Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                 

Mehdiyevi təhvil verən Moskva Abbas Abbasovu niyə qorumalıdır – EKSTRADİSİYA QAÇILMAZ GÖRÜNÜR
Tarix: 19-12-2025, 16:25 | Çap et

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən, sabiq baş nazirin birinci müavini Abbas Abbasovun Rusiyadan ekstradisiyası gündəmdədir. Abbas Abbasov “Ramiz Mehdiyev işi”ndə əsas fiqurlardan biri hesab olunur. O, 2013-cü ildə yaradılan və dövlətçiliyə qarşı yönəlmiş “Milyarderlər İttifaqı” ssenarisinin aparıcı isimlərindən biri olub.

Musavat.com xəbər verir ki, Abbas Abbasov siyasi səhnədə görünməsə də, səhnə arxasında ən çox izi olan fiqurlardan biri kimi tanınıb. Azərbaycan dövlətçiliyinə qarşı hazırlanmış, lakin fiaskoya uğramış böyük siyasi layihənin əsas icraçılarından biri kimi diqqət çəkib. Bu gün “Ramiz Mehdiyev işi” ətrafında aparılan istintaq, əslində, həmin yarımçıq qalmış dosyenin davamıdır. Və bu dosyenin mərkəzində dayanan fiqurlardan biri də məhz Abbas Abbasovdur.

“Ramiz Mehdiyev işi” köhnə vassallıq əlaqələrinin, gizli planların və pərdəarxası razılaşmaların açıldığı mərhələyə keçib. Barəsində cinayət işi başlanıb axtarış elan edilən anda Abbas Abbasovun Türkiyədə olması və təcili şəkildə Rusiyaya qaçması artıq təkcə fakt deyil — bu, açıq panika etirafıdır. Abbas Abbasov Türkiyədə hüquqi prosedurların sürətli olması və İnterpol mexanizminin real işləməsi səbəbindən Moskvaya üz tutduğunu bu addımı ilə ortaya qoydu.

İndi əsas sual budur: Moskva onun gizlənməsinə şərait yaradacaq, yoxsa ekstradisiyasına qərar verəcək?

Uzun illər Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı vassalı rolunu oynayıb. “Dövlət Şurası” planı sadəcə ideya deyil, konstitusion quruluşa alternativ mərkəz yaratmaq cəhdi kimi qiymətləndirilir. Ən kritik detal isə budur ki, bu planın mahiyyəti, konturları və real niyyətləri gec də olsa, məhz Rusiya tərəfindən Azərbaycan tərəfinə açıqlanıb. Yəni Moskva bu planı əvvəldən bilirdi, risklərini görürdü və nəticədə onu Bakıya ötürdü.

Bu faktın özü göstərir ki, Rusiya artıq bu oyunda Ramiz Mehdiyevin tərəfində deyil.

Bəs Abbas Abbasov bu sxemdə kimdir?

O, planın müəllifi olmayıb. Amma mexanizmin işləməsi üçün vacib olan “vint” rolunu oynayıb. Siyasi maraqlar tələb etdikdə böyük dövlətlər məhz belə fiqurları qurban verirlər. Mexanizmin icraçısının təhvil verilməsi məsələsində Moskvanın maraqları Bakı ilə tam üst-üstə düşür.

Moskva nə qazanır?

İlk növbədə Azərbaycanla hüquqi-siyasi əməkdaşlıq mesajı verir. Riskli və problemli fiqurdan xilas olur. “Dövlət Şurası” kimi təhlükəli planla bağlı məsuliyyəti üzərindən atır. Belə bir vəziyyətdə Abbas Abbasovu qorumaq yox, onu təhvil vermək Rusiyanın dövlət maraqlarına daha çox cavab verir. “Rusiya verməz” nağılı da məhz burada bitir. Bu gün Azərbaycanla Rusiya arasında hüquqi yardım haqqında qüvvədə olan müqavilələr mövcuddur. Hər iki ölkə Avropa Ekstradisiya Konvensiyasına qoşulub. Presedentlər də kifayət qədərdir. 1994-cü ildə Rusiyaya qaçan Rəhim Qazıyev iki il sonra əli-qolu bağlı Azərbaycana təhvil verildi. Separatçılar Fəxrəddin Abbasov və Zahidəddin İbrahimov da Rusiyada oturaraq Azərbaycana qarşı fəaliyyət göstərirdilər. Nəticədə onların Rusiya vətəndaşlığı ləğv edildi və Azərbaycana ekstradisiya olundular. Bu faktlar göstərir ki, Moskva üçün əsas meyar şəxsi münasibətlər yox, strateji faydadır. Abbas Abbasov işində də Rusiyanın fayda götürmək istəyinin qarşısını alan ciddi maneə görünmür. Abbas Abbasov Türkiyədən qaçaraq Rusiyaya sığındığını düşündü. Amma reallıq fərqlidir. Rusiya onu bir siyasi qərarla təhvil verə bilər. Siyasi qərarların aqibəti isə adətən daha sərt olur. Bu səbəbdən artıq sual “Rusiya onu verəcəkmi”dən ibarət deyil, “Moskva Abbas Abbasovu nə vaxt istifadə müddəti bitmiş vint elan edəcək?” sualıdır. Çünki “Dövlət Şurası” planını ifşa edən, köhnə vassalı kənara çəkən Rusiya üçün Abbas Abbasov artıq hər hansı strateji dəyər daşımır. “Ramiz Mehdiyev işi” bir məmurun xəyanəti dosyesindən daha çox, illərlə qurulan paralel siyasi şəbəkənin ifşasıdır. Abbas Abbasovun mümkün ekstradisiyası da 2013-cü ildə Azərbaycanda baş vermiş proseslərin bütün mexanizmini açacaq.

 Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru