Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Avropa İttifaqının ŞOK Qafqaz planı - NƏ BAŞ VERİR?
Tarix: 23-12-2025, 10:15 | Çap et

Son zamanlar Şərqi Avropa ölkələrində, xüsusilə Bolqarıstan və Slovakiyada yaşanan siyasi böhranlar Avropa İttifaqının daxili birliyinə və bunun nəticəsi olaraq vahid xarici siyasət yürütmək qabiliyyətinə ciddi təsir göstərir. Ekspertlər hesab edirlər ki, Aİ-nin xarici siyasət mexanizmi konsensus prinsipinə əsaslandığı üçün üzv ölkələrdə hökumət böhranları, siyasi qeyri-stabil mühit və daxili prioritetlərin dəyişməsi Brüsselin çevik və prinsipial qərarlar qəbul etməsini çətinləşdirir. “Reuters” agentliyinin təhlillərində də qeyd olunduğu kimi, son aylarda Aİ daxilində Ukrayna müharibəsi, Rusiya ilə münasibətlər və enerji təhlükəsizliyi məsələlərində dərin fikir ayrılıqları yaranıb və bu, blokun geosiyasi aktor kimi vahid mövqedən çıxış etməsini zəiflədir .

Şərqi Avropadakı siyasi qeyri-sabitlik Aİ-ni xarici gündəmdən daha çox daxili problemlərə yönəlməyə məcbur edir. Bolqarıstanda hökumətin istefası və uzunmüddətli etirazlar, Slovakiyada isə enerji siyasəti və Ukrayna məsələsi ətrafında yaranmış gərginliklər Aİ daxilində dəyərlər, təhlükəsizlik və milli maraqlar arasında balansı daha da mürəkkəbləşdirir. Nəticədə Brüssel xarici siyasətdə daha ehtiyatlı, kompromisli və bəzən də gecikmiş qərarlar qəbul etməyə üstünlük verir. Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə kimi strateji qərarlarda belə konsensus əldə edə bilməməsi bu zəifliyin açıq göstəricisidir.

Bu proseslər Aİ-nin Cənubi Qafqaz siyasətinə də birbaşa təsir göstərir. Region Aİ üçün strateji baxımdan əhəmiyyətli olsa da, Şərqi Avropa və Ukrayna ətrafında yaranan gərginliklər fonunda Cənubi Qafqaz məsələləri tez-tez ikinci plana keçir. Bu isə Aİ-nin regionda daha fəal diplomatik təşəbbüslər irəli sürmək, vahid mövqe formalaşdırmaq və uzunmüddətli strategiya qurmaq imkanlarını məhdudlaşdırır. Xüsusilə Azərbaycanla bağlı məsələlərdə Aİ daxilində fərqli yanaşmalar yaranır - bir tərəfdən enerji təhlükəsizliyi və praqmatik əməkdaşlıq, digər tərəfdən isə siyasi və normativ yanaşmalar daha da kəskinləşir.

Şərqi Avropadakı siyasi böhranlar Aİ-nin vahid xarici siyasət yürütmək qabiliyyətini zəiflədir və bu, Cənubi Qafqazda, o cümlədən Azərbaycanla bağlı qərarların ya gecikməsinə, ya da kompromis xarakteri daşımasına səbəb olur. Belə şəraitdə Aİ-nin region siyasətində ümumi strategiyadan daha çox, ayrı-ayrı üzv dövlətlərin ikitərəfli təşəbbüslərinin önə çıxması ehtimalı artır. Bu isə Azərbaycan üçün həm risklər, həm də ikitərəfli əməkdaşlıq baxımından yeni imkanlar yaradır .

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Musavat.com-a şərhində bildirib ki, Şərqi Avropa ölkələri Brüsseli ciddi tənqid edirlər. Onun sözlərinə görə, bunun geosiyasi səbəbləri var: “Bəzi dövlətlər geostrateji baxımdan elə bir mövqedə yerləşirlər ki, həm enerji, həm də nəqliyyat resusları mütləq bu ölkələrə çatmalıdır. Xüsusilə Rusiyanın enerji imkanlarından asılı vəziyyətdə olan ölkələr var. Bu, geosiyasi reallıqdır. Belə olan halda bu dövlətlərin rəhbərliyi Avropa mərkəzçi siyasi elitanı açıq şəkildə tənqid edir. Bu da Avropa daxilində "avroskeptizmi" daha da gücləndirən amildir. Tənqidçi ruh və sosial bərabərliyə çağırış edən qüvvələr daha da artır. Təxminən 10-20 il öncə Avropada solçu hərəkatının daha da güclənməsinin şahidi olmuşuq. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda nəinki solçular, radikal sağçı mühafizəkar dəstələr daha da çoxalır. Bu da hazırkı siyasi davranışlar sistemi ilə bağlıdır".

İ.Hüseynov vurğulayıb ki, Aİ-nin Cənubi Qafqaza və buradan Mərkəzi Asiyaya çıxmaq niyyəti var: “Aİ-nin "Global Gateway" layihəsi həm də regionumuzu Avropanın qapıları kimi nəzərdən keçirir. Şərq və Qərb arasında bağlantıda Cənubi Qafqaz geostrateji məkan kimi seçilib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında əsas geosiyasi aktor kimi çıxış edirdi. Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə dəfələrlə görüşlər keçirilib. Ədalət naminə demək lazımdır ki, bu görüşlərin əksəriyyəti konstruktiv məcrada keçib. Bu baxımdan Avropa daxilində bu gün gedən proseslər dolayısıyla Azərbaycanın siyasi vizyonuna təsirsiz ötüşmür. Azəbaycan Avropada gedən prosesləri diqqətlə izləyir. Avropa ilə qurulan dialoqda, təmaslarda bu və ya digər formada bizim üçün sabitlik və təhlükəsizlik məsələsi ön plana çıxır. Azərbaycan nəinki Avropa ilə, bütün geosiyasi mərkəzlərlə qurduğu təmaslarda öz milli maraqlarına söykənir. Avropanın özü də monolit deyil. Avropa Komissiyası Azərbaycanı enerji təhlükəsizliyi baxımından strateji tərəfdaş hesab edirsə, Avropa Parlamentində Azərbaycan əleyhinə qərəzli dinləmələri, çağırışları, hətta qəbul edilən sənədləri görürük. Buna görə də Avropanın çoxçeşidli siyasi bürokratiyasında, siyasi taktikaların qurulmasında Azərbaycan əlbəttə ki, manevr imkanlarını əlində saxlamalıdır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru