Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

“Kimin Mehdiyevlə cinayət əlaqəsi olubsa...” - deputatdan ŞOK AÇIQLAMALAR
Tarix: 23-12-2025, 09:27 | Çap et

Ötən həftə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi parlamentdə müzakirə edildi və yekdilliklə dəstəkləndi. Prezidentin təşəbbüsü ilə hazırlanmış, artıq icrasına başlanılan, 20 minə yaxın şəxsə şamil edilən, minlərlə ailəni sevindirən amnistiya aktı sözsüz ki, təqdirlə qarşılanır, dövlət başçısının humanizm siyasəti ictimaiyyət tərəfindən dəstəklənir. Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri müavini, deputat Qüdrət Həsənquliyevlə müsahibəmizdə əvvəlcə bu barədə danışdıq. Digər aktual mövzularla bağlı da suallarımız oldu.

- Qüdrət bəy, siz ən çox amnistiya ilə bağlı çağırışlar edən millət vəkillərindən olmusunuz. Elə sonuncu dəfə Prezidentin amnistiya təşəbbüsündən bir neçə gün əvvəl bu barədə təklif vermişdiniz. Bu, öncədən aldığınız informasiya idi, yoxsa sadəcə intuisiya? Ümumilikdə çoxsaylı insanları əhatə edən amnistiya təşəbbüsünü necə dəyərləndirirsiniz?

- Mən il ərzində bu məsələni bir neçə dəfə qaldırmışdım və ilin sonunda da görürdüm ki, mətbuatda bu istiqamətdə müəyyən yazılar gedir, elə sizin qəzetdə də... Fikirləşdim ki, növbəti dəfə əvvəlki təşəbbüsləri xatırlatmağa dəyər. Yazı dərc olunandan sonra müəyyən dostlar təsdiq etdilər ki, islah əmək müəssisələrində həqiqətən böyük sıxlıq var, dustaqlar döşəmədə yatırlar. Hər yüz min nəfərə düşən məhbus sayı Qərbi Avropa ölkələri ilə müqayisədə bizdə 4-5 dəfə çoxdur. Ona görə də amnistiya aktının olma ehtimalı çox böyükdür. Amnistiya təşəbbüsü ilə çıxış etdiyim bütün zamanlarda həbs olunmalarında siyasi motivlərin olduğu iddia edilən şəxslərin də böyük əksəriyyətinə amnistiyanın şamil olunmasını təklif edirdim. Ümumiyyətlə, bizdə amnistiyanın tətbiqinin məhdudlaşdırılması haqqında 1994-cü ildə qanun qəbul olunub. Orada bir neçə hal nəzərdə tutulub ki, kimlərə amnistiya aktı tətbiq oluna bilməz. Düşünürəm qanunla qadağan olunan şəxslər və ömürlük azadlıqdan məhrum edilənlər istisna olmaqla, amnistiya aktı digərlərinə şamil oluna bilər. Amnistiya indiki kimi, maddələr üzrə yox, cinayətlərin təsnifatına əsasən tətbiq olunmalıdır. Maddələr üzrə amnistiya tətbiq olunanda hökumətin imkanı var ki, azadlığa buraxmaq istəmədiyi istənilən məhbusun ittiham olunduğu maddəni amnistiyanın tətbiq olunmadığı maddələr siyahısına salsın. Belə yanaşmadan isə eyni maddələrlə ittiham olunmuş digər məhkumlar da əziyyət çəkir. İstəyirəm bunu sizin də köməyinizlə cəmiyyətə və müvafiq vəzifəli şəxslərə aşılayaq ki, amnistiya tətbiq olunarkən məhkumların aldığı cəzanın müddəti əsas götürülməlidir. Çünki cəza təyin olunarkən cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayətkarın şəxsiyyəti nəzərə alınır.

- Gələcəkdə qanunvericiliyimizdə daha hansı dəyişikliklərin olmasını istərdiniz?

- Azərbaycan cəmiyyətində bir müzakirə də açmaq lazımdır ki, yüngül tərkibli marixuanadan istifadə dekiriminallaşdırılmalıdırmı? İndi Amerika Birləşmiş Ştatları da marixuanadan istifadəni leqallaşdırmağa hazırlaşır. Avropa ölkələrinin çoxunda bu, leqallaşdırılıb. İkincisi, əgər şəxs şəxsi istehlak üçün narkotik vasitə alıbsa - satış məqsədi yoxdursa, bunu artıq istintaq orqanı sübut etməlidir - o zaman qanunvericilikdən şəxsi istehlak norması çıxarılmalıdır.

- Siz dəfələrlə məhkəmə-hüquq islahatlarının aparılmasını təklif etmisiniz. Bu gün də həmin təklif qüvvəsindədirmi?

- Bəli, məhkəmə-hüquq islahatlarının aparılmasına böyük ehtiyac var. Andlı iclasçılar institutu tətbiq olunmalıdır. Məsələn, Rusiyada, Yekaterinburqdakı bizim diaspor rəhbərinin məhkəməsi Andlı iclasçıların iştirakı ilə keçiriləcək. Azərbaycanda da bu institut mərhum prezident Heydər Əliyevin dövründə, 2000-ci ildə bizim qanunvericiliyə, Cinayət Prosessual Məcəlləyə daxil edilmişdi. Ancaq onun tətbiqinə başlamadan, 2009-cu ildə Cinayət Prosessual Məcəllədən çıxartdıq. Andlı İclasçılar İnstitutu yaradılmalıdır, hansısa təqsirləndirilən şəxs istəyirsə ki, vətəndaşların iştirakı ilə onun işinə baxılsın, onun təqsirliliyini hakimlər yox, vətəndaşlar müəyyənləşdirsin, onun belə bir hüququ olmalıdır, istəyir mülki işlərdə, istəyir cinayət işlərində. Bu, həm də vətəndaşların məhkəmə sisteminə olan etimadını xeyli dərəcədə artırmış olar, mülkiyyət toxunulmazlığını təmin edər, insanlar ölkəyə investisiya qoymağa çəkinməzlər. İnanarlar ki, andlı iclasçılar vasitəsilə öz mülkiyyətlərini, əmlaklarını qoruya biləcəklər və s.

- Ölkədə səs-küylü həbslər də həyata keçirildi və istintaq davam etdirilir. Söhbət ölkəyə xəyanət kimi çox ağır ittiham ətrafında başlayan prosesdən gedir. Ramiz Mehdiyev və ətrafı ilə bağlı gedişat, Əli Kərimlinin həbsi, Abbas Abbasovun axtarışa verilməsi ilə bağlı proseslərin sonrakı mərhələsindən nələr gözləyirsiniz?

- Baxıram, son günlər hansısa cinayət hadisələri ilə bağlı ictimaiyyətə məlumatlar verilir ki, hansısa cinayətkar tutuldu, ölkəyə gətirildi, hansısa cinayətin üstü açıldı və s. Amma bu qədər ağır dövləti cinayətlərdə kimlərsə ittiham olunur, hələ də dövlət qurumları, hakim partiya bununla bağlı heç bir açıqlama verməyib. Mətbuata ötürülən məlumatlar nə dərəcədə doğrudur, bunu müəyyənləşdirmək də, sözün doğrusu, xeyli çətindir. Dünyanın hər yerində belə ağır cinayətlər olanda dərhal istintaq orqanı tərəfindən ictimaiyyətə məlumat verilir. Odur ki, bu barədə danışmaq bir az çətindir. Hər halda, istintaq orqanının qəbul etdiyi qərarları şübhə altına almağa bizim əsasımız yoxdur. Ümid edirəm ki, obyektiv araşdırma aparılacaq. Bu, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş cinayət hadisəsidir. Ona görə də proseslərin sonunu gözləyək. Çoxları bu hadisədən şəxsi haqq-hesab çəkmək, başqa maraqlar üçün istifadə edir. Kimin kimdənsə xoşu gəlmirsə, deyir, sən filan vaxt kiminləsə görüşmüsən, kiminsə haqqında xoş söz demisən. Qaralama, şantaj xarakterli kampaniya da aparılır. Bunlar xoşagəlməz hallardır və cəmiyyətdəki mənəvi mühiti dağıdır. İstintaq orqanına imkan vermək lazımdır ki, öz işini görsün. Kimin Mehdiyevlə cinayət əlaqəsi olubsa, bunu istintaq orqanı müəyyənləşdirəcək. Dövlət hakimiyyətində yüksək vəzifə tutan Mehdiyevə salam verib, haqqında xoş söz deyənlər haradan bilərdilər ki, bu, cinayətkardır, yaxud gələcəkdə dövləti cinayət törədəcək, xəyanət edəcək? Prezident kimisə nazir təyin edir, yüksək mənsəb, hörmət sahibi olur, sonra o adam gedib cinayət törədir, Prezidentə xəyanət edir. Prezident bunu bilsəydi, elə əvvəldən onu təyin etməzdi. İndi demək ki, sən nazir olanda, administrasiyanın rəhbəri olanda niyə buna salam vermisən, bu, doğru yanaşma deyil.

- Sizcə, Ramiz Mehdiyevlə bağlı həbs-qətimkan tədbiri seçilə bilərmi?

- O adamın 80-dən artıq yaşı var. O vaxt da mən dedim ki, yəqin istintaq orqanı onu yaşına görə həbs etməyib.

- Abbas Abbasov da axtarışa verilib. Rusiyanın onu Azərbaycana təhvil verib-verməyəcəyi mövzusu da müzakirə predmetidir. Sizin gözləntiniz necədir?

- Bir söz deyə bilmərəm. Rusiya əvvəllər Rəhim Qazıyevi, Surət Hüseynovu verib. Ona görə də dövlət maraqları hər şeydən üstündür. İndidən kimsə deyə bilməz ki, Azərbaycan tərəfi tələb eləsə, Rusiya onu verəcək, ya verməyəcək. Hər şey dövlətlərarası danışıqlardan və dövlətlərin maraqlarından asılıdır. Dövlətlərarası münasibətlərdə hər şeyi dövlət maraqları həll edir. Elə insanlar arasında münasibətlərdə də... İnsanları da, dövlətləri də maraqları birləşdirir, ayırır, bunu normal qəbul etmək lazımdır.

- Tələbə yoldaşınız Əli Kərimli ilə uzun illər bir təşkilatda təmsil olunmusunuz. Təcridxanaya “sovqat” göndərmək fikriniz yoxdur ki?

- Əli ilə bizim yollarımız 2001-ci ildən ayrılıb. O zaman artıq onun bir çox qərarları mənim üçün çox anlaşılmaz idi. 2000-ci ildə AXCP-nin müdafiə etdiyi yeddi nəfər parlamentə deputat seçilmişdi, mən də MSK-nın katibi idim. O, başqa müxalifət partiyaları ilə birlikdə bəyanat imzaladı ki, AXCP-dən seçilən deputatlar parlamentə getməyəcək. O zaman mən buna açıq formada kəskin etiraz etdim və münasibətlərimizdə etimadsızlıq yarandı. Noyabrın 19-na Müsavat Partiyası mitinq təyin etmişdi. O, mitinqə çox insanın toplaşmadığını görüb, parlamentə getdi. Əslində ona tapşırılmışdı ki, o mitinqə qədər getmə! Mənim daxili inamım bunu deyirdi. Sonra da eyni qaydada tapşırıq verildi ki, get! O da getdi, oturdu parlamentdə. 2001-ci ildə, Ki-Uest danışıqlarında Floridada Azərbaycana böyük təzyiqlər var idi. İndi Ukraynaya olan təzyiqlər səviyyəsində onda bizə təzyiq var idi ki, biz Qarabağda referendum keçirilməsinə razılıq verək və s. O zaman biz mitinq təyin etmişdik ki, xalqımız Qarabağın itirilməsi ilə barışmayacaq. Sonra ABŞ səfiri ayrı-ayrılıqda onu, İsa Qəmbəri və Etibar Məmmədovu görüşə dəvət etdi, Kərimli də görüşdən qayıdıb mitinqi təxirə saldı. Soruşdum ki, sən niyə belə edirsən? Dedi səfir məni dedi ki, - inanmıram səfir o cür ifadə işlədə - qoyun bunu Heydər Əliyevin əli ilə təmizləyək, siz gəlin, rahat oturun. Söhbət Qarabağdan gedirdi. Çox təəssüf ki, AXCP Rəyasət Heyətinin üzvlərinin əksəriyyəti o dövrdə onu dəstəklədi. Kərimli qərarını bununla əsaslandırdı ki, mitinqə çox insan çıxarda bilməyəcəyik, beynəlxalq birlik görəcək ki, baxın, Qarabağla bağlı mitinq keçirirlər, amma cəmi 500 adam çıxır. Mən də dedim ki, amma tarixdə qalacaq ki, Azərbaycanda heç olmasa 500 kişi tapılıb ki, etiraz eləsin. O vaxtdan demək olar ki, bizim münasibətlərimiz korlandı.

- Həbsinə münasibətiniz necədir?

- Əlbəttə, o həbs olunanda mən bir partiya sədrinin həbsindən təəssüf hissi keçirdiyimi mətbuatda bəyan etdim. Hesab edirəm ki, Milli Şuranı yaradanda o, tam başa düşürdü və başa düşməmək, sadəcə olaraq, mümkün deyildi ki, Rüstəm İbrahimbəyov hara, bunlar hara? Komfort bir həyat sürən kinorejissor birdən-birə, 2012-ci ilə qədər ölkədə baş verənlərə bir dəfə də olsun reaksiya verməyən, guya 2012-ci ilə qədər vəziyyət yaxşı idi, birdən-birə 2012-ci ildə hər şey pisləşdi. İbrahimbəyov Rusiya mətbuatında kəskin tənqidi çıxış etdi və sonra bura gəldi, Ziyalılar Forumu yaratdı, bunun dalınca da Milli Şura. Bunu başa düşməmək üçün sən gərək son dərəcə naşı bir adam olasan, ümumiyyətlə, siyasətlə məşğul olmayan bir adam olasan. Tutaq ki, özü başa düşməyib. Mətbuatı qaldırıb baxın, həmin dövrdə şəxsən mənim yüzlərlə müsahibəm var ki, bu Rusiyanın bir oyunudur, siz buna getməyin, siz bununla xəyanət yolu tutursunuz , dövlətə çox böyük ziyan vurmuş olursunuz. O dövrdə onlardan alət kimi istifadə etdilər.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru