşkilat ziyana düşür. Hər giriş üçün nəqliyyata ayrılıqda ödəniş edilməsi heç bir ailənin büdcəsinə uyğun deyil".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru