Kanadada “İslam Dövləti” İŞİD terror qruplaşmasının üzvlərini qarşı əməliyyat keçilirib.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, həbs olunan 3 nəfərdən biri azərbaycanlıdır.
Qruplaşmanın rəhbəri 26 yaşlı Valid Xan adlı şəxsdir.
O, “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqələrdə, terrorçulara pul və əmlak ötürməkdə, eləcə də terror aktları hazırlamaqda şübhəli bilinir.
İş üzrə daha iki Kanada vətəndaşı – 18 yaşlı Osman Əzizov və 19 yaşlı Fahad Sadaat da saxlanılıb. Hər üç şəxsə qadınlara və yəhudi icmasının üzvlərinə qarşı törədilmiş cinayətlər üzrə ittihamlar irəli sürülüb.








