Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                 

Rus mediası NİYƏ NARAHATDIR? - ŞƏRH
Tarix: 19-12-2025, 10:29 | Çap et

Yola salmağa hazırlaşdığımız il Azərbaycan-NATO əməkdaşlığı üçün uğurlu oldu. Bu əməkdaşlıq özündə yalnız hərbi sahəni əhatə etmir, həm də strateji tərəfdaşlıq, humanitar təhlükəsizlik və regional sabitlik aspektlərini birləşdirir.

Bu ilin əvvəlində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev NATO mənzil qərargahına səfər edib. Fevral ayında isə ölkəmizin ilk dəfə Dəniz Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) üzv qəbul edilməsi ilə bağlı texniki saziş imzalanıb. Bu il Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti də Brüsseldə işgüzar səfərlər edib. Prezidentin köməkçisi Hikmət Hacıyev sentyabr və noyabr aylarında NATO mənzil-qərargahına səfər edib. Səfər çərçivəsində tərəflər Azərbaycan-NATO tərəfdaşlığının mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri, eləcə də regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələlər ətrafında müzakirələr aparıb. Sentyabr ayında Azərbaycan NATO-nun əsas mülki fövqəladə halların idarə edilməsi üzrə təlimi olan “BULGARIA 2025" təlimində iştirak edib.

Noyabr ayında NATO-nun Şimali Atlantik Şurası (ŞAŞ) səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Fransa Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxil olub. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də görüşüblər.

Bugünlərdə isə “NATO-nun 16 günü” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Yusuf Karagüllenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər zamanı Müdafiə Nazirliyində və Heydər Əliyev adına Hərbi İnstitutda aparılan müzakirələr, həmçinin Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinə baxış Azərbaycanın NATO ilə münasibətlərinə verdiyi önəmi nümayiş etdirib. Tədbirlərdə qeyd olunub ki, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində ölkəmiz beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak edib. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib.

Məlum olub ki, NATO Baş katibinin müavini Radmila Şekerinska yanvar ayında Azərbaycana səfər edəcək. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurasının iclası çərçivəsində Şekerinska ilə görüşüb. Görüş zamanı Azərbaycanla NATO arasında əməkdaşlıq gündəminə daxil olan təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin qorunması, təhsil və digər məsələlər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Maraqlıdır ki, Radmila Şekerinskayanın İrəvana səfəri kontekstində Ermənistan parlamentinin Xarici işlər üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan “Ermənistanın NATO ilə əməkdaşlıq üçün konkret çərçivəsi var, lakin ona qoşulmaq ambisiyası yoxdur”, - deyə bəyan edib. “NATO-nun Ermənistanda olması mümkün deyil, çünki birincisi, Ermənistanın alyansa qoşulmaq ambisiyası yoxdur. Ölkənin NATO ilə əməkdaşlıq üçün konkret çərçivəsi var və bu, heç bir şəkildə NATO-nun Ermənistanda fiziki iştirakını nəzərdə tutmur”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan-NATO əlaqələri bu il ərzində Rusiyanın xüsusi diqqətində olub, Kremlə yaxın media bu münasibətlərə qarşı qərəzli mövqeyi ilə seçilib.

NATO ilə Rusiya münasibətlərinin 2026-cı ildə daha da gərginləşəcəyi gözlənilir. Azərbaycanla Alyans arasındakı münasibətlərə təsir göstərə bilərmi? NATO-nun Bakıdan istədiyi nədir?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi şərhçi İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla NATO arasında əlaqələr inkişaf edir və xüsusilə bu əlaqələr 2020-ci il Vətən müharibəsindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Amma hesab edirəm ki, burada nəinki NATO-Azərbaycan əməkdaşlığının yeni fazaya qədəm qoymasından danışmalıyıq, digər tərəfdən, həm də alyansın ən önəmli geosiyasi aktorlarından biri olan Türkiyə ordusu modelində Azərbaycanda ordu quruculuğunun inkişafını qeyd etməliyik. Yəni məsələyə birbaşa NATO-Azərbaycan əməkdaşlığının daha da dərinləşməsi kontekstində baxılmamalıdır. Burada qardaş Türkiyənin hərbi, hərbi-texnoloji sahədə əldə etdiyi nailiyyətlərin Azərbaycan Ordusunda tətbiqi rakursundan dəyərləndirilməlidir. Azərbaycan-NATO əməkdaşlığı Rusiyanı narahat edirsə, bu, Rusiyanın narahatlığı və problemidir. Çünki Azərbaycan müasir standartlara malik orduya nail olmaq məqsədini irəli sürüb. Xüsusilə yeni çağırışlar fonunda bu, önəmli milli təhlükəsizlik prioritetidir. Digər tərəfdən, süni intellektin, müasir ordu quruculuğu istiqamətində əldə olunan yeniliklərin Azərbaycan Ordusunda tətbiqi də bu gün gündəlikdədir. Düşünürəm ki, NATO ilə Rusiya arasında olan gərginliyin Azərbaycan-NATO münasibətlərinə təsiri çox az ola bilər. NATO ilə əməkdaşlıq edən dövlətləri Rusiya öz təhdid siyahısına salsa, bu da qəbul olunan deyil”.

Ekspert onu da nəzərə almağı vacib hesab edir ki, Azərbaycan-ABŞ münasibətləri inkişaf edir və NATO-da əsas söz sahibi, güc mərkəzi Birləşmiş Ştatlardır: “İstər NATO, istər ABŞ Azərbaycanla hərbi əlaqələri də gücləndirmək istəyir. "907-ci düzəliş"lə bağlı ABŞ prezidentinin verdiyi qərar da müdafiə sənayesi sahəsində əməkdaşlığa yol açacaq və NATO-Azərbaycan münasibətlərini də yeni mərhələyə çıxaracaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru