Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Ermənistanda “5-ci kolon”la iqtidar gərginliyi pik həddə - hakimiyyət Kreml qarşısında duruş gətirə biləcəkmi?
Tarix: 27-11-2025, 11:03 | Çap et

Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi hərarət də yüksəlməkdədir. Rəqiblərinin və onlara havadarlıq edən mərkəzlərin sürpriz hazırlıqlarından xəbərdar olan baş nazir Nikol Paşinyan da sakit dayanmır və özünə yeni-yeni tərəfdarlar toplamaqdadır. Bugünlərdə onun dövlət qulluqçuları ilə keçirdiyi görüşlər də geniş rezonans doğurub.

“Dövlət qulluqçuları ilə keçirilən müşavirə zamanı Paşinyan dövlət aparatının səmərəliliyindən danışıb və iştirakçılara da fikir bildirməyi təklif edib”. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşr qeyd edib ki, iştirakçıların çoxu əməkhaqlarının artırılması məsələsini qaldırıb. “Yığıncaqdan sonra o, tabeliyində olan şəxslərə araşdırma aparmaq, hesablamalar etmək və gələn ildən dövlət qulluqçularının maaşlarının nə qədər artırıla biləcəyini müəyyənləşdirməklə bağlı tapşırıq verib. O, bunu guya dövlət qulluqçularının irəli sürdüyü tələb kimi təqdim edib, lakin aydındır ki, seçkilər ərəfəsində təxminən 8 min insanı öz tərəfinə çəkməyə çalışır. Aparatda isə hesab edirlər ki, əgər yuxarı səviyyələrdə milyonlarla dram məbləğində maaş və mükafatlar paylanmasaydı, onların əməkhaqlarını çoxdan artırmaq olardı”, - deyə KİV bildirib.

Ötən gün kilsədə yepiskoplar yığıncağı keçirilmişdi, kilsə ətrafında yaranmış vəziyyət və görüləcək addımlar müzakirə olunurdu". Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşr qeyd edib ki, iclasda Dərələyəz və Masyatsotni yeparxiyalarının rəhbərləri də iştirak edib. “Past” nəşri isə Ermənistanın dövlət borcunun artmasından bəhs edib.

Qəzetin yazdığına görə, Ermənistanın dövlət borcunun dinamikası son illərdə elə bir məzmun alıb ki, bu, xüsusilə uzunmüddətli nəticələrin qarşısını almaq məqsədilə ciddi təhlil, ictimai müzakirə və sistemli siyasi qərarlar tələb edir. Rəsmi statistik məlumatlar göstərir ki, əgər vaxtında qarşısı alınmasa, formalaşan meyillər həm cari iqtisadi sabitlik, həm də gələcək nəsillərin rifahı üçün ciddi təhlükələr yarada bilər. Rəqəmlər açıq şəkildə Ermənistanın qarşısında duran reallığı göstərir. “Ölkənin dövlət borcu 2017-ci ildə 6,8 milyard dollar təşkil edirdi və nisbi yüksəkliyinə baxmayaraq, hələ də idarəolunan səviyyədə idi və iqtisadi imkanlarla uyğunluq təşkil edirdi. Lakin cəmi səkkiz il ərzində bu rəqəm demək olar ki, iki dəfə artaraq bu ilin sentyabrına olan göstəriciyə görə 14,2 milyard dollara çatıb. Artım tempinin iqtisadi artımı üstələməsi dövlət maliyyəsinin idarə olunması, büdcə siyasəti və iqtisadi inkişaf strategiyası ilə bağlı dərin sistemli problemlərin mövcudluğuna işarə edir. Daha da narahatedici məqam odur ki, 2026-cı ildə dövlət borcunun 15 milyard dolları aşacağı gözlənilir ki, bu da borcun idarə edilməyən və təhlükəli templə yığıldığını göstərir”, - deyə müəllif bildirib.

Görünən budur ki, Paşinyanın özü demişkən, “kadastr sənədi olmayan” ölkəsi boğazacan borc içindədir. Üstəlik, ölkədə siyasi gərginlik getdikcə artır. Hesab olunur ki, Kreml də hər an Paşinyana sürpriz edə bilər. Belə bir durumda Paşinyanın seçkidə qalib gəlib, hakimiyyəti saxlaması realdırmı, yoxsa “5-ci kolon” prosesləri uduşla başa vuracaq?

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Ermənistanda hazırkı daxili proseslər göstərir ki, ölkənin əsas problemi ayrı-ayrı qərarlardan çox, sistemin içində kök salmış radikal və revanşist düşüncədir. Dövlət qulluqçularının maaşları ətrafında başlayan müzakirələr sosial gərginliyin genişləndiyini açıq şəkildə ortaya qoyur. Bu məsələ artıq təkcə iqtisadi yox, ictimai psixologiya məsələsinə çevrilib. Aşağı zümrələrdə narazılıq artır, yuxarı eşelonlarda isə israfçılıq davam edir. Bu disbalans revanşist dairələr üçün manipulyasiya mühiti yaradır. Onlar sosial problemləri həll yolu kimi deyil, siyasi alət kimi istifadə etməyə çalışırlar. Kilsə də bu prosesdə dini missiyadan kənara çıxaraq faktiki siyasi mövqe sərgiləyir”.

Ekspert qeyd etdi ki, ayin ətrafında yaradılan qalmaqal sırf dini qayda məsələsi yox, açıq siyasi demonstrasiya idi: “Erməni Apostol Kilsəsinin kompromissiz mövqeyi cəmiyyətin sakitləşməsinə yox, daha da radikallaşmasına xidmət edir. Kilsənin dili ilə danışan revanşist dairələr isə sülh perspektivlərini şüurlu şəkildə sabotaj edirlər. Onlar 2020-ci il müharibəsinin nəticələri ilə barışmaq istəmirlər. Halbuki regional reallıqlar artıq tam dəyişib. Ermənistan cəmiyyəti revanş yox, sosial təminat, iş yerləri və stabillik gözləyir. Maaş müzakirələrinin gündəmə gəlməsi də məhz bu tələbatdan doğur. Lakin bu sosial gözləntilər revanşist ritorika ilə daim arxa plana atılır. Dövlət borcunun sürətlə artması da bu yanlış siyasi psixologiyanın iqtisadi nəticəsidir. Borcun iki dəfə artması yalnız statistika deyil, gələcək üçün ciddi təhlükədir. Bu borcu nə kilsə ödəyəcək, nə də revanş şüarları. Bu yük sıravi vətəndaşın, dövlət qulluqçusunun və gənc nəsillərin üzərinə düşəcək. Revanşist ideologiya isə bu reallıqları ört-basdır etməyə çalışır. Kilsə bu ideoloji xəttin əsas təbliğ platformalarından birinə çevrilib. Dini institutun siyasi mübarizə alətinə çevrilməsi Ermənistan üçün strateji riskdir. Çünki bu xətt cəmiyyətdə rasional düşüncəni sıxışdırır”.

T.İsmayılov qeyd etdi ki, eyni proses 2020-ci il müharibəsi ilə bağlı istintaq ətrafında da müşahidə olunur: “David Tonoyanın sənədlərlə tanış olmaq cəhdlərinə yaradılan süni hüquqi maneələr sistemli müqavimətin göstəricisidir. Burada əsas məqsəd həqiqətin tam üzə çıxmasının qarşısını almaqdır. Çünki həqiqət açıldıqca revanşist mifologiya dağılır. Müharibə mifinin dağılması isə revanşist düşərgənin əsas ideoloji silahını əlindən alır. Məhz buna görə həm kilsə, həm də radikal dairələr keçmişlə bağlı şəffaflığa qarşı çıxırlar. Onlar üçün əsas təhlükə faktlardır. Halbuki Ermənistanın sağlam gələcəyi yalnız faktlar üzərində qurula bilər. Sosial narazılıq, borc yükü və institusional böhran paralel şəkildə dərinləşir. Bu şəraitdə revanş ritorikasının davam etdirilməsi ölkəni daha ağır daxili silkələnmələrə sürükləyə bilər. Cəmiyyət artıq emosional çağırışlardan çox real çıxış yolları axtarır. Kilsə isə bu çağırışı eşitmək əvəzinə təzyiq dili seçir. Təzyiq dili isə heç vaxt uzunmüddətli sabitlik yaratmayıb”.

STM təmsilçisi əmindir ki, revanşist dairələrin sülhü xəyanət kimi təqdim etməsi Ermənistanı regional proseslərdən kənarda qoyur: “Bu isə iqtisadi təcrid risklərini daha da artırır. Dövlət borcu artdıqca xarici asılılıq da dərinləşir. Xarici asılılıq dərinləşdikcə daxili qərarvermə zəifləyir. Bu spiralın əsas səbəbkarı məsuliyyətsiz siyasi romantizmdir. Kilsə və revanşistlər bu romantizmi diri saxlayan əsas aktorlardır. Onlar cəmiyyətə gələcək yox, keçmiş vəd edirlər. Keçmişə qayıdış isə nə iqtisadiyyatı dirçəldir, nə də sosial ədaləti təmin edir. Ermənistan üçün yeganə real yol regional reallıqlarla barışmaqdan keçir. Bu yol sülh, iqtisadi inteqrasiya və sosial sabitlik yoludur. Kilsə və revanşist düşərgə isə bu yolun qarşısında ən böyük maneəyə çevrilib. Əgər bu ideoloji blok zəifləməzsə, Ermənistan böhrandan böhrana sürüklənməkdə davam edəcək. Mövcud sosial narazılıqlar, borc yükü və institusional gərginlik bunun artıq anonsudur”.

Bu arada, Ermənistan Baş Prokurorluğunun keçmiş “dqr”in İrəvandakı nümayəndəliyinin binasının müsadirəsi ilə bağlı iddiası məhkəmə tərəfindən icraata qəbul edilib. Musavat.com xəbər verir ki, ilk prosesin 2026-cı ilin mayında keçiriləcəyi açıqlanıb. Özünü “qondarma rejimin naziri” adlandıran Njde İskəndəryan “Pastinfo”ya açıqlamasında bunu “təzyiq addımı” kimi şərh edib. Belə demək olarsa, Bakının daha bir “ev tapşırğı” həllini tapır - separatçıların İrəvandakı “ofisi” başğlanır.

T.İsmayılov separatçı tör-töküntülərlə bağlı yaranmış durumdan da bəhs etdi: “Ermənistan hakimiyyəti İrəvanda separatçı şəbəkəyə qarşı bu addımı çoxdan atmalı idi. Bu, həm daxili təhlükəsizlik, həm də siyasi məsuliyyət baxımından gecikmiş reaksiyadır. Revanşist-separatçı qruplar illərlə paytaxtın mərkəzində faktiki toxunulmazlıq şəraitində fəaliyyət göstəriblər. Bu da dövlət zəifliyinin açıq göstəricisi idi. İndi "it yuvasının" dağıdılması həmin boşluğun etirafı kimi görünür. Ermənistan hakimiyyəti, nəhayət, anlayır ki, bu radikal strukturlar təkcə region üçün yox, birbaşa öz dövlətçiliyi üçün təhlükədir. Separatçı ideologiya dövlətin daxilindən onu yeyən xərçəng kimidir. Bu gün atılan addım gec olsa da, labüddür. Lakin proses imitasiya xarakteri daşımamalıdır. Əgər bu yalnız görüntü üçün edilirsə, revanşist şəbəkə tezliklə başqa ünvanda yenidən formalaşa bilər. Əsas məsələ ideoloji köklərin kəsilməsidir. Ermənistan uzun müddət bu radikalları siyasi alət kimi istifadə etdi. İndi isə həmin alətin özünə qarşı çevrildiyini görür. Bu əməliyyat əslində Ermənistanın daxili təhlükəsizlik konsepsiyasının iflasından sonra başlanan gec reaksiya mərhələsidir. Amma atılmalı addımdır və nəhayət, baş verir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru